Bakıda dördmərtəbəli binada yanğın olub
Tarix: 27-01-2026 09:01 | Bölmə: Cəmiyyət

Bakıda dördmərtəbəli binada yanğın olub

Bakının Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən obyektdə yanğın baş verib.

Reyting.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadla bildirir ki, dərhal FHN-nin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 560kv.m. olan istilik sistemləri satışı ilə məşğul olan dördmərtəbəli obyektin mansard hissəsində yanğın baş verdiyi və havanın küləkli olması səbəbindən yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin zəruri və təxirəsalınmaz tədbirləri sayəsində yanğın digər mərtəbələrə və bitişik obyektlərə keçmədən söndürülüb.

Yanğın nəticəsində obyektin mansardının yanar konstruksiyaları və rəflərə yığılmış santexnika malları 80kv.m. sahədə yanıb.

Obyektin böyük hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.





Bölməyə aid digər xəbərlər