Yupiterin ölçüsünü dəqiqləşdiriblər
Tarix: 06-02-2026 19:12 | Bölmə: Cəmiyyət

Yupiterin ölçüsünü dəqiqləşdiriblər

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) "Juno" kosmik aparatının yeni və müasir ölçmə cihazı Yupiterin əvvəl hesab ediləndən bir qədər kiçik olduğunu göstərib.

Reyting.az "Reuters" agentliyinə istinadla xəbər verir ki, əldə edilən nəticələr qaz nəhənginin ölçü və forması barədə indiyə qədər aparılmış ən dəqiq göstəricilərdir.

Bu məlumatlara əsasən, Yupiter planetinin ekvatorial diametri 142 976 kilometrdir və əvvəlki hesablamalarla müqayisədə düz 8 kilometr, qütblərarası diametr isə 133 684 kilometr olmaqla, 24 kilometr azdır.

Alimlər bildiriblər ki, yeni fakt planetin ideal kürə formasında deyil, qütblərdən yastılandığını sübut edir. 

Qeyd olunur ki, tədqiqatçılar tərəfindən bundan əvvəl aparılan araşdırmalar, Yupiter planeti haqqında bəzi məlumatlar, həmçinin onun ölçüsü 1970-ci illərdə "Voyager", eləcə də "Pioneer" kosmik aparatlarının qeydlərinə əsaslanırdı. Lakin "Juno" missiyası indiyə qədər davam edir.

NASA tərəfindən kosmosa göndərilmiş bu kosmik aparat 2016-cı ildən bəri Yupiterin orbitində dövrə vurur və 2021-ci ildə onun missiyası daha bir neçə ilədək uzadılıb.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər