Bakıda yanmış evdən iki nəfərin meyiti aşkar edilib
Tarix: 23-01-2026 15:55 | Bölmə: Cəmiyyət

Bakıda yanmış evdən iki nəfərin meyiti aşkar edilib

Bakının Səbail rayonunda yanğın baş verən evdən iki nəfərin yanmış meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Reyting.az-a bildirilib ki, üçmərtəbəli fərdi yaşayış evinin həyətyanı ərazisində ümumi sahəsi 40 m² olan birmərtəbəli, 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 2 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.





Bölməyə aid digər xəbərlər