00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Hökumət sərnişinlərin problemini həll etməyə tələsmir - Fotolar
Tarix: 30-07-2019 11:07 | Bölmə: Cəmiyyət

Yasin dayı hər gün Maştağadan Babək prospektində yerləşən iş yerinə uzun bir yol qət edərək gedib çıxır. Səbəbini belə izah edir ki, Maştağadan “Koroğlu” metrostansiyasına getmək üçün istifadə etdikləri yeganə istiqamət Sabunçu-Zabrat-Maştağa avtomobil yoludur. Həmin yolda isə səhər saatlarından başlayaraq uzun sürən tıxaclar insanların səbrini tarıma çəkir. İşə gecikməmək üçün sakinlər ən azı bir saat əvvəlcədən evdən çıxıb vaxtlarını tıxacda “öldürməyə” məcburdurlar. Avtobusla bu yolu hər gün qət edən vətəndaşlar isə daha çox əziyyət çəkirlər. Çünki bu istiqamətdə ancaq köhnə, istifadə müddəti başa çatmış avtobuslar xəttə buraxılır. Onlarda isə nəinki kondisioner, heç normal oturacaqlar da tapmaq olmur.
Yayın istisində tıxacda qalmaq insanların həm səhhətinə mənfi təsir edir, həm də günə gərgin başlamasına səbəb olur.
Axşam geri dönəndə də həmin yolda eyni vəziyyət hökm sürür. Bu səbəbdən avobuslarda sürücü-sərnişin davaları da qaçılmaz olur. Adətən yay aylarında işləyən vətəndaşların məzuniyyətdə olması, təhsil müəssisələrinin tətildə olması yollarda maşınların sayının azalmasına səbəb olur. Lakin Bakı kəndlərində istirahətə gedən sakinlərin bir qismi yay aylarında daha çox Sabunçu-Zabrat-Maştağa yolundan istifadə edirlər. Ona görə də bu yolda sıxlıq daim müşahidə edilir. Sakinlərin, sərnişinlərin çoxsaylı şikayətləri isə hələki cavabsız qalıb.
Qeyd edək ki, sözügedən magistral yolda hələ 2014-2015-ci illərdə əsaslı təmir işləri aparılıb, Sabunçu qəsəbəsinə giriş hissədə yolun az bir qismi genişləndirilib. Yolun sonadək genişləndirilməsi gözlənilsə də, bu baş vermədi. Əksinə, giriş hissədə genişləndirilmə işləri ilə əlaqədar kompensasiya müqabilində sökülən obyektlərin yerində yeniləri tikilib(?). Bu və digər səbəblər həmin yolda hərəkətin normal təşkilinə ciddi maneələr yaradır. Bəs bu sahəyə cavabdeh olan qurumlar nə düşünür? Yolun genişləndirilməsi və digər tədbirlər nəzərdə tutulurmu?

Anar Nəcəfli
Reyting.az-ın sualına cavab verən Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, yollarda hərəkətin təşkili bu qurumun səlahiyyətinə aid deyil. Ona görə də konkret fikir söyləməyib: “Bu məsələ Dövlət Avtomobil Yolları Agentliyinin səlahiyyətində deyil. Yol hərəkətinin təşkili və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələlər Bakı Nəqliyyat Agentliyinin və Dövlət Yol Polisinin səlahiyyətindədir. Bununla bağlı hansısa təklif olarsa, icraçı olaraq bunu yerinə yetirə bilərik”.

Mais Ağayev
Bakı Nəqliyyat Agentliyini mətbuat katibi Mais Ağayev isə Sabunçu-Maştağa magistral yolunda yenilik ediləcəyini bildirib: “Bu yolda bu günə qədər yol hərəkətinin normallaşması ilə bağlı müxtəlif tədbirlər görülüb və bu işlər davamlı olaraq aparılır. Yaxın vaxtlarda ərazidə işıqforların vaxt rejimində müəyyən dəyişikliklərin edilməsi planlaşdırılır”.
Məsələyə nəqliyyat sektoru üzrə ekspert Azər Allahverənovun mövqeyini öyrəndik. Onun sözlərinə görə, bəzi məsələlər həll edilsə də, bu yolda tıxaclar qalmaqdadır:
“Sabunçu-Zabrat-Maştağa yolu artıq bir neçə ildir bizim sürücülərin gərgin, əsəbi olmasına səbəb olur. Eləcə də həmin ərazidə yaşayan insanların marağına zidd olan ab-hava yaranıb. Əvvəllər orada ən ciddi məsələ Sabunçu dairəsi ilə bağlı idi. Sabunçu dairəsindən Zabrata doğru gedən istiqamətdə fəaliyyət göstərən avtobus dayanacağı orada uzun sürən tıxacların yaranmasına gətirib çıxarırdı. Ona görə də 2015-2016-cı illərdə orada müəyyən işlər yerinə yetirildi, yerüstü piyada keçidi tikildi. Bundan sonra orada tıxacın həcmi azalsa da, problem tam həll olunmadı. Çünki həmin keçidin yanında avtobus dayanacağı fəaliyyət göstərirdi. Avtobuslar isə çox vaxt bu dayanacağa girə bilmirdilər, yolun ortasında saxlamağa məcbur olurdular. Çünki taksilər və digər kiçik minik maşınları orada park edilirdi”.

Azər Allahverənov
Bakı Nəqliyyat Agentliyivə Dövlət Yol Polisinin Sabunçu-Maştağa yolunda hətəkətin intensivlyini təmin etmək üçün müəyyən işlər gördüyünü xatırladan ekspert dayanacağın yerinin dəyişdirildiyini deyib. Bununla belə həmin yolda yenə də tıxac yaşanmaqdadır.
“Maştağaya doğrun hərəkət etdikdə yolun sağında çoxsaylı ticarət obyektləri fəaliyyət göstərdiyini müşahidə edirik. Onlar demək olar ki, piyada səkisinə bitişik yerləşiblər. Nəticədə həmin ticarət mərkəzlərinə, avtosalonlara gələn insanlar birbaşa yolun hərəkət hissəsində dayanmağa məcbur qalırlar. Yolun birinci zolağında əvvəlcədən park olunan avtomobillər də yer tutur. Buna görə bəzən sürücülər maşınlarını ikinci zolaqda saxlayaraq ticarət mərkəzlərinə gedirlər. Bu da yolun daralmasına, hərəkətin çətinləşməsinə gətirib çıxarır. 4 zolaqlı olan yol iki zolaqlı yola çevrilir. Bu da nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırır, intensivliyini azaldır. Nəticədə xoşagəlməz mənzərə yaranır”.
A. Allahverənovun fikrincə, həmin yolun genişləndirilməsi problemin aradan qaldırılmasına kömək edə bilər: “Harada imkan varsa, yolboyu genişləndirilmə fəaliyəti aparılmalıdır. Bununla yanaşı ticarət mərkzələrinin yaxınlığında qeyri-qanuni parklanmanın qarşısının alınması ilə bağlı işlər görülməlidir. Bu işdə foto və video qeydiyyatların aparılmasına malik olan cihazların da böyük rolu ola bilər. Əgər sürücülər bilsələr ki, həmin ərazilərdə onların qeyri-qanuni parklanmasını qeydə alan aparatlar quraşdırılıb və onlar buna görə cərimələnə bilərlər, o zaman qanunu pozmazlar. Digər tərəfdən, ticarət mərkəzlərinin rəhbərliyi alternativ dayanacaqlar təşkil etməlidir. Məsələ kompleks şəkildə həll edilsə, müsbət nəticə əldə edilə bilər”.
Onu da qeyd edək ki, Sabunçu-Maştağa yolunun Zabrat qəsəbəsindən keçən hissəsində çoxsaylı işıqforlar quraşdırılıb. Bu da ərazinin yaşayış massivi olması və sıx məskunlaşma ilə bağlıdır. Həmin işıqforların yerüstü keçidlərlə əvəzlənməsi və maşınların hərəkətinin intensivliyinin təmin edilməsi təklif edilir. A. Allahverənov bu məsələyə də münasibət bildirib:
“Həmin yolda piyadaların yüksək intensivliyi müşahidə edilir. Yolun hər iki tərəfində sıx məskunlaşma var. Ola bilər ki, hər 500-700 metr ara məsafəsi ilə yerüstü piyada keçidlərinin inşa olunması işıqforların sayının azalmasına, nəticədə avtomobillərin hərəkətinin intensivləşməsinə səbəb ola bilər. Bu problem uzun müddətdir müzakirə olunur. Düşünürəm ki, aidiyyəti strukturların bununla bağlı komissiyası olmalıdır. Komissiya müşahidələr aparmalı, rəylər öyrənilməlidir. Yol infrastrukturunun imkanları dəyərləndirilməlidir. Bu əsasda da konkret olaraq qərar qəbul edilməlidir”.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Dünən, 14:20
Apteklərdə nöqsanlar aşkar edilib
Dünən, 13:06
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
Dünən, 11:38
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
1-02-2026, 18:09
Göygöldə 33 yaşlı şəxs bıçaqlanıb
1-02-2026, 12:21
Bölgələrə qar yağacaq, güclü külək əsəcək - Proqnoz
31-01-2026, 20:59
Xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulu başlayır
31-01-2026, 15:06
“WhatsApp” şəxsi məlumatları icazəsiz paylaşır? - İddia
31-01-2026, 12:45
Sabahın hava proqnozu açıqlanıb
31-01-2026, 11:45
İcra başçısı vəzifəsi kimə tapşırılıb?
31-01-2026, 10:56
Bəzi vəkillər sosial şəbəkədə qeyri-etik davranış nümayiş etdirirlər
31-01-2026, 00:08
Müğənni "Tiktoker"dən şikayət edib
30-01-2026, 18:15
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
30-01-2026, 17:54
İcra başçısı müavinini vəzifədən azad edib
30-01-2026, 16:43
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
30-01-2026, 15:50
Sumqayıtda yaşayış binasında yanğın başlayıb
30-01-2026, 15:11
Fevral ayına olan hava proqnozu açıqlanıb
30-01-2026, 14:36
Bakıda iki nəfərin hamam otağında meyiti tapılıb
30-01-2026, 14:26
Hərbi prokurora köməkçi təyin olunub
30-01-2026, 13:22
"Bandotdel”dən əməliyyat: saxlanılanlar var - Foto
30-01-2026, 12:45
Qumar oyunları: 428 internet resursuna giriş məhdudlaşdırılıb
30-01-2026, 12:36
Sabah hava necə olacaq? - Proqnoz
30-01-2026, 11:21
Sahibə Qafarovaya ağır itki üz verib
30-01-2026, 11:01
Tanınmış iş adamı həbs olunub - Səbəb
30-01-2026, 07:31
Kvant kompüterində "zaman kristalı" yaradılıb
29-01-2026, 23:08
Abşeron Gənclər şəhərciyində yaşayış binasında yanğın olub
29-01-2026, 18:38
Yeni üsul 10 milyard dəfə az enerji işlədəcək
29-01-2026, 16:14
Xəzərin sahilində nəhəng beton bünövrələr üzə çıxıb
29-01-2026, 15:21
İkiuşaqlı ana üçəm dünyaya gətirib
29-01-2026, 15:15
Regional Turizm İdarəsinin rəisi vəzifədən azad olunub
29-01-2026, 14:17
Qasırğa, külək və qar Avropada problemlər yaradıb
29-01-2026, 12:49
Məktəb direktorunun şagirdi vurması iddiası araşdırılır
29-01-2026, 12:21
Sabahın hava proqnozu açıqlanıb
29-01-2026, 11:54
Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastr sistemi yaradılacaq
29-01-2026, 11:44
TƏBİB: "Məhkəmə sədrinin bıçaqlanan gəlininin vəziyyəti ağırdır"
29-01-2026, 11:00
Kəmaləddin Heydərov polkovniki təqaüdə göndərib - Yeni təyinat
29-01-2026, 10:56
Axtarışda olan azərbaycanlının yeri müəyyən olunub
29-01-2026, 10:12
Daha üç nəfər dəm qazından zəhərlənib - (Yenilınib)
29-01-2026, 10:07
Cərimənin məcburi tutulması qaydası dəyişir
28-01-2026, 18:08
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
28-01-2026, 17:52
Baş Prokurorluqda kollegiya iclası keçirilib
28-01-2026, 17:31
İcra başçısının müavini vəzifədən çıxarılıb
28-01-2026, 16:42
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
28-01-2026, 14:31
Yarım milyon manatlıq dələduzluqda ittiham olunan "hüquqşünas" tutulub
28-01-2026, 13:06
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
28-01-2026, 12:28
Sabah yağış yağacaq - Proqnoz
28-01-2026, 11:41
Uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişir
28-01-2026, 11:34
Bu il metronun yeni stansiyası açılacaq

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər