Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 22-09-2016 14:15 | Bölmə: Cəmiyyət

"Azərbaycan "ADEX 2014" müdafiə sənayesi sərgisində 27 məhsulla təmsil olunmuşdusa, builki sərgidə bu göstərici 260-dan çox olacaq".
Bunu müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev deyib.
Onun sözlərinə görə, bu il sərgidə nümayiş olunacaq açıq havada olan platformanın əhatə dairəsi də genişlənib: "Nazirliyə aid bütün məhsulların hamısı nə qədər mümkündürsə göstəriləcək və məlumat veriləcək".
Nazir müavini əlavə edib ki, sərgi çərçivəsində həmçinin bir sıra müqavilələrin imzalanması da nəzərdə tutulub. (Report)
Reyting.az-ın xəbərinə görə, nazir müavini jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanın heç bir ölkədən pulsuz silah-sursat almasına ehtiyac yoxdur.
Y.Musayev bildirib ki, Azərbaycanın xarici ölkələrdən müasir texnologiyalar alıb silah-sursat istehsal etməyə gücü var: "Biz ordumuzu kifayət qədər silah-sursat, döyüş texnikası ilə təmin etməyə qadirik".
Y.Musayev qeyd edib ki, Ermənistanda keçirilən parad sadəcə parodiya olub.
Nazirlik rəsmisi Ermənistandakı "İskəndər M" raketlərinə bərabər kompleksin Pakistandan alınması üçün danışıqların aparılması ilə bağlı sualı cavablayarkən vurğulayıb ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi istehsalçıdır və silah-sursat almır: "Bu sualı Müdafiə Nazirliyinə ünvanlasanız, daha yaxşı olar".
O, həmçinin bildirib ki, Azərbaycanın istehsal etdiyi məmulatlara olan tələbatın çoxluğundan bəzi sifarişlərdən imtina edilir: "Qısa müddətdə istehsal etməyə vaxtımız və imkanımız yoxdur. Müraciətlər əsasən Avropa, Afrika və Asiya ölkələrindəndir. Onlar ən çox döyüş sursatları, silahlar almaq istəyirlər. Silahlarımız rəqabətli, keyfiyyətlidir və həmin məmulatlar dünya bazarındakı qiymətlərə uyğun satılır".
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər