15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Zahid Oruc: “Bundan sonra hər bir uşaq qalib ölkədə doğulub, böyüyəcək”!
Tarix: 16-01-2024 08:12 | Bölmə: Gündəm

Reyting.az 7 fevral 2024-cü ildə keçiriləcək seçkilərdə prezidentliyə namizəd Zahid Orucun İctiamai Televeziyada birinci çıxışını təqdim edir:
Qalib Millətim!
Sizə on illərlə bu tribunadan müraciət edənlərin hamısı “əziz bacılar və qardaşlar”, “əziz həmvətənlər” deyib. İlk dəfədir, biz qürurla - “qalib millətim” deyə səslənə bilirik. Son 3 ildə qazandığımız parlaq qələbələr xalqımızın çoxəsrlik arzularını gerçəkləşdirdi və bizə yeni milli kimlik qazandırdı. Soyqırımlardan, köçkünlükdən, ədalətsizlikdən şikayət edən bir toplumdan bütün sosial, siyasi və dini fərqləri bir kənara qoyub birləşməyi bacaran “qalib millət”ə çevrildik. Biz düşmənlə savaş səngərinə ləzgi, talış, avar, rus, ukrain, azərbaycanlı kimi daxil olduq, lakin müqəddəs şəhidlərimizin qanı ilə birləşib bütöv millət kimi çıxdıq. Ötən əsrin əvvəllərində bizə həqarətlə “tatarlar, müsurmanlar” deyənlər, ikinci dünya müharibəsində 300 min azərbaycanlının həyatını qurban verməsi belə onların rəyini tam dəyişmədi. İndi biz məğlub xalqdan 21-ci əsrin yeganə qalib millətinə çevrilmişik.
İndi hamı deyir: ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunduğu ölkədə ilk seçkilərə gedirik. Bu fikir doğrudur, lakin dəqiqləşməyə, tamamlanmağa ehtiyacı var. Bəli, həqiqətən 1991-ci ilin sentyabrın 8-də ölkəmizdə ilk prezident seçkiləri keçiriləndə artıq Dağlıq Qarabağ Respublikası yaradılmışdı. Lakin əgər torpaqlarımız işğal olunmayasaydı belə, biz digər sovet respublikaları kimi seçkilərə getsəydik, onda Dağlıq Qarabağ Muxtar Vilayəti və ermənilərin yaşadğı bir şəraitdə seçki keçirməliydik. İndi isə ermənilər ərazini könüllü tərk ediblər və Dağlıq Qarabağ adlı qurum da yoxdur. Biz 100 ilə əvvəl-1920 ci illə də müqayisə edə bilmərik, Cümhuriyyət zamanı ilə də, çünki ermənilər onda da müəyyən sayda Qarabağda vardılar. Rusiya imperiyasının tərkibində olduğumuz dövrlə heç oxşarlıq yoxdur, çünki onda vahid və müstəqil dövlətimiz mövcud deyildi. Bəli, gördüyümüz kimi Azərbaycanın varlığı, mövcudluğu tarixində ilk dəfə millətimiz ermənilərsiz və işğalsız öz müstəqil iradəsi ilə gələcəyini, taleyini müəyyən edir. Təkcə müstəqilliyi deyil, varlığı tarixində...
90-cı illərdən sonra bütün seçkilərdə, nəinki namizədlərin, hər bir azərbaycanlının dediyi milli problem: “Qarabağ”, məcburi köçkün” öhdəliyi yer almır, hamının çiynindən o yük götürülüb. Bu seçkilərə qədər Qarabağda Azərbaycanın prezidenti seçilməyib, indi seçiləcək rəhbər Qarabağın da Ali Baş Komandanı olacaqdır! Yeni dövr ikinci buna görə fərqlidir.
Otuz il biz müharibə şəraitində yaşamışıq. Biz xalq olaraq, atəşsiz, yeni qaçqınsız dinc quruculuğun nə demək olduğunu yalnız indi görürük, yaşayırıq. İndi hər iki dövlətin orduları kazarmalarına qayıdıb və ilk dəfədir, atışmalarsız, itkilərsiz bir ili-2024-cü ili başlayırıq. Qarabağ təkcə ərazi problemi deyildi, həm də daxildə hakimiyyət uğrunda mübarizələrin, dövlət çevrilişlərinin əsas vasitəsiydi, o cümlədən siyasətə hamı Qarabağ dalğasında gəlirdi. Nəinki siyasətçilər, eləcə də partiyaların mütləq əksəriyyəti torpaqlarımızın işğalına qarşı mübarizə adı ilə meydana çıxmışdılar. Mən sizə 3 partiyanın-Milli İstiqlal, Müsavat və Yeni Azərbaycan partiyalarıınn proqramını nümayiş etdirirəm. Onların hamısı ərazi bütövlüyü vəd edirdi. İndi bütün proqramlar millətimizin önündə sıfırlanır və yeni hədəflər, ideyaların yazılması tələb olunur.
2024-cü ildə dünyanın 78 ölkəsində 83 milli seçki keçiriləcək. 2048-ci ilə qədər bu sayda qlobal miqyasda seçkilər olmayacaq. Ötən ilin dekabrında cəmi bir ayda seçki keçirəcək ölkələrin sayı 24 ədəd vahid artıb.Seçkilərdə dünya əhalisinin yarısı-4 milyard nəfəri iştirak edəcək. Beləliklə, qlobal təhlükəsizlik böhranı və qeyri-sabitliyi şəraitində seçkilər dövlətlərin, ideologiyaların və liderlərin dünyanın təzədən bölüşdürməsi, yeni təhlükəsizlik sisteminin qurulmasının tərkib hissəsidir. Azərbaycanın bu marafonda ön sırada olması dövlətimizin sabahkı təhülkəsilzik və dünya nizamının qurulması üçün çox önəmlidir. Əgər ölkəmizdə seçkilərin vaxtı önə çəkilməsəydi, sülh müqaviləsini qazanmaq mümkün olmayacaqdı. Müharibədəki qələbəsini rəsmiləşdirmək istəyən qalib dövlətin davranışı düzgün addım idi. Lakin 7 fevral Zəfər seçkilərini 90-cı illərin növbədənkənar seçkilərindən fərqləndirən əlavə bir səbəbi də göstərmək istərdik.
Əgər 1992-ci ildə Xocalı itiiriləndən, soyqırımdan sonra hakimiyyət böhranına görə növbədənkənar seçkilər keçirilirdisə, indi Xocalı azad olunduğu üçün soyqırımdan xilas olan millət öz gələcəyini müəyyənləştirir. Hansı millətin taleyində belə bir hadisə baş versəydi, o öz dövlətçiliyini, müstəqilliyni, azadlığını, bütövlüyünü-yeni eranı həmin gündən hesablayardı. Axı Xocalı bizim hər birimizin kədər və nisgil yerimiz idi. İndi qələbə yerimizdir və xalqımızın üzərində o məğlubiyyət səhifəsi deyil, biz onu azad etmişik, ayaga qalxıb düşmənə layiqli zərbə vurmuşuq.
Bax Qələbəmizin əzəməti bundadır. Bəli, bizim tariximizdə müharibədə məğlub olan liderlərin bu dövlətə rəhbərlik etdiyi dövr çox olub. İndi tarixdə ilk dəfədir ki, müharibənin qalibi bu dövlətə başçılıq edir. Lakin biz hamımız qalibik. Burada iqtidar və müxalifət, kasıb və varlı, şərqpərəst və qərbyönümlü fərqinə yer yoxdur.
Pənahəli xandan Cümhuriyyət qurucularına, Nərimanovdan Ulu öndər Heydər Əliyevə qədər hər biri sağ olsaydılar, 7 fevralda onların arzularının, ideallarının həyata keçdiyi bütövlüyə səs verərdilər.
300 illik müharibənin qalibi olan millət öz ölkəsində qanunun, ədalətin də Zəfər çalmasına nail olacaqdır.
Bizim son 30 ildə hər brimizin dediyi “Qarabağ boyda dərdimiz var”, “Qarabağ Azərbaycandır” şüarı müqəddəs olmaqla bərabər, artıq bu ideya tarixə çevrilir. Lakin biz bütün millətimizlə birlikdə gələcək hədəflərimizi düzgün tapmalıyıq. Ermənilərin səhvlərini təkrarlaya bilmərik. Biz ərazilər, işğal xəyalları ilə yaşaya bilmərik. Əlbəttə, Naxçıvan Azərbaycanla birləşəcəkdir, lakin bizim yeni milli ideyamız hərbi Zəfərimiz üzərində qurulmalıdır. Hamı bu uğura möcüzə kimi baxır. Çünki Qəzzada, Yaxın Şərqdə axan qan hələ də davam edir. Bizsə ikinci dünya müharibəsindən sonra yaponların “iqtisadi möcüzə”sini döyüş meydanlarında qazanmışıq..İndi onu yeni əsrdə-qalib gəldiyimiz 20 senytabrdan sonra yaratmalyıq. Bizim yeni milli ideyamız “Azərbaycan möcüsəsi” adlana bilər. Kimin dilinə bizim ölkəmiz gələcəksə, qoy hamı düşünsün ki, Azərbaycanda belə bir xəyal gerçək olub.
Biz, yeni dövrü 4-cü Respublika-Azərbaycanın qalib yüz ili adlandırırıq. Çünki nə Cümhuriyyət, nə sovet Azərbaycanı, nə də müstəqill Azərbaycanın son 30 ili 2020-ci ilin 8 noyabr, 23-cü ilin 20 sentyabrından sonra biz hamımız yeni-fərqli bir xalqa çevrilmişik... Dövlətimiz də, vətəndaşımız da yenilənib. Ona görə də hərbi möcüzəni yaradan xalq, onun gənclər ordusu iqtisadi, idarəetmə, siyasi, sosial, təhsil, səhiyyə möcüzələrini də yaratmağı bacaracaqdır. Yetər ki, uğurlarımızı davam etdirək..Ona görə də biz təklif edirik ki, 44 günlük proqramlar qəbul edək. Elə proqramlar ki, səhiyyəmizə imkan versin ki, Şuşa yüksəkliyində ayaq üstə sağlam dayana bilsin..Təhsilimiz Zəfər təhsili olsun. Vətəndaşlarımız məğlub dövrlə qalib vaxtda yaxşı yaşadığının fərqini hər gün hiss etsin. Onun üçün də 7 fevral tarixi seçkilərdən çox ordumuzun Xankəndi paradının davamıdır. Biz Xocalıya, Xankəndinə, Şuşaya, azad torpaqlara səs verəcəyik. Gördüyünüz kimi, belədə hamınız namizədsiniz.
Biz sizə gələcəkdən danışacagıq. Biz təkcə kimə deyil, həm də hansı sabaha, hansı milli ideyaya səs verəcəyimizi həll edirik. İndi dünyada onlarla dövlət taleyini qutuda deyil, səngərdə həll olunur. Bizsə səngərdə birləşən səsimizi 7 fevrala daşımağı bacarmalıyıq!
Biz ilk dəfədir qalib başlayırıq. Həmişə dövlətçiliyimiz faciədən sonra seçimə məcbur olub. Çar Rusiyası İranla savaşıb biz itirmişik. Sonra Cümhuriyyət və Sovetlər qurulub yenə uduzmuşuq, sonra SSRİ -nin çöküb, yenə ortada torpaq, əhali və sərvətləri əldən gedən biz olmuşuq...İlk dəfədir, biz start vəziyyətində qələbə ilə başlayırıq... Biz 7 fevralı ölkəmizin tarixində bütün seçkilərdən onunla fərqləndiririk ki, burada parçalanmanı, qarşıdırmanı gücləndirmək deyil, bilriyi, səfərbərliyi və gələcəyimiz üçün vahid bir platformada bir millət paradına çevrilməyi bacarmalıyıq. İnanırıq ki, bacaracağıq!
Bizim iki şüarımız var-Qalib Gələcəyə səs verin! Bəli, məğlubiyyət dövrü artıq qapanıb. İkinci şüarımız, ən böyük sərvət İnsandır! Neft də, qaz da, bütün təbii nemətlər də xalqımız üçündür. Sərvət millətimizin özüdür.
Mənim arzum budur ki, 7 fevral 8 noyabrın davamı olsun!
Biz inanırıq ki, bir daha işğala məruz qalmayacağıq!
Heç kəs bir daha 30 illik məşəqqətdən sonra çadır şəhərciklərinə dönməyəcəyik!
Bundan sonra Vətənimizdə dünyaya gələn hər bir uşaq qalib ölkədə doğulub, qalib ölkədə yaşayacaqdır!
Gəlin, 7 fevralda Qələbəmizi birlikdə qoruyaq və irəli aparaq!
Bölməyə aid digər xəbərlər

13-02-2026, 08:24
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
12-02-2026, 16:09
Dövlət Xidmətinin əməkdaşları təltif olunub - Siyahı
12-02-2026, 15:54
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
11-02-2026, 19:33
Vens: İlham Əliyev nüfuzlu dünya lideridir
11-02-2026, 17:22
Prezidentin sədrliyi ilə müşavirə keçirilib - (Yenilənib) - Fotolar
11-02-2026, 12:47
İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib - Fotolar
11-02-2026, 11:07
Prezident İlham Əliyev Pezeşkiana məktub ünvanlayıb
11-02-2026, 10:02
Vens və həyat yoldaşı Şəhidlər xiyabanını ziyarət ediblər - Video
10-02-2026, 22:05
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
10-02-2026, 20:56
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
10-02-2026, 20:31
Vens: İlham Əliyevə böyük təşəkkür düşür
10-02-2026, 18:02
Milli Məclisdə daha 10 qanuna dəyişiklik müzakirə olunacaq
10-02-2026, 17:43
Vens Azərbaycana səfərə gəlib - (Yenilənib) - Foto
10-02-2026, 15:48
İlham Əliyev sazişi təsdiqləyib
10-02-2026, 11:13
Hikmət Hacıyev Türkiyə XİN rəsmisi ilə regional prosesləri müzakirə edib
9-02-2026, 16:55
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
9-02-2026, 15:47
Emoməli Rəhmon İlham Əliyevi təbrik edib
9-02-2026, 14:27
Naxçıvan şəhərinin icra başçısı vəzifədən azad edilib
9-02-2026, 13:30
Prezident daha bir nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 12:11
İlham Əliyev ABŞ-dan gələn nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 11:30
İcra başçısı Naxçıvana baş nazir təyin edilib
9-02-2026, 10:48
Əli Əsədov qərar imzalayıb
9-02-2026, 10:24
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
8-02-2026, 09:37
Leyla Əliyeva və Alena Əliyeva Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər - Fotolar
6-02-2026, 19:47
Saleh Məmmədov vəzifədən azad edilib - Yeni təyinat - Sərəncam
6-02-2026, 14:30
Baş nazir: Türkiyə NATO üçün həyati əhəmiyyətli müttəfiqdir
6-02-2026, 11:59
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib - Fotolar
5-02-2026, 17:26
İlham Əliyevin BƏƏ-yə səfəri başa çatıb
5-02-2026, 16:44
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib
4-02-2026, 18:07
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olunub - Video, Fotolar - Yenilənib
4-02-2026, 16:56
Azərbaycan ədaləti bərpa edir
4-02-2026, 12:02
İlham Əliyevin Nikol Paşinyanla geniş tərkibdə görüşü keçirilib - (Yenilənib) - Fotolar
3-02-2026, 16:48
Respublika hərbi prokuroruna müavin təyin edilib
3-02-2026, 11:30
Məmur olmaq istəyənlər imtahan verəcək - Bu tarixdə
3-02-2026, 11:23
Baş nazir xüsusi icra məmurları barədə qərar imzalayıb
3-02-2026, 10:17
İlham Əliyev Əbu-Dabidə baş katiblə görüşüb
2-02-2026, 20:02
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
2-02-2026, 15:04
Kamran Əliyev üç prokuror təyin edib
2-02-2026, 11:04
Milli Məclisin iclası başlayıb
2-02-2026, 10:16
Əli Əsədov qərar imzalayıb
2-02-2026, 09:18
Mehriban Əliyeva gənclərə dəstək nümayiş etdirib

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək