Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 01-03-2017 15:35 | Bölmə: Cəmiyyət

GəncəDövlət Filarmoniyasına direktor təyinatından dərhal sonra Gülçin Mirzəyevanın Gəncə Musiqi Kollecinin direktoru olduğu zaman rüşvət alarkən çəkilmiş gizli videosu yayıldı.
Baş Prokurorluq yeni direktorun əvvəlki iş yerində yol verdiyi qanunsuzluqlarla bağlı xüsusi açıqlama yaydı və sanki məsələ ilə bağlı yenidən cinayət işi açılır.
Amma iddia edilir ki, bu məsələnin pərdəarxasında şəhərin icra başçısı Elmar Vəliyevlə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin qarşıdurması gizlənir.
Reyting.az-a verilən məlumata görə, kollecdəki rüşvətlə bağlı cinayət işi hələ aylar əvvəl açılsa da, iş "dondurulmuş" saxlanılıb. Xalq artisti Şahnaz Haşımovanın filarmoniyanın direktoru vəzifəsindən uzaqlaşdırılması və yerinə barəsində cinayət işi olan bir şəxsin təyin edilməsi isə Gəncənin icra başçısı Elmar Vəliyevi qəzəbləndirib.
Ehtimal edilir ki, Elmar Vəliyevin Əbülfəs Qarayevin Şahnaz Haşımovanı Gülçin Mirzəyeva ilə əvəzləməsini "həzm edə" bilməməsi səbəbindən kopromat savaşı başlayıb.
İddiaya görə, G.Mirzəyevanın filarmoniyaya direktor təyinatı barədə əmr verilərkən başlayan bu qalmaqalla E.Vəliyev Ə.Qarayevə zərbə vurmaq məqsədini güdüb.
Məlumatlı şəxs deyib ki, 2016-cı ilin sonunda Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsindən azad edilən Şahnaz Haşımovanın fəaliyyəti Əbülfəs Qarayev tərəfindən mənfi qiymətləndirilib. Bu isə Elmar Vəliyevi qane etməyib. E.Vəliyev Ş.Haşımovanın direktor vəzifəsindən çıxarılmasına qarşı olub.
Ancaq G.Mirzəyevanın nazirə "yol taparaq" boşalan direktor postuna yiyələnməsi nazirlə icra başçısı arasındakı gərginliyi qızışdırıb. Başçı, hətta Gülçin Mirzəyevanın direktor təyin olunmasına baxmayaraq, onu filarmoniyaya buraxdırmayıb: "Düzdür, qarşı tərəf bunu cinayət işi ilə bağlı aparılan araşdırma ilə əlaqələndirib. Əslində isə, real fakt qeyd etdiyimiz kimidir".
Məlumatlı şəxs deyib ki, böyük ehtimalla proses E.Vəliyevin istəyinə uyğun yekunlaşacaq. "Elmar Vəliyev təhsil naziri Mikayıl Cabbarovu özü ilə necə hesablaşdırdısa, Əbülfəs Qarayevi də elə hesablaşdıracaq",-deyə məlumatda bildirilib.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər