15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Rektor: “Təhsildə infrastruktur və məzmun islahatları həyata keçirilib”
Tarix: 29-10-2023 14:59 | Bölmə: Gündəm

2003-cü il oktyabrın 15-də ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin andiçmə mərasimindəki nitqi Azərbaycanın yeni dövrdəki inkişaf yolunun aydın strategiyasını müəyyən etdi. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Azərbaycanın sülh, əmin-amanlıq, tərəqqi, inkişaf, quruculuq və sabitlik yolu ilə inkişafını davam etdirəcəyini bildirən İlham Əliyevin 20 il öncə andiçmə mərasimində verdiyi bəyanatın hər bir müddəası növbəti illərdə dövlət siyasəti kimi yüksək səviyyədə icra olundu.
Reyting.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev bildirib. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın iqtisadi inkişafı müasir dünyanın tələbləri əsasında təmin olundu, ölkənin iqtisadi potensialı insan kapitalının mərkəzi hədəfi olaraq inkişaf etdi. Aparılan uğurlu fəaliyyətin nəticəsi olaraq Azərbaycan bir çox beynəlxalq hesabat və reytinqlərdə insan kapitalının inkişafı, səmərəli biznes mühitinin mövcudluğu və rəqabətədavamlı iş mühitinin formalaşdığı ölkələr sırasına yüksəldi. Dünya Bankının insan kapitalı indeksi, eləcə də insan inkişafı indeksi, qlobal rəqabətədavamlılıq indeksi və bu kimi beynəlxalq sıralamalarda Azərbaycanın göstəriciləri daim yüksəlməkdədir.
Rektor vurğulayıb ki, ölkəmizin ərazi bütövlüyü təmin olunduqdan sonra 2030-cu ilədək sosial-iqtisadi inkişafımız üçün müəyyən edilmiş milli prioritetlərin hər biri insan kapitalının və sosial rifahın inkişafına xidmət edir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində iqtisadi inkişaf innovativ həllər vasitəsilə daha da optimallaşdırılır, müxtəlif dövlət proqramları tətbiq edilir. Ölkəni rəqabətdə irəli aparmaq üçün cəmiyyətin yaradıcılığını və innovativliyini stimullaşdıran ekosistem qurulması mühüm hədəf kimi müəyyən edilib. Göstərilən məqsədlərə nail olmaq üçün Azərbaycan XXI əsrin tələblərinə uyğun təhsil siyasətinin həyata keçirilməsi ilə keyfiyyətli insan kapitalını daha da gücləndirməyi hədəfləyir. Bu dövr ərzində təhsilin pillə və səviyyələri üzrə inkişafı və onun əlçatanlığı, eləcə də elmin və elmi-tədqiqat potensialının müasirləşdirilməsi istiqamətində əsaslı işlər görülüb, ölkədə təhsilin bütün pillə və səviyyələri üzrə infrastruktur və məzmun islahatları həyata keçirilib, ali təhsilli vətəndaşların sayının artırılması və peşə təhsilinin əhatəsinin genişləndirilməsi məqsədilə davamlı islahatlar aparılıb. Minlərlə Azərbaycan gənci dünyanın ən nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.
Ötən iyirmi il ərzində ölkəmizin beynəlxalq münasibətlər sisteminə uğurlu inteqrasiya etdiyini və Azərbaycanın etibarlı tərəfdaş statusu qazandığını vurğulayan rektor bildirib ki, 2013-cü ildə ölkəmiz BMT-nın Təhlükəsizlik Şurasına sədrlik edib, bu fəaliyyəti çərçivəsində terrorizm və təhlükəsizliyə qarşı qlobal mübarizənin gücləndirilməsi üçün çalışıb, BMT tarixində ilk dəfə olaraq BMT ilə İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə çalışıb. Prezident İlham Əliyevin dünyanın ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına (QH) rəhbərliyi Azərbaycanın nüfuzunun artmasının növbəti bariz nümunəsidir. Məhz Azərbaycanın dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə 2020-ci ildə QH-də COVID-19 pandemiyasına dair iclas keçirilib, işçi qrupu yaradılıb və Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəsinin aparılması məqsədilə xüsusi sessiyası keçirilib. Beləliklə, Azərbaycan yalnız Cənubi Qafqaz regionu və ətraf coğrafiyada deyil, qlobal məsələlərin həllində də aparıcı rol oynamaqdadır. Azərbaycan yerləşdiyimiz regionun kommunikasiya infrastrukturunun qurulmasında, habelə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bununla yanaşı, Prezident İlham Əliyevin türk dövlətlərinin inteqrasiyasına yönəlin fəaliyyəti xüsusi qeyd edilməlidir. Belə ki, 2009-cu ildə Azərbaycanda başlayan prosesin tədricən bütün türkdilli dövlətləri əhatə etməsi işində Prezident İlham Əliyevin davamlı və sistemli siyasəti müstəsna rol oynayıb.
Rektor vurğulayıb ki, müstəqilliyimizin bərpasının ilk illərində formalaşmış mürəkkəb geosiyasi və geoiqtisadi şəraitdə Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətini qurdu. Prezident İlham Əliyev isə bu dövləti yeni zirvələrə yüksəltdi. Prezident İlham Əliyevin uzaqgörən strateji fəaliyyəti 2020-ci ilin payızında cəmi 44 gün ərzində ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi ilə nəticələndi. Məhz Prezident İlham Əliyevin uzaqgörən siyasəti, xalqa olan sevgisi və xalqdan davamlı olaraq aldığı dəstək bu tarixi missiyaya imza atmağa imkan verdi. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi tarixi ədalətin təntənəsi ilə yanaşı, həm də beynəlxalq hüququn norma və prinsiplərinin təmin olunması, BMT-nin qətnamələrinin yerinə yetirilməsi demək idi. Suverenliyimizin tam təmin edilməsi ilə nəticələnən 2023-cü ilin sentyabr ayının lokal antiterror tədbirləri beynəlxalq humanitar hüquq və Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilməklə, ölkəmizin son iyirmi ildə formalaşdırdığı ədalətli dövlətçilik ənənələrini bir daha nümayiş etdirdi.
“Güclü lider, milli birlik və qüdrətli iqtisadi inkişaf nəticəsində əldə edilmiş qələbə ölkəmizdə innovasiyanın hər bir sahədə tətbiq olunduğunu nümayiş etdirməklə yanaşı, Azərbaycanın beynəlxalq humanitar hüququn prinsiplərinə, ədalət və ləyaqət anlayışına hörmətinin növbəti təzahürü oldu. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, öz ərazi bütövlüyü və suverenliyinin bərpasında Azərbaycan dövləti beynəlxalq hüququn, Cenevrə konvensiyalarının bütün tələblərinə əməl edərək düşmənə qarşı ləyaqətlə davrandı. Bu isə həm beynəlxalq humanitar hüquq konteksti, həm də müvafiq situasiyalar üçün ədalətli idarəetmənin nümunəsini yaradır, siyasi elmin nəzəriyyələri çərçivəsində mühüm tədqiqatlara yol açır. Bu, bütün sahələrdə ədalət prinsiplərinə söykənın idarəetmə modelinin tətbiqinin aydın nümunəsidir”, - deyə A. Nağıyev bildirib.
Rektor vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunduğu 2023-cü ildə ölkəmizin tam suverenliyinin bərpa edilməsi fərəhləndirici və qürurverici haldır. İlk dəfə prezident seçilməsinin iyirminci ilinin tamamında, 2023-cü ilin 15 oktyabrında Prezident İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərlərində, digər qəsəbə və ərazilərimizdə Azərbaycanın Dövlət Bayrağını ucaltması, Xankəndi şəhərindən xalqa müraciəti tariximizin yeni inkişaf salnaməsinə keçidi xarakterizə edir.
“Prezident İlham Əliyevin Xankəndi şəhərindən xalqa müraciəti Azərbaycan xalqının 30 illik işğal və təcavüz yarasını sildi, qarşımızda yeni inkişaf hədəfləri qoydu. Prezident İlham Əliyev xalqın milli kimliyini özünə qaytararaq onu uzun əsrlərin mənfi basqılarından xilas etdi, əsrlər boyu ərazi və suverenlik itkisi ilə sarsılan milli şüurunda yeni bir dönəmi, qalibiyyətlər və yüksəliş erasını başlatdı. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bundan sonrakı inkişafı da ölkəmizin yeni zirvələrə yüksəlişləri ilə müşayiət olunacaq. Azərbaycan XXI əsrin sürətlə inkişaf edən innovasiyalar məkanına çevirəcək”, - deyə A. Nağıyev fikrini yekunlaşdırıb.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 08:24
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
12-02-2026, 16:09
Dövlət Xidmətinin əməkdaşları təltif olunub - Siyahı
12-02-2026, 15:54
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
11-02-2026, 19:33
Vens: İlham Əliyev nüfuzlu dünya lideridir
11-02-2026, 17:22
Prezidentin sədrliyi ilə müşavirə keçirilib - (Yenilənib) - Fotolar
11-02-2026, 12:47
İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib - Fotolar
11-02-2026, 11:07
Prezident İlham Əliyev Pezeşkiana məktub ünvanlayıb
11-02-2026, 10:02
Vens və həyat yoldaşı Şəhidlər xiyabanını ziyarət ediblər - Video
10-02-2026, 22:05
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
10-02-2026, 20:56
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
10-02-2026, 20:31
Vens: İlham Əliyevə böyük təşəkkür düşür
10-02-2026, 18:02
Milli Məclisdə daha 10 qanuna dəyişiklik müzakirə olunacaq
10-02-2026, 17:43
Vens Azərbaycana səfərə gəlib - (Yenilənib) - Foto
10-02-2026, 15:48
İlham Əliyev sazişi təsdiqləyib
10-02-2026, 11:13
Hikmət Hacıyev Türkiyə XİN rəsmisi ilə regional prosesləri müzakirə edib
9-02-2026, 16:55
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
9-02-2026, 15:47
Emoməli Rəhmon İlham Əliyevi təbrik edib
9-02-2026, 14:27
Naxçıvan şəhərinin icra başçısı vəzifədən azad edilib
9-02-2026, 13:30
Prezident daha bir nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 12:11
İlham Əliyev ABŞ-dan gələn nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 11:30
İcra başçısı Naxçıvana baş nazir təyin edilib
9-02-2026, 10:48
Əli Əsədov qərar imzalayıb
9-02-2026, 10:24
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
8-02-2026, 09:37
Leyla Əliyeva və Alena Əliyeva Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər - Fotolar
6-02-2026, 19:47
Saleh Məmmədov vəzifədən azad edilib - Yeni təyinat - Sərəncam
6-02-2026, 14:30
Baş nazir: Türkiyə NATO üçün həyati əhəmiyyətli müttəfiqdir
6-02-2026, 11:59
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib - Fotolar
5-02-2026, 17:26
İlham Əliyevin BƏƏ-yə səfəri başa çatıb
5-02-2026, 16:44
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib
4-02-2026, 18:07
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olunub - Video, Fotolar - Yenilənib
4-02-2026, 16:56
Azərbaycan ədaləti bərpa edir
4-02-2026, 12:02
İlham Əliyevin Nikol Paşinyanla geniş tərkibdə görüşü keçirilib - (Yenilənib) - Fotolar
3-02-2026, 16:48
Respublika hərbi prokuroruna müavin təyin edilib
3-02-2026, 11:30
Məmur olmaq istəyənlər imtahan verəcək - Bu tarixdə
3-02-2026, 11:23
Baş nazir xüsusi icra məmurları barədə qərar imzalayıb
3-02-2026, 10:17
İlham Əliyev Əbu-Dabidə baş katiblə görüşüb
2-02-2026, 20:02
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
2-02-2026, 15:04
Kamran Əliyev üç prokuror təyin edib
2-02-2026, 11:04
Milli Məclisin iclası başlayıb
2-02-2026, 10:16
Əli Əsədov qərar imzalayıb
2-02-2026, 09:18
Mehriban Əliyeva gənclərə dəstək nümayiş etdirib

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək