Lənkəranda qazinin meyiti tövlədən tapılıb
Tarix: 22-01-2026 18:07 | Bölmə: Cəmiyyət

Lənkəranda qazinin meyiti tövlədən tapılıb

Lənkəranda kişi meyiti tapılıb.

Hadisə bu gün səhər saatlarında rayonun Osakücə kəndində qeydə alınıb.

1974-cü il təvəllüdlü Ülvi Abdulla oğlu Bayramovun meyiti yaşadığı evin həyətindəki tövlədə tapılıb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Ü.Bayramov Birinci Qarabağ müharibəsi iştirakçısı olub.

Faktla bağlı araşdırma aparılır(qafqazinfo)





Bölməyə aid digər xəbərlər