Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 28-06-2016 15:11 | Bölmə: Cəmiyyət

"Professor Qulu Məhərrəmlinin məhkəmə işi çərçivəsində aparılacaq linqvistik ekspertizaya Bakı Dövlət Universitetindən mütəxəssislər cəlb olunmasına etiraz vəsatəti Ekspertiza Mərkəzinə göndərilib. Hələlik hansısa qərarın qəbulu barədə danışmaq tezdir”.
Reyting.az xəbər verir ki, bu haqda Gununsesi.info-ya Yasamal Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin köməkçisi məlumat verib.
Bakı Dövlət Universitetindəki (BDU) etibarlı mənbə isə bildirib ki, bu etirazdan sonra universitet rəhbərliyi ekspertizada iştirak üçün təyin etdiyi dilçi-mütəxəssisləri – professor Zemfira Şahbazova və baş müəllim Təranə İsmayılovanı rəylərini təqdim etməyə tələsdirib. Universitet kimi bir mənəviyyat ocağında rüsvayçı "ekspert” əməliyyatına humanitar məsələlər üzrə prorektor Sani Hacıyevin rəhbərlik etdiyi bildirilir. Etiraz vəsatətindən xəbər tutan kimi S.Hacıyev dərhal dilçiləri yanına çağırıb və işləri sürətləndirməyi tapşırıb. Prorektor onlara görəcəkləri işin "əhəmiyyəti”ni xatırladıb, universitetlə AzTV-nin münasibətləri naminə rəyin mütləq mənfi yazılmasının vacibliyini deyib və işləri gizli saxlamağı tapşırıb.
"Ekspertizanın bu şəkildə aparılması qanuna ziddir”. Tanınmış hüquqşünas, "Femida” qəzetinin baş redaktoru Eyyub Kərimov Gununsesi.info-ya bildirib ki, cinayət təqibinə məruz qalmış şəxsin iş yerindən mütəxəssis seçilməsi yolverilməzdir:
"İkincisi, işin nəticəsində maraqlı olan şəxs rəy hazırlanmasında iştirak edə bilməz, üçüncüsü isə Q.Məhərrəmli ilə bağlı ictimailəşmiş məhkəmə işi söz-mətbuat azadlığı üçün ciddi önəm daşıdığından ekspertizaya cəlb edilmiş mütəxəssislərin yüksək bilikli, müstəqil və vicdanlı olması çox vacibdir. Bir də universitet müəlliminin kiminsə göstərişi ilə mövqe müəyyənləşdirməsi hələ hər şey demək deyil. Məsələ bundan sonra Ekspertiza Mərkəzində peşəkar əməkdaşların iştirakilə müzakirə olunacaq. Qanuna görə təqsirləndirilən şəxsin özü və nümayəndələri də müzakirədə iştirak edib sual və izahlar vermək hüququna malikdirlər. Yəni qərəz olsa, dərhal üzə çıxacaq”-, deyə hüquqşünas əlavə edib.
Əyyub Kərimov bilə-bilə yalan rəy verən mütəxəssisin suallara aydınlıq gətirmək üçün məhkəməyə dəvət olunacağını da xüsusi vurğulayıb:
"Bəzən məhkəmə təcrübəsində belə hallar olur ki, mənfi rəy yazmağı sifariş edənlər kənarda qalır, amma mütəxəssislər yalan rəyə görə məsuliyyətə cəlb olunurlar”.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər