Tarix: 26-04-2016 12:30 | Bölmə: Gündəm

Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxış edib.
"Qafqazinfo”nun tədbirdə iştirak edən əməkdaşı xəbər verir ki, o, Azərbaycanın bu foruma ev sahibliyi etdiyinə görə İlham Əliyevə təşəkkürünü bildirib: "Ailəmizə son qatılan Qırğızıstana da təşəkkür edirəm”.
Ərdoğan radikal axınlara qarşı mübarizədə olan uğursuzluqları da etiraf edib:
"Suriya, İraq, Fransa, Pakistan, Türkiyə, İspaniya, Belçikada partlayan bombalar ard-arda gerçəkləşdi. Biz şiddəti doğuran səbəblərdən biri kimi dialoqu, uzlaşmanı, ortaq anlayışı dünyada yarada bilmədik. 21-ci yüzilliyin bu probleminin həlli üçün təhlükəli gedişlərə son verməliyik. Bu gün 60 milyon insan ölkəsindəki qarşıdurmalara görə yurdlarını tərk edir. Aralarında daha çox qadın və uşaqların olduğu bu məsum insanlar çıxdıqları yolda daha ağır nəticələrlə qarşılaşırlar.
Terrorçu təşkilatların mədəniyyəti, dini, ölkəsi olmur. Məsum insanların ölümünü heç bir din təqdir etməz”.
Erdoğan ölkələrindən Türkiyəyə pənah gətirən qaçqınlara qapılarının hər zaman açıq olacağını deyib: "Biz o insanları ölümə verə bilmərik".
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək