Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 25-10-2016 12:40 | Bölmə: Cəmiyyət
Ölkəmizdə əlilliyi
olan uşaqların təhsil almaq problemi hələ də istənilən səviyyədə həllini
tapmayıb. Beynəlxalq və ölkə qanunvericiliyində əlilliyi olan uşaqların
inkluziv təhsil almaq hüququnun olduğu bildirilsə də, respublikamızda bu kateqoriyaya
daxil olanların sağlam uşaqlara nisbətən təhsil almaq imkanı aşağı səviyyədədir.
Əlilliyi olan uşaqların məktəbəqədər təhsil imkanı da istənilən səviyyədə deyil. Çünki bağçalarda əlil uşaqlara demək olar ki, rast gəlinmir. Bu isə gələcəkdə onlara orta təhsildə xeyli çətinliklər yaradır.
Təbii ki, bu işdə valideyinlərin də üzərinə böyük məsuliyyət düşür. Bəzi valideyinlər hesab edirlər ki, uşağı əlildirsə təhsil ala bilməz. Buna görə də valideyinlər arasında maarifləndirici işlərin aparılmasına böyük ehtiyac duyulur.
Əlil uşaqların orta məktəblərdə sağlam uşaqlarla bir yerdə oxuması onların cəmiyyətə daha tez və kompleksiz adaptasiyasına kömək edə bilər.
Gəncə
Regional Kollecin 2-ci kurs tələbəsi, "Kəpənəyin saldığı yol" adlı
kitabın müəllifi Mətanət Qüdsi (Quliyeva) deyir ki, bu problem onu da narahat
edir:
"Bu məsələdə ilk növbədə valideyinin üzərinə böyük məsuliyyət düşür. Bir çox təhsilsiz uşaqlara görə əvvəlcə valideyinlər, sonra məktəblər məsuliyyət daşıyırlar. Məsələn, mən, əlilliyi olan uşaqlarla söhbət edəndə öyrəndim ki, ordakı uşaqların çoxunun III-V sinifə qədər təhsili var. Səhhəti bir qədər yaxşı olan uşaqlar isə IX sinifə qədər təhsil alıblar. Onlarla danışıb ortaq məxrəcə gəlirəm ki, sağlam uşaqlarla anlaşa bilmirlər, lağ edən olur, kompleks və narahatlıq yaranır,özünü tək hiss edir. Bu səbəbdən də onlar təhsillərini davam etdirmək istəmirlər.Təbii ki, bu uşaq psixologiyasıdı, onlar anlamalıdırlar ki, təhsilsiz olmaları özlərinə həyatı boyu ziyan vuracaq”.
Mətənat xanım bildirib ki, heç bir təhsil müəssəsində əllilər üçün pandus yerləşdirməyib, digər imkanlar yaratmayıblar:
"İstər məktəbdə olsun, istərsə də məktəbin həyətində və pilləkənlərdə - çıxıb düşmək üçün belə bir şərait yoxdur. Sadəcə, bu qanun vərəq üzərində qalır”.
Mətanət Qüdsi
qeyd edib ki, Azərbaycanın bəzi yerlərində tikinti işləri aparılarkən əlliliyi
olan insanları nəzərə alsalar da, marketlərdə, restoranlarda və kitabxanalarda bu
şərait barədə düşünmürlər.
Onu da qeyd edək ki, Mətanət xanım bir çox uğurlara imza atıb. Deyir ki, çətinlik çəkmədən heç bir uğur əldə etməyib :
"Həyat səni xoşbəxtliyə aparırsa, sənə nəsə verirsə, ən çətin yollardan keçrir. Çünki uğura asan yolla getmək olmur”.
M.Qüdsi sonda əlliliyi olan uşaqlara öz məsləhətini də verib :
"Məhdudiyyət bədbəxtlik və ya əngəl deyil. Bununla sınağa çəkilirik və buna dözürüksə, deməli, biz güclüyük. Həyatdan sevgi ilə, inam hissi ilə istəyin və inanın, inamlı olun! Belə olduqda istədiyinizə çatacaqsınız”.
Elşən RAMİZOĞLU
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər