Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 06-02-2026 09:55 | Bölmə: Cəmiyyət

Son illərdə telekommunikasiya sahəsində baş verən texnoloji yeniliklər ənənəvi rabitə vasitələrinin istifadəsinə də ciddi təsir göstərib. Texnoloji yeniliklər səbəbindən sabit ev telefonlarına maraq xeyli azalıb. Bu dəyişikliklər sabit ev telefonlarının ləğv olunması məsələsini yenidən müzakirə mövzusuna çevirib.
Reyting.az xəbər verir ki, İKT üzrə ekspert Elvin Abbasov Pravda.az-a bildirib ki, mobil telefonlar çıxdıqdan sonra stasionar telefonlara maraq azalıb:
“Məsələn, şəhərdəki stasionar telefon köşkləri (taksafonlar) artıq tarixi gözəllik kimi qalıb. Şəhərdə onlardan istifadə edən demək olar ki, qalmayıb. Stasionar telefonlar dövlət qurumlarında, məmurun otağında olub-olmadığına nəzarət etmək üçün hələ də bu növ telefonlar dövlət qurumlarında istifadə olunur. Amma ümumilikdə bu telefonlara maraq azalıb və dövrün tələblərinə uyğun olaraq bu, təbii proses hesab olunur. “Aztelekom” kimi böyük şirkətlər artıq fiber-optik infrastruktur üzərində üçlü xidmət paketləri təqdim edə bilir. Yəni həm internet, həm IP telefoniya, həm də IP televiziya xidmətləri. Siz artıq provayderinizdən, Aztelekom və ya başqa internet provayderindən əlavə olaraq IP telefoniya və televiziya xidmətlərini də əldə edə bilirsiniz. Bu da o deməkdir ki, əvvəlki telefon xətləri mis kabel üzərində işləyən analoq xətlər idi və bu tip analoq telefon xətləri hazırda aktuallığını itirib. Artıq telefon danışıqları və əlaqəli xidmətlər fiber-optik texnologiya üzərindən həyata keçirilir. Bu sistemdə danışıqlar analoq deyil, rəqəmsal texnoloji mübadilə əsasında baş tutur. Nəticədə telefon danışığının keyfiyyəti xeyli artır. Eyni zamanda istifadəçi istədiyi nömrəni internet aldığı, evinə fiber-optik xətt çəkən provayderdən ala bilər. Bu, müsbət haldır. Simli xətlər artıq öz aktuallığını itirib. Lakin sabit ev telefonlarının birdəfəlik ləğv edilməsi ilə bağlı hər hansı qərar və ya rəsmi çağırış yoxdur və ola da bilməz”.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər