Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 12-11-2015 12:22 | Bölmə: Cəmiyyət

Milli Məclisin deputatı Elmira Axundova bəzi kütləvi informasiya vasitələrində onun barəsində materiallar yayan Feyruz Eyvazəli oğlu Həşimovu məhkəməyə verib və deputatın iddiası təmin edilib.
Elmira Axundova Feyruz Həşimovdan kütləvi informasiya vasitələrində onun barəsində yaydığı şərəf və ləyaqətinə zərər vuran yanlış məlumatların təkzib edilməsini, ondan üzr istəməsini və vurulmuş mənəvi ziyana görə 100 min manat tutulmasını tələb edirdi.
Xətai rayon Məhkəməsi araşdırma zamanı belə nəticəyə gəlib ki, «Gündəlik Bakı» və «Bizimxeber.az» saytında dərc olunmuş məqalələrdə Elmira Axundovanın ünvanına həqiqətə uyğun olmayan və böhtan xarakterli məlumatlar öz əksini tapıb. Feyruz Həşimov məqalələrdə iddiaçının şərəf və ləyaqətini təhqir edib, onun Milli Məclisin deputatı kimi işgüzar nüfuzuna ciddi xələl gətirməklə mənəvi ziyan vurub.
Məhkəmə qətnaməsində göstərilir ki, Feyruz Həşimovun müəllifi olduğu məqalələrin adından, istifadə olunan ayrı-ayrı ifadələrdən və ümumilikdə, məqalələrin məzmunundan aydın görünür ki, onun niyyəti Elmira Axundova barəsində cəmiyyətdə mənfi rəy yaratmaq, onun əmək fəaliyyətinə, siyasi fəaliyyətinə, həyatı boyu əldə etdiyi nailiyyətlərə kölgə salmaq, şərəfinə və ləyaqətinə xələl gətirmək olub.
Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlib ki, məhkəmə araşdırması zamanı F.Həşimovun E.Axundova barəsində yaydığı məlumatların həqiqətə uyğun olmaması, bu məlumatların qərəzli niyyətlərlə yayılması öz təsdiqini tapıb. Buna görə, «Gündəlik Bakı» qəzetində və bizimxeber.az saytında təkzib vermək və Elmira Axundovadan üzr istəmək Feyruz Həşimova həvalə edilib. Bundan əlavə, dəymiş mənəvi ziyana görə F.Həşimovdan E.Axundovanın xeyrinə 5 min manat tutulacaq.
Məhkəmə qərarı ilə bağlı açıqlama verən millət vəkili E.Axundova bildirib ki, bu qərarı ədalətli və adekvat sayır: «Ümid edirəm ki, başqa qəzetlər və saytlar bu qərardan nəticə çıxararaq mənim və ailəm haqqında yazıları yaymaqdan çəkinəcəklər. Feyruz Həşimov mənim fəaliyyətimə, bütün nailiyyətlərimə kölgə salmağa çalışırdı. Alınmadı! Məhkəmə onun əməlinə hüquqi qiymət verdi. Onun yazdıqlarının heç bir əsası yox idi. Oğlum Həbib Axundova qarşı yazdıqları ilə bağlı da ayrıca araşdırma gedir. Ümid edirəm ki, həmin məsələyə də hüquqi qyimət veriləcək və haqq-ədalət qələbə qazanacaq. Bu cür məsuliyyətsiz yazılar yazmaq heç kimə başucalığı gətirmir. Mən KİV-ləri belə çirkin kampaniyalarda iştirak etməməyə, bəzi insanların əlində alət olmamağa çağırıram».
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər