Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 04-05-2017 12:07 | Bölmə: Cəmiyyət

"Məcburi köçkünlərin müvəqqəti sıx məskunlaşdığı obyektlərdə infrastrukturun yaxşılaşdırılması məqsədilə Dünya Bankı və Azərbaycan hökuməti arasında bağlanmış kredit sazişi üzrə 610 min nəfərin faydalandığı və dəyəri 85,6 milyon manat təşkil edən 910 mikrolayihə icra edilib. Həmçinin 11 min məcburi köçkünə 7,7 milyon manat məbləğində mikrokredit verilib".
Bu barədə baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində yazıb.
Baş nazirin müavini qeyd edib ki, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə son 13 ildə 2 mindən çox məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 40 milyon manat güzəştli kredit verilib, xeyli əlavə iş yerləri yaradılıb.
Bundan başqa, Ə.Həsənov qeyd edib ki, 2016-cı ildən Dünya Bankının və Azərbaycan hökumətinin birgə maliyyə vəsaiti hesabına ümumi dəyəri 79,3 milyon ABŞ dolları olan "Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi” layihəsi icra edilməkdədir: "Layihənin "Gəlir İmkanlarının Dəstəklənməsi” (13,2 milyon ABŞ dolları) komponenti çərçivəsində gəlir gətirən fəaliyyət növləri üzrə ümumilikdə 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkün icmalarının kollektiv sahib çıxdığı və idarə etdiyi 262 kiçik müəssisə (2972 nəfər məcburi köçkün yararlanır) yaradılıb, həmçinin gənclərin təlimi və biznesin inkişafı istiqamətində 1650 gəncə seçdiyi peşə ixtisası üzrə təlimlər keçirilib".
Bununla yanaşı, qeyd olunan komponent çərçivəsində məcburi köçkün icmalarına 2016-cı il ərzində sahibkarlıq fəaliyyətinə başlamaq üçün 2,6 milyon manat məbləğində qrantlar verilib. "Eyni zamanda mikrokredit alt-komponenti çərçivəsində 1900 nəfərdən artıq məcburi köçkünə ümumi məbləği 2,3 milyon manat olan mikrokreditlər, eləcə də 1624 gəncə sahibkarlıq fəaliyyətinə başlamaq üçün 1,3 milyon manat məbləğində alət-avadanlıq qrantları verilib", - deyə o bildirib.
Azərbaycan hökuməti ilə Dünya Bankı arasında bağlanmış Kredit Sazişinə əsasən, həyata keçirilən "Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi" Layihəsi üzrə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 8 milyon manat vəsait hesabına 32 min nəfərin faydalandığı 63 icma mikrolayihəsi icra edilib, məcburi köçkünlərin sıx məskunlaşdığı 23 obyektdə əsaslı təmir işləri həyata keçirilib.(APA-Economics)
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər