Tarix: 12-05-2016 12:56 | Bölmə: Gündəm

ATƏT-in Minsk qrupu Ermənistan və Azərbaycan prezidentlərinə görüşməyə çağırır.
Bu barədə ATƏT-in bəyanatında bildirilir. Görüşün növbəti həftə
Vyanada keçirilməsi təklif edilir.
Görüş təklifi ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms
Uorlik (ABŞ) və Pyer Andryu (Fransa) tərəfindən edilib.
"Cəbhə xəttində bu yaxınlarda baş verən zorakılığı və münaqişə bölgəsində
gərginliyin təcili azalmasını nəzərə alaraq hesab edirik ki, Ermənistan və Azərbaycan
prezidentlərinin görüşünün vaxtı çatıb. Bizim xarici işlər nazirlərimiz Vyanada
bu görüşü təşkil etməyə hazırdır".
Serj Sarkisyanın və İlham Əliyevin Vyanada keçirilməsi təklif edilən görüşü
aprelin əvvəlində cəbhə xəttində baş verən gərginliklərdən sonrakı dövrə təsadüf
edir. Bu görüş 2016-cı ildə prezidentlərin ilk görüşü ola bilər.
Cəbhədə baş verən döyüşlərdən sonra ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri
Pyer Andrie Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili üzərində
çalışdıqlarını demişdi.
Prezidentlərin son görüşü ötən ilin sonunda baş tutub. İham Əliyev və Serj
Sarkisyanın son görüşü dekabrın 19-da İsveçrənin Bern şəhərində olub.
Görüş ATƏT-in Minsk qrupunun
təşəbbüsü ilə təşkil olunmuşdu. Yekununa dair ATƏT-in Minsk qrupu həmsədrlərinin
yaydığı birgə bəyanatda bildirilir ki, prezidentlər nizamlama danışıqlarının
davam etdirilməsinə hazır olduqlarını təsdiq ediblər. Onlar həmçinin Minsk
qrupu formatına sadiqliklərinini davam etdirəcəklərini də bildiriblər.
Anspress.com
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək