Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 26-05-2017 15:51 | Bölmə: Cəmiyyət

"Bu günə kimi Təhsil Nazirliyi tərəfindən Azərbaycanda 140 minə yaxın müəllim diaqnostik qiymətləndirmədən keçirilib. Hazırda Bakıda 7 min müəllimin qiymətləndirilməsi aparılır. Bununla da proses tam başa çatacaq”.
Bunu Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib. Onun sözlərinə görə, bu işlərin həyata keçirilməsində məqsəd səriştəli təhsil verənlərin hazırlanması və təhsil mühitinə cəlb edilməsidir.
C.Valehov qeyd edib ki, artıq diaqnostik qiymətləndirmənin nəticələri ilə bağlı Təhsil Nazirliyində müəyyən məlumatlar var:
"Diaqnostik qiymətləndirmə zamanı zəif nəticə göstərən müəllimlərin bir qismi təlimlərə cəlb edilərək, nəticələrini yaxşılaşdırmaq üçün onlara şans veriləcək. Bununla yanaşı, qiymətləndirmədə kifayət qədər zəif nəticə göstərən müəllimlər var ki, onlar məktəblərdən ixtisar olunacaq. Çünki başqa yol yoxdu. İstəyirik ki, yüksək bilikli, savadlı, bacarıqlı müəllimlər işlə təmin olunsun. Ötən il rekord sayda namizəd işə qəbul üçün müraciət edib, onlardan 30 mini imtahanda iştirak edib. Bu il Azərbaycanda vakansiyaların sayları artırılıb, səriştəli müəllimlərin işə cəlb olunması üçün yeni imkanlar yaradılır”.
Nazirlik rəsmisi qeyd edib ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə kifayət sayda vakant yer olacaq: "Bu il 6 mindən çox vakant müəllim yerinin olması gözlənilir. Burada əsas məqsəd daha çox gənc və yüksək savadlı müəllimlərin işə cəlb olunmasıdır”.
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov isə əlavə edib ki, bəzi hallarda təlim vasitəsilə müəllimlərin peşəkarlığı artırılacaq: "Lakin qiymətləndirmədə çox aşağı nəticə göstərən müəllimlərin təlim ehtiyacları təmin edilsə belə, onların bilik səviyyəsinin, peşəkarlığının artırılması üçün cəhdlər məqsədəuyğun hesab edilmir. Təhsilə cavabdeh olan şəxslərə belə müəllimlər, əmək müqavilələrinin tənzimlənməsi ilə bağlı tapşırıqlar verilib. İstəmirik ki, övladlarımıza, şagirdlərə aşağı nəticə göstərən müəllimlər dərs keçsin. Hətta az saat olsa belə, onların yeri vakansiyaya çıxarılacaq. Müsabiqələrdə kifayət qədər bal toplayan namizədlər məktəblərdə yer olmadığı üçün işlə təmin oluna bilmirlər”.
E.Bağırov vurğulayıb ki, diaqnostik qiymətləndirmədə aşağı nəticə göstərən müəllimlərin sayı kifayət qədərdir: "Ola bilsin ki, hansısa müəllim öz ərizəsi ilə işdən çıxmağa razılıq verəcək. Artıq belə hallar var, bəzi müəllimlər özləri ərizə yazaraq işdən çıxırlar".(APA)
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər