Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 22-01-2026 15:10 | Bölmə: Cəmiyyət

Baş prokuror Kamran Əliyevin sədrliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ötən il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Reyting.az xəbər verir ki, keçən ilin dövlət və Azərbaycan xalqı üçün bir sıra mühüm, eyni zamanda əlamətdar siyasi hadisələrlə yadda qalmasını xatırladan Baş prokuror 2025-ci il avqust ayının 8-də ABŞ-ın paytaxtı Vaşinqtonda, Ağ Evdə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını xüsusi vurğulayıb.
K.Əliyev bu nailiyyətin ölkə və xalqın gələcək təhlükəsizliyinə hesablanmasını, bununla da uzun illər ikili siyasət zəminində müzakirə predmeti olmuş milli maraqlarımızın beynəlxalq səviyyədə rəsmiləşdirilməsini, eyni zamanda müqavilənin regional iqtisadi münasibətlərin inkişafına əhəmiyyətli təkan verəcəyini iclas iştirakçılarının diqqətinə çatdırıb.
Məruzə ilə çıxış edən Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov bildirib ki, hesabat dövrü ərzində vətəndaşların 11 min 671 müraciətinə baxılıb.
Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin mühüm əhəmiyyəti nəzərə alınaraq, korrupsiya cinayətlərinə şərait yaradan halların aradan qaldırılması istiqamətində prokuror təsir tədbirlərinin tətbiqindən də müvafiq dövr ərzində istifadə edilmiş, yol verilmiş qanun pozuntularının səbəblərinin müəyyən edilməsi və gələcəkdə bir daha törədilməməsi üçün müxtəlif qurumlara 133 təqdimat göndərilib. Həmin təqdimatlara əsasən bir sıra işçilər intizam məsuliyyətinə cəlb edilib.
Qeyd edilən müddət ərzində Baş İdarədə 315 müraciət və digər məlumatlara cinayət xarakterli material kimi baxılıb, 267 material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb, 48 material, o cümlədən 14-ü üzrə vurulmuş maddi ziyan məbləğlərinin ödənilməsi də nəzərə alınmaqla cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul olunub və digər prokuror təsir tədbirləri tətbiq edilib.
Əməliyyat qurumları tərəfindən 114 cinayət işi başlanılıb, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 18 şəxs cinayət başında yaxalanıb.
Hesabat dövrü ərzində Baş İdarə tərəfindən 174 şəxs barəsində 104 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib. Məhkəmələrə göndərilmiş cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılmış, qalanları isə hazırda məhkəmə baxışındadır.
Hesabat ili ərzində istintaqı başa çatdırılmış cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulmuş 35 milyon 391 min 465 manat məbləğində maddi ziyandan 11 milyon 634 min 316 manatının ödənilməsi təmin olunub.
Zərərin ödənilməsi məqsədilə istintaqı başa çatdırılmış cinayət işləri üzrə 27 milyon 439 min 745 manat məbləğində əmlak üzərinə həbs qoyulması təmin olunub.
Hesabat dövrü ərzində Baş İdarənin fəaliyyətinin və antikorrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib.
Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror, vətəndaşların müraciətlərinə baxılması, xüsusilə "161-Qaynar xətt" əlaqə mərkəzinin fəaliyyətinin daha da gücləndirilməsi, korrupsiyaya daha çox məruz qalan sahələrlə bağlı davamlı təhlillərin aparılması, digər hüquq mühafizə orqanları və Baş Prokurorluğun aidiyyəti struktur qurumları ilə birgə fəaliyyətin səmərəliliyinin artırılması istiqamətində müvafiq işlərin davam etdirilməsi və digər bu kimi məsələlər ətrafında təhlillər apararaq tapşırıq və tövsiyələrini verib.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər