Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 18-10-2016 13:15 | Bölmə: Cəmiyyət

Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsi təklif edilir.
Reyting.az xəbər verir ki, bu təkliflə Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında "Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin müzakirəsi zaman komitə sədri İsa Həbibbəyli çıxış edib.
Deputat bildirib ki, özəlləşdirmə məktəbəqədər təhsil müəssisələrinin təyinatını dəyişməməlidir:
"Qanun layihəsinin hazırlıq variantında bağçaların özəlləşdirilməməsini qeyd etmişdik. Lakin sonra baxdıqda gördük ki, rayonların bəzilərinə maliyyə yardımları ayırmaq bir az çətin olur. Ona görə də məcburən dövlətin tikib istifadəyə verdiyi bir çox bağçaların inkişaf etməsi və fəaliyyətini davam etdirməsi üçün özəlləşdirməyə ehtiyac var. Belə faktlar rayonlarda müşahidə olunur. Bu səbəbdən təyinatı dəyişmədən məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsini mümkün hesab edirik”.
İ.Həbibbəyli deyib ki, bağçalar ali təhsilli və 5 illik təcrübəsi olan şəxs tərəfindən idarə ounmalıdır:
"Ölkədə bu gün ali təhsil səviyyəsi çox inkişaf edib. Biz ali təhsilli şəxsləri bir kənara qoyub, bağçalara ikinci gözlə baxıb texnikum bitirənləri idarəetmənin başına keçirə bilmərik”.
Deputat bildirib ki, əsas məqsəd məktəb yaşına çatmamış uşaqların məktəbəqədər təhsil sahəsində hüquqlarını və vəzifələrini müəyyən etməkdən, onlar arasında münasibətlərin tənzimlənməsindən ibarətdir:
"Azərbaycanda məktəbəqədər təhsil 1-6 yaşlı uşaqları əhatə edir. Məktəbəqədər hazırlıq təhsili 5 yaşlı uşaqlar üçün zəruri hesab olunur, icbari təhsil qaydasında həyata keçirilir”.
İ.Həbibbəyli qeyd edib ki, qanun layihəsi hazırlanarkən dünya təcrübəsi də öyrənilib:
"Bu gün bir çox idarə və müəssisələrin tərkibində məktəbəqədər təhsil müəssisələri var. Düzdür, onların bir çoxu məkətəhazırlıq qrupları yaratmağa hazır deyil. Lakin bağça funksiyasını yerinə yetirə bilirlər. Layihədə müvafiq icra hakimiyyəti orqanının nəzdində məkətəbəqədər təhsil assosasiyasının yaradılmasını nəzərdə tutan müddəa da öz əksini tapıb. Düzdür, bu, ictimai əsaslarla işləyən bir qurum olacaq. Bu da işimizə bir çox fayda verə bilər”
"Ali təhsil ocaqları da orta və məktəbəqədər təhsil müəssisləridir”.
Bunu isə deputat Bəxtiyar Əliyev "Məktəbəqədər təhsil müəssisəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, ali təhsil ocaqlarında orta və məktəbəqədər təhsil müəssisələrinin fəaliyyət göstərməsi elmin inkişafına təkan verə bilər və öncül praktikaların tətbiqinə yeni imkanlar açar.
"Dünyada belə praktikalar çoxdur və bu praktika öz müsbət səmərəsini verir. Belə bir praktikanın Azərbaycanda da tətbiqi lazımdır. Ən azından biz qanuna bununla bağlı müddəa salmalıyıq. Bu gün də olmasa, gələcəkdə belə bir praktika tətbiq ediləndə qanunvericilik baxımından problem yaranmasın”.
Qanun layihəsi müzakirələrin yekununda Milli Məclisin plenar iclasına tövsiyə olunub. (Modern.az)
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər