Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 04-02-2026 15:26 | Bölmə: Cəmiyyət

“SpaceX” şirkətinin sahibi İlon Mask 16 yaşdan kiçiklərin sosial media şəbəkələrinə girişini qadağan edəcəyini və administratorları üzərində qanuni nəzarəti artıracağını açıqlayan İspaniya baş naziri Pedro Sançezi hədəf alıb.
Reyting.az xəbər verir ki, Mask “X” sosial media hesabında Sançezin Dubay şəhərində keçirilən Dünya Hökumət Zirvəsindəki çıxışını paylaşıb və orada 16 yaşdan kiçik uşaqların sosial media şəbəkələrinə girişini qadağan etdiyini xatırladaraq, “Sançez əsl faşist totalitardır” və “çirkli Sançez İspaniya xalqına xəyanət edən bir zalım və xaindir” deyib.
Qeyd edək ki, Dubaydakı çıxışında Sançez sosial media platformaları üzərində nəzarəti artıracaqlarını və uşaqların onlara daxil olmasının qarşısını almaq üçün tədbirlər görəcəklərini açıqlayıb. O, həmçinin rəqəmsal platformalara nəzarəti artırmaq və administratorlarını bu şəbəkələrdəki pozuntulara görə məsuliyyətə cəlb etmək üçün addımlar atacaqlarını bildirib.
Sançez həmçinin Maskı tənqid edərək deyib ki, sosial media şəbəkələri “uğursuz bir dövlətin imicinin yaradılmasına cəhd edilən, qanunların qulaqardına vurulduğu, cinayətlərə dözümlü yanaşıldığı, dezinformasiyanın reallıqdan daha çox dəyərləndirildiyi və istifadəçilərin yarısının nifrət hücumlarına məruz qaldığı bir yerə” çevrilib.
Sançez əlavə edib ki, Maskın “özü də immiqrant olmasına baxmayaraq, İspaniya hökumətinin yarım milyon immiqrantın leqallaşdırılması ilə bağlı suveren qərarı barədə şəxsi hesabından dezinformasiya yaymaq üçün istifadə etdiyini” görəndə kədərləniblər.
Baş nazir 2025-ci ilin yanvar ayında verdiyi açıqlamada Maskı da hədəfə alaraq onu “yalan yaymaqla və qarayaxma kampaniyası aparmaqla “X” alqoritmini manipulyasiya etməkdə” ittiham edib.
V. QULİYEV
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər