Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 08-06-2017 14:29 | Bölmə: Cəmiyyət

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Mingəçevir şəhər Mərkəzi xəstəxanasının baş həkimi Könül Ələkbərovun Qarabağ müharibəsi iştirakçılarına qərəzli münasibilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.
Akif Nağı müraciəti Mingəçevir şəhərində yaşayan Qarabağ müharibəsi əlilləri, şəhid ailələri, veteranları, Qarabağ Azadlıq Təşkilatı üzvlərinin şikayəti əsasında edib.
O, müraciətində yazır ki, bu kateqoriyadan olan insanlar Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Könül Ələkbərovun qanunsuz və qərəzli hərəkətlərindən şikayət edirlər:
"Könül Ələkbərov Qarabağ müharibəsi əlillərini, şəhid ailələrini, veteranları daim təhqir edir, onlara imtiyazlı tibbi xidmət göstərilməsinə şərait yaratmır, "axmaqsınız, gedib vuruşmayaydınız”, "sizi müharibəyə mən göndərməmişəm, getməyəydiniz”,- kimi ifadələr işlədir, onları tanımaq istəmədiyini bildirir. Bu adamın Qarabağla bağlı hər şeyə, o cümlədən əlillərə, veteranlara, şəhid ailələrinə başa düşülməyən bir nifrəti vardır. Bu nifrətin nədən qaynaqlandığını bilmirik”.
QAT sədri müraciətində qeyd edir ki, ordudakı təxribat-cəsus qrupları ifşa olunandan sonra hər şeydən şübhələnməyə başlayıblar: "Ermənilər sovet dövründə səhiyyə sistemindəki imkanlardan azərbaycanlıların öldürülməsi, şikəst edilməsi üçün geniş istifadə edir, çoxlu sayda təxribatlar törədir, terror şəbəkəsi yaradırdılar. Könül Ələkbərov kimi baş həkimlərin bu cür hərəkətləri artıq ciddi şübhələr yaradır. Hər halda bu məsələlərin yoxlanmasına ciddi ehtiyac vardır.
Könül Ələkbərovun qanunsuz və qərəzli hərəkətləri ilə bağlı dəfələrlə Səhiyyə Nazirliyinə və digər qurumlara müraciət olunsa da, heç bir ölçü götürülməyib. Bu başabəla baş həkim "ən yuxarılarda” adamlarının olduğunu, ona heç kəsin heç nə edə bilməyəcəyini deyir və "hökmranlığı”nı davam etdirir. Ona görə də Sizə müraciət etmək məcburiyyətində qalmışıq. Xahiş edirik ki, bu harınlamış məmurun hərəkətlərinə son qoyulması, Qarabağ müharibəsi əlilləri, şəhid ailələri, veteranlarına normal tibbi xidmət göstərilməsi üçün tapşırıqlarınızı verəsiniz”.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər