15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
ABŞ Azərbaycanla bağlı mövqeyini dəyişir
Tarix: 06-12-2023 20:00 | Bölmə: Gündəm

Sentyabrın 19-da Azərbaycan Qarabağdakı separatçı-terrorçu qruplara qarşı antiterror əməliyyatı ilə ərazi bütövlüyünü tam bərpa etdikdən sonra ABŞ-ın Azərbaycana münasibəti dəyişdi. Əvvəlcə tənqidi fikirlər səsləndirildi, ardınca Qərb mediasında anti-Azərbaycan kampaniyasına start verildi.
ABŞ-ın aparıcı qəzetlərində Azərbaycandakı söz və mətbuat azadlığı, jurnalist həbsi, siyasi məhbus anlayışına dair əsassız məqalələr yazıldı, Azərbaycanın dövlət başçısı, onun apardığı milli siyasət tədricən hədəfə gətirildi.
Siyasi analitik Oqtay Qasımov Reyting.az-a deyib ki, bu ötəri gərginlik, xüsusilə iyul ayının sonlarında - Ermənistan və Fransanın Laçınla sərhəddə başlatdığı “humanitar şou” ilə birbaşa əlaqəli olub.
O. Qasımov xatırladıb ki, sonrakı dövrdə Azərbaycan bütün platformalarda Ermənistan silahlı birləşmələrinin 15 minlik heyətinin Qarabağdan çıxarılmasını tələb edib, ordunun həmin ərazidə mövcudluğunun Azərbaycanın suverenliyini pozduğunu bildirib və Ermənistanın ordunu çıxarmaq öhdəliyi olduğunu diqqətə çatdırıb. Əvəzində Ermənistan ABŞ, Fransa və digər ölkələrdəki havadarları vasitəsilə prosesi ləngitməyə çalışıb.
O. Qasımov təəssüflə qeyd edib ki, həmin dövrdə də ABŞ və digər Qərb ölkələri Ermənistandan öhdəliyini yerinə yetirməyi tələb etməyiblər: “ABŞ 44 günlük savaş zamanı Azərbaycanın yaratdığı reallıqları qəbul etməkdə çətinlik çəkməklə yanaşı, həm də Azərbaycana təzyiq formalarını saxlamağa çalışırdı. Onlar üçün təzyiq elementlərindən biri Qarabağda yaşayan erməni elementləri idi. Elə bu səbəbdəndir ki, ABŞ və Fransa “Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi və hüquqlarının müdafiəsi” adı altında bölgəyə daxil olmağa çalışırdı, bu faktordan Azərbaycana təzyiq elementi kimi istifadə etməyi düşünürdülər. Hətta bu məqsədlə müəyyən planlar həyata keçirilirdi. Məsələn, sentyabrın 14-də ABŞ Senatında keçirilən dinləmələrdə o zamankı dövlət katibinin müavini Yuri Kim Azərbaycanın Qarabağda keçirəcəyi əməliyyata dözməyəcəyini bəyan edirdi. Təbii ki, belə bir bəyanat Azərbaycanda ciddi etirazla qarşılandı, qısa müddət sonra Yuri Kim vəzifəsindən kənarlaşdırıldı”.
Qasımov xatırladıb ki, sentyabrın 19-da Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatları ilə bölgədə yeni reallıqlar yaranıb, qanunsuz silahlı dəstələr ərazidən çıxarılıb və Azərbaycanın daxilindəki təhdidlər ortadan qaldırılıb: “Bu da ABŞ başda olmaqla bir çox dövlətlərin Azərbaycanla bağlı planlarının boşa çıxması deməkdir. Məhz bundan sonra, sentyabrın 26-da USAİD-ın rəhbəri Samanta Pover bölgəyə səfər etdi, Gorusda verdiyi açıqlamada bildirdi ki, prezident Baydenin tapşırığı ilə fakt toplamağa gəlib. Əslində bu, ABŞ-ın Azərbaycana qarşı əks siyasətinin formalaşmasından xəbər verirdi. Bunun da nəticəsini noyabrda Konqresdə keçirilən dinləmələrdə gördük. Həmin dinləmədə Dövlət katibinin müavini Ceyms O’Brayn daha radikal mövqe səsləndirdi, xüsusilə, təhdidlər dilə gətirildi. Azərbaycandan faktiki olaraq, Zəngəzur dəhlizinin açılması üçün Ermənistanın şərtlərinin qəbulu tələb edilir, kommunikasiya xəttinin İrandan keçməsinin əleyhinə olduqları bildirilirdi”.
Siyasi analitik əlavə edib ki, vəziyyətin belə davam etdiyi bir vaxtda Azərbaycan cavab addımları atmlı olub, son 30 ildə ABŞ-a onun alışmadığı formada qarşılıq verib: “ABŞ-ın atdığı addımlara adekvat cavab verildi. Amma bu, ABŞ üçün gözlənilməz oldu. Biz ABŞ-ın Güney Qafqazdakı maraqlarının nədən ibarət olduğunu yaxşı bilirik. ABŞ Rusiyanı bölgədən sıxışdırmaq, onun yerini tutmağa çalışır. Bunu da Ermənistan vasitəsilə edir. Yəni Azərbaycana təzyiqlər həm də Ermənistan vasitəsilə olunur. ABŞ bu yolla bölgədə yerləşmək, regionun zəngin enerji resurslarına, eləcə də nəqliyyat-kommunikasiya xətlərinə də nəzarət etmək istəyir. Həm də Azərbaycan üzərindən Orta Asiyaya çıxış əldə etməyə çalışır. Çünki bu, gələcəkdə ABŞ-ın öz rəqiblərinə qarşı əhəmiyyətli mövqe olardı”.
Qasımov ehtimal edir ki, əslində ABŞ-ın məkrli niyyətləri haqqında Azərbaycanda öncədən məlumat olub və Bakı bu səbəbdən də məsələlərin “3+3” formatında həllinə çalışır, bölgənin əsas aktyorları olan Türkiyə, Rusiya və İran da Bakının bu təklifləri ilə razılaşır: “Sözsüz ki, bölgənin problemləri bölgə ölkələrinin iştirakı ilə həll olunmalıdır. ABŞ əslində özü öz maraqlarına ciddi zərbə vurub. Görünən odur ki, ABŞ indi peşman olub, Azərbaycanla əlaqələrinin düzəldilməsini arzu edir və bu məqsədlə Ceyms O’Braynı səfərinə icazə istəyib”.
Qeyd edək ki, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn artıq Bakıdadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da onu qəbul edib. Bu səfərdən belə aydın olur ki, ABŞ Azərbaycan ilə əlaqələri bərpa etməkdə maraqlıdır və Cənubi Qafqazda həm də beynəlxalq hüquqa söykənmiş yeni reallıqları qəbul etməyə borcludur.
Y. QACAR
Bölməyə aid digər xəbərlər

13-02-2026, 08:24
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
12-02-2026, 16:09
Dövlət Xidmətinin əməkdaşları təltif olunub - Siyahı
12-02-2026, 15:54
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
11-02-2026, 19:33
Vens: İlham Əliyev nüfuzlu dünya lideridir
11-02-2026, 17:22
Prezidentin sədrliyi ilə müşavirə keçirilib - (Yenilənib) - Fotolar
11-02-2026, 12:47
İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib - Fotolar
11-02-2026, 11:07
Prezident İlham Əliyev Pezeşkiana məktub ünvanlayıb
11-02-2026, 10:02
Vens və həyat yoldaşı Şəhidlər xiyabanını ziyarət ediblər - Video
10-02-2026, 22:05
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
10-02-2026, 20:56
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
10-02-2026, 20:31
Vens: İlham Əliyevə böyük təşəkkür düşür
10-02-2026, 18:02
Milli Məclisdə daha 10 qanuna dəyişiklik müzakirə olunacaq
10-02-2026, 17:43
Vens Azərbaycana səfərə gəlib - (Yenilənib) - Foto
10-02-2026, 15:48
İlham Əliyev sazişi təsdiqləyib
10-02-2026, 11:13
Hikmət Hacıyev Türkiyə XİN rəsmisi ilə regional prosesləri müzakirə edib
9-02-2026, 16:55
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
9-02-2026, 15:47
Emoməli Rəhmon İlham Əliyevi təbrik edib
9-02-2026, 14:27
Naxçıvan şəhərinin icra başçısı vəzifədən azad edilib
9-02-2026, 13:30
Prezident daha bir nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 12:11
İlham Əliyev ABŞ-dan gələn nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 11:30
İcra başçısı Naxçıvana baş nazir təyin edilib
9-02-2026, 10:48
Əli Əsədov qərar imzalayıb
9-02-2026, 10:24
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
8-02-2026, 09:37
Leyla Əliyeva və Alena Əliyeva Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər - Fotolar
6-02-2026, 19:47
Saleh Məmmədov vəzifədən azad edilib - Yeni təyinat - Sərəncam
6-02-2026, 14:30
Baş nazir: Türkiyə NATO üçün həyati əhəmiyyətli müttəfiqdir
6-02-2026, 11:59
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib - Fotolar
5-02-2026, 17:26
İlham Əliyevin BƏƏ-yə səfəri başa çatıb
5-02-2026, 16:44
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib
4-02-2026, 18:07
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olunub - Video, Fotolar - Yenilənib
4-02-2026, 16:56
Azərbaycan ədaləti bərpa edir
4-02-2026, 12:02
İlham Əliyevin Nikol Paşinyanla geniş tərkibdə görüşü keçirilib - (Yenilənib) - Fotolar
3-02-2026, 16:48
Respublika hərbi prokuroruna müavin təyin edilib
3-02-2026, 11:30
Məmur olmaq istəyənlər imtahan verəcək - Bu tarixdə
3-02-2026, 11:23
Baş nazir xüsusi icra məmurları barədə qərar imzalayıb
3-02-2026, 10:17
İlham Əliyev Əbu-Dabidə baş katiblə görüşüb
2-02-2026, 20:02
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
2-02-2026, 15:04
Kamran Əliyev üç prokuror təyin edib
2-02-2026, 11:04
Milli Məclisin iclası başlayıb
2-02-2026, 10:16
Əli Əsədov qərar imzalayıb
2-02-2026, 09:18
Mehriban Əliyeva gənclərə dəstək nümayiş etdirib

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək