Magistraturaya sənəd qəbulu başa çatır
Tarix: 26-01-2026 09:23 | Bölmə: Cəmiyyət

Magistraturaya sənəd qəbulu başa çatır

Magistraturaya qəbul imtahanında iştirak etmək üçün sənəd qəbulu bu gün saat 23:59-dək davam edəcək.

Reyting.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzindən (DİM) bildiriblər.

Məlumata görə, 26 yanvar saat 09:00-a olan məlumata əsasən, 20346 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi - 18542; rus bölməsi - 1804).

Sənəd qəbulunda iştirak etmək istəyənlər (şəxsi kabineti olmayanlar) ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.

Daha sonra bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir. İmtahanda yalnız elektron ərizəsini təsdiq etmiş bakalavrlar iştirak edə bilərlər.

İmtahan 2026-cı il fevralın 15-də keçiriləcək. İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ni imtahana 4-5 gün qalmış çap edə biləcəklər.

Qeyd edək ki, bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır.





Bölməyə aid digər xəbərlər