Azərbaycana gətirilən uşaq qidasında çirkləndirici aşkarlanıb - Fotolar
Tarix: 22-01-2026 11:44 | Bölmə: Cəmiyyət

Azərbaycana gətirilən uşaq qidasında çirkləndirici aşkarlanıb

“Hochdorf Swiss Nutrition Ltd” müəssisəsinin istehsalı olan və İsveçrədən Azərbaycana idxal edilən “Swissneo 1” əmtəə nişanlı (09.10.2025-09.10.2027-ci il istehsal və son istifadə tarixli) uşaq qidasında “Sereulid” çirkləndiricisi aşkar edilib.

Reyting.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildiriblər.

Məlumata görə, çirkləndiricinin aşkarlanması ilə bağlı Avropa İttifaqının “Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi” (RASFF) vasitəsilə Qida Təhlükəsizliyi Agentliyinə bildiriş daxil olub. Bildiriş əsasında dərhal araşdırmalara başlanılıb və məhsulun həmin partiyasının dövriyyəyə buraxılmasının qarşısı alınıb.





Bölməyə aid digər xəbərlər