Samuxda mikroavtobus qəzası: ölən və xəsarət alanlar var - Yenilənib
Tarix: 25-01-2026 11:04 | Bölmə: Cəmiyyət

Samuxda mikroavtobus qəzası: ölən və xəsarət alanlar var

Samux rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Reyting.az APA-ya istinadla bildirir ki, hərəkətdə olan “Qazel” markalı mikroavtobus aşıb. Qəza zamanı sərnişin, 2000-ci il təvəllüdlü V. Əsgərov həyatını itirib.

Xəsarət alanlardan M. Zülfüqarovun adı məlum olub, digərlərinin şəxsiyyəti dəqiqləşdirilir.

Məlumata görə, aşan mikroavtobus fəhlələri işə aparırmış.

Faktla bağlı araşdırma aparılır.

***

Samuxda mikroavtobusun aşması nəticəsində digər xəsarət alanların kimliyi məlum olub.

APA-nın məlumatına görə, xəsarət alanlar mikroavtobusun sərnişinləri 1989-cu il təvəllüdlü S.Səfərova, 1969-cu il təvəllüdlü A.Əhmədova, 1990-cı il təvəllüdlü P.Balakişiyeva, 1991-ci il təvəllüdlü R.Məmmədov və 1990-cı il təvəllüdlü M.Zülfüqarovdur.

Yaralılar Samux və Gəncə şəhərlərində yerləşən xəstəxanalara aparılıb.

Qeyd edək ki, “Qazel” markalı mikroavtobus səhər saatlarında fəhlələri işə aparan zaman qəza uğrayıb, xəsarət alanlar mikroavtobusun sərnişinləridir.

Faktla bağlı araşdırma aparılır.





Bölməyə aid digər xəbərlər