Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Tarix: 06-02-2026 16:22 | Bölmə: Cəmiyyət

Bakıda və rayonlarda külək güclənəcək

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə fevralın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Milli Hidrometeorologiya Xidmətindən Reyting.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Xızı, Qobustan, Şamaxı, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Gədəbəy, Daşkəsəndə sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.





Bölməyə aid digər xəbərlər