Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 05-02-2026 16:16 | Bölmə: Cəmiyyət

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti, Əməkdar mədəniyyət işçisi, ictimai xadim, şair-publisist Umud Mirzəyevin (Rəhimoğlu) 65 illik yubileyi münasibətilə Azərbaycan Yazıçılar Birliyində (AYB) tədbir keçirilib.
Reyting.az xəbər verir ki, tədbirdə tanınmış qələm adamları, siyasi-ictimai xadimlər iştirak ediblər.
AYB-nin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid açılış nitqində Umud Mirzəyevin bir ziyalı kimi ölkə üçün əhəmiyyətli işlər gördüyünü vurğulayıb: “Umud Mirzəyevin yaratdığı təşkilat Azərbaycan hüdudlarından kənarda da ölkəmiz üçün vacib və əsaslı fəaliyyət göstərir. Onun bu təşkilatı yaratması və rəhbərlik etməsi Umud müəllimin ziyalı mövqeyinin nə qədər əhəmiyyətli olduğunu göstərir”.

AYB-nin sədri, Xalq yazıçısı Anar bildirib ki, Umud Mirzəyev təkcə ədəbiyyat sahəsində deyil, eyni zamanda, ədəbiyyatdan kənarda da mühüm fəaliyyətlər göstərib: “Umud Mirzəyev Azərbaycanın ölkə xaricində tanınması üçün də ciddi işlər görüb. O, yalnız ədəbiyyat və publisistika ilə kifayətlənməyib”.
AYB-nin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev Umud Mirzəyevin həm də səmimi dost olduğunu qeyd edib: “Artıq iyirmi ildən çoxdur ki, dostluq edirik. Umud həm qələm adamı, həm də dost kimi yaxşı mənada seçilən insanlardandır. Təsadüfi deyil ki, ədəbiyyata gəldiyi ilk gündən seçilən imzalardan biri olub”.
Deputat Fazil Mustafa Umud Mirzəyevin fəaliyyətini yüksək qiymətləndirib: “Bəzi adamlar sadəcə yazmaqla kifayətlənirlər. Amma Umud Mirzəyev yazmaqla yanaşı, paralel şəkildə ölkə xaricində də insanların diqqətini Azərbaycana cəlb edib”.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva ölkənin bir çox ziyalısını bir araya topladığına görə yubilyara təşəkkür edib: “Belə tədbirlərin keçirilməsi həm ədəbiyyatımız, həm də mədəniyyətimiz üçün çox önəmlidir. Gözəl haldır ki, Umud müəllim üçün bu qədər ziyalı insan bir araya toplaşaraq onu təbrik edir”.
Tədbirdə həmçinin AYB-nin katibləri Elçin Hüseynbəyli və Səlim Babullaoğlu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, iqtisad elmləri doktoru, professor Ziyad Səmədzadə, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, Atatürk Mərkəzinin direktoru, filologiya elmləri doktoru, professor Nizami Cəfərov, AMEA Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru, sabiq səfir Eynulla Mədətli, qələm adamları Ağacəfər Həsənli, Zakir Fəxri, Murad Köhnəqala, ədəbi tənqidçi Əsəd Cahangir və digər tanınmış ədəbiyyat və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər yubilyarın yaradıcılıq yolu, həyat fəaliyyəti və Azərbaycanın ədəbi-mədəni inkişafına verdiyi töhfələrdən danışıblar.

Tədbir çərçivəsində şair-publisist Xəqani Qayıblının və tanınmış şairlər Xanəmir Telmanoğlu və İbrahim İlyaslının redaktorluğu ilə bir qrup yazıçı tərəfindən hazırlanaraq nəşr edilən “Avrasiya Press” nəşrinin “Avrasiya portreti – Umud Mirzəyev 65” adlı xüsusi buraxılışı təqdim olunub. Həmçinin yazıçı-jurnalist Gülşən Behbudun Umud Mirzəyevin həyat və fəaliyyətindən bəhs edən, onun 65 illik yubileyinə həsr olunmuş “Təmənnasız missiya” adlı kitabı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Umud Rəhim oğlu Mirzəyev 1 fevral 1961-ci ildə Azərbaycan Respublikasının Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində anadan olub. 1982–1987-ci illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsində təhsil alıb. 1988-ci ildə Azərbaycan Yazıçılar İttifaqının mətbu orqanı olan “Ədəbiyyat və incəsənət” qəzetində əmək fəaliyyətinə başlayıb, 1989–1993-cü illərdə isə həmin qəzetin “Elm, publisistika və məktublar” şöbəsinə rəhbərlik edib. 1992-ci ildə yaradılan və hazırda BMT-nin İqtisadi və Sosial Şurasının ən yüksək statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun qurucusu və prezidentidir.
Onun şeirləri və publisistik yazıları yerli və respublika əhəmiyyətli mətbuatda dərc olunub, eyni zamanda rus, ingilis və türk dillərində müxtəlif ölkələrdə yayımlanıb.

Umud Mirzəyev 2012–2016-cı illərdə Beynəlxalq Mətbuat İnstitutunun (BMI) İdarə Heyətinin, 2013–2016-cı illərdə isə Nobel Sülh Mükafatı laureatı olan Beynəlxalq Sülh Bürosunun Ali Şurasının üzvü və qurumun 18 Qərbi Asiya ölkəsi üzrə nümayəndəsi olub. 2009–2016-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasına sədrlik edib. 2010–2022-ci illərdə Azərbaycan Mətbuat Şurasının sədr müavini, hazırda isə Şuranın İdarə Heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuranın sədridir.(APA)



Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər