Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 11-08-2017 10:32 | Bölmə: Cəmiyyət

Baş nazirin müavini Əli Həsənov nəvəsinin törətdiyi qəzada ölən Vaqif Əsədovun ailəsinə baş çəkib.
Bu barədə "Meydan” TV-yə mərhumun ailəsi danışıb. Qəza qurbanının övladları bu səbəbdən də daha mətbuata heç nə danışmaq istəmədiklərini deyiblər.
74 yaşlı Vaqif Əsədov Nərimanov rayonu ərazisində, Heydər Əliyev prospektinin kəsişməsindəki binada yaşayırmış. O, avqustun 3-də Heydər Əliyev prospektində baş verən qəzanın qurbanlarındandır. Həmin gün axşam saatlarında Nail Abdullayevə məxsus "Mercedes Gelandewagen” markalı avtomobilin törətdiyi qəza nəticəsində onunla yanaşı daha 1 nəfər həyatını itirib. İki Türkiyə vətəndaşı isə yaralanıb.
Reyting.az-ın məlumatına görə, "Meydan” TV-nin əməkdaşları Vaqif Əsədovun yaşadığı evə gediblər.
Sayt yazır:
"Onun mənzilinə, binanın 5-ci mərtəbəsinə qalxırıq. Aşağı mərtəbələrdəki qapılar bir-birinə bənzəyir, imkanlı olduqları hiss olunur. Yalnız sonuncu qapı öz nimdaş görkəmi ilə seçilir. Həmin qapını döyürük, bir qadın açır, jurnalist olduğumuzu deyirik. Dəhlizdə dayanmış ortaboylu, qaraşın, təxminən 35-40 yaşlarında bir kişi "qonaqsız, keçin içəri, amma biz müsahibə verməyəcəyik",- deyir.
İçəri, təmirsiz, darısqal otağa daxil oluruq. Stolun üzərinə halva, xurma düzülüb. Çay gətirirlər. Bir gün əvvəl "olke.az” saytına atası barədə danışan Ramiz Əsədov yorulduğunu, danışmaq istəmədiyini deyir:
"Jurnalist gəlmişdi, danışdım. Ondan sonra telefonum susmur, jurnalistlər müsahibə üçün zəng edirlər, siz də gəlmisiz. Heç bilmirəm ünvanımızı haradan alırsız. Yorulmuşam, bizim tələbimizə əməl olundu, danışmaq istəmirik".
Bizi qarşılayan kişinin Vaqif Əsədovun böyük oğlu olduğunu öyrənirik. Qapını açan isə qızıdır. Heç biri adını açıqlamır. Öyrənirik ki, Ramiz Əsədovun müsahibəsindən sonra Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ailəyə baş çəkib.
"Gəlmisiniz, qonaq kimi bir stəkan çay içib gedin. Bizəlazım olanda jurnalist tapacağıq. İndi danışmaq istəmirik. Qardaşım da məndən icazəsiz danışıb. Hadisədir, olubdur də, indi mətbuat yazıq uşağın (Nail Abdullayev nəzərdə tutulur – red.) üstünə düşüb, onu "vurmaq” istəyir. Şou yaradırlar", - böyük qardaş əsəbi şəkildə deyinir.
Bu zaman bacısı da ona dəstək verir:
"Əli Həsənov gəldi, nə suallarımız vardı verdik, cavab da aldıq. 70 yaşı var. O boyda kişi əziyyət çəkib 5 mərtəbəni qalxdı, evimizə gəldi. Özünüz də gördüz necə çətindir bu pilləkənləri qalxmaq. Əli Həsənov "əlimlə nəvəmi aparıb polisə təslim etdim”, - dedi. Günahkar axı təkcə Nail deyil. Bunların İntellektual İdarəetmə Sistemi var, bu kameralar yolboyu onu görmürdü? Onu niyə yolda saxlamırdılar?"
Otaqda var-gəl edən böyük qardaş danışmasına imkan vermir, bacısına "əsəbləşirəm, çox danışma", - deyir.
Bacısı isə onu sakitləşdirməyə çalışır, sonra yenidən söhbətə davam edir:
"Hadisə ilə bağlı cinayət işi başlayıb. Günahkarlar cəzasını alacaq. Biz nə vaxt istəsək, onda da jurnalistləri özümüz tapacağıq".
Qapıya qədər ötürürlər, mərhumun böyük oğlu yenə təkrar edir:
"İndi bizə jurnalist lazım deyil. Lazım olanda özümüz əlaqə saxlayacağıq...”
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər