Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
Tarix: 26-01-2026 23:43 | Bölmə: Cəmiyyət

Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq

Sabah Bakının Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Reyting.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Azadlıq və Z.Bünyadov prospektlərinin kəsişməsində sayğacın quraşdırılması və eyni zamanda R.Məmmədov küçəsində qaz kəmərində sızmanın aradan qaldırılması məqsədilə yanvarın 27-də saat 10:00-dan etibarən Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq.





Bölməyə aid digər xəbərlər