Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 06-03-2017 10:38 | Bölmə: Cəmiyyət

Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğuna qəbul imtahanının məzmunu ilə bağlı dəyişikliklər edəcək.
Reyting.az Trend-ə istinadla xəbər verir ki, DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib ki, hazırda bu dəyişikliklərin edilməsi ilə bağlı müzakirələr aparılır. M.Abbaszadənin sözlərinə görə, dəyişikliklər dövlət qulluğuna qəbul imtahanını uğurla verərək müsahibə mərhələsinə keçən namizədlər arasında seçimin aparılması ilə bağlı yaranan problemi aradan qaldırmaq məqsədilə ediləcək: "Biz müxtəlif dövlət orqanları ilə əlaqə saxlayanda onlar bildirirlər ki, imtahandan sonra gələn namizədlər arasında onlara lazım olan mütəxəssisləri seçə bilmirlər və bunun səbəbini də izah edirlər. Bunu aradan qaldırmaq üçün imtahanın məzmunu və sonra elan olunan proqramlarla əlaqədar müəyyən dəyişikliklər aparacağıq”.
M.Abbaszadə qeyd edib ki, bu istiqamətdə işlərin aparılması üçün "Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı yeni Tvinninq layihəsinin icrasına başlanılıb.
Dövlət qulluğuna qəbul olan namizədlər arasında seçimin aparılması zamanı dövlət orqanlarının hansı çətinliklərlə qarşılaşdığına gəldikdə, M.Abbaszadə deyib ki, dövlət orqanları DİM-ə namizədlərdə istədikləri bilik və bacarıqları görmədiklərini açıqlayırlar: "Düzdür, imtahanın müəyyən balını toplayaraq müsabiqədən keçirlər, amma müsahibə zamanı məlum olur ki, həmin şəxs onların istədiyi mütəxəssis deyil”.
M.Abbaszadə qeyd edib ki, Azərbaycanda həmişə ən yaxşı mütəxəssislər özəl sektorda işləməyə üstünlük verirlər. Çünki özəl sektorda verilən əmək haqqı daha yüksək olur: "Bu, dünyada da belədir. Bütün ölkələrdə özəl şirkətlər daha yüksək əmək haqqı təklif edirlər. Daha yaxşı mütəxəssisləri dövlət qulluğuna cəlb etmək təkcə bizim deyil, bütün dünyanın problemidir”.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər