15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib - (Yenilənib) - Fotolar
Tarix: 05-08-2024 18:27 | Bölmə: Gündəm

Prezident İlham Əliyev Avstraliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib.
Reyting.az xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev avqustun 5-də Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mayls Robert Armiteycin etimadnaməsini qəbul edib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mayls Robert Armiteycin etimadnaməsini qəbul edib.
Reyting.az xəbər verir ki, səfir etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.
Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.
Prezident İlham Əliyev səfirin ölkəmizə səfərlər edəcəyinə və Azərbaycanın hökumət nümayəndələri ilə əlaqələrimizin gələcək inkişafı məsələlərinə dair səmərəli müzakirələr aparacağına ümidvar olduğunu bildirib. Azərbaycan prezidenti ölkələrimizin bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, iqtisadi-ticari əlaqələrin inkişafı üçün yaxşı potensialın olduğunu vurğulayıb.
Siyasi münasibətlərə toxunan prezident İlham Əliyev ölkələrimiz arasında səmərəli əlaqələrin olduğunu bildirib, lakin investisiya imkanlarından istifadə və ticarət dövriyyəsinin artırılması sahəsində əməkdaşlığın hələ də lazımi səviyyədə olmadığını qeyd edib. Dövlətimizin başçısı ümidvar olduğunu bildirib ki, səfir fəaliyyətində bütün bu sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməyəcək.
Səfir Mayls Robert Armiteyc Azərbaycanda olmağından böyük məmnunluq hissi keçirdiyi bildirib və qarşıda əlaqələrimizin genişləndirilməsi üçün görüləsi çox işin olduğunu qeyd edib. O, xüsusilə iqtisadiyyat və ticarət sahələrində əməkdaşlıq üçün yaxşı imkanların olduğunu diqqətə çatdırıb.
Mayls Robert Armiteyc COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğulayıb. O, Azərbaycanın qısa vaxt ərzində COP29 Konfransının keçirilməsi üçün bütün zəruri hazırlıq işlərini gördüyünü məmnunluqla qeyd edib, ölkəmizin kiçik ada dövlətlərinə dəstəyinin, xüsusilə kiçik ada dövlətlərinin qarşıdan gələn Zirvə toplantısında iştirakı məsələsini xüsusi vurğulayıb.
Səfir qeyd edib ki, Avstraliya regionda davamlı sülhün bərqərar olunmasında və Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasında maraqlıdır.
Bu xüsusda prezident İlham Əliyev Azərbaycanın regional sülh gündəliyinin irəli aparılması üçün səylərini bundan sonra da davam etdirəcəyini bildirərək, artıq regionda sülhün mövcud olduğunu qeyd edib.
Görüşdə, həmçinin ölkələrimiz arasında siyasi dialoqun inkişaf etdirilməsi, mədən sənayesi, yaşıl enerji, gəmiqayırma və biznes dairələri arasında işgüzar münasibətlərin yaradılması məsələlərinə dair fikir mübadiləsi aparılıb.

***
Prezident İlham Əliyev Burkina Fasonun Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib.

Azərbaycanın Burkina Faso ilə münasibətlərin hərtərəfli inkişafında maraqlı olduğunu deyən prezident İlham Əliyev ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu bildirib. Dövlətimizin başçısı iqtisadi-ticari sahədə əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinin zəruriliyini qeyd edib, Azərbaycanın Burkina Fasoya investisiya yatırması imkanlarının araşdırılmasının önəmini vurğulayıb.
Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa toxunan Azərbaycan prezidenti, ilk növbədə, BMT-də, Qoşulmama Hərəkatında qarşılıqlı dəstəyin göstərilməsinin vacibliyini qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın dörd il ərzində Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini vurğulayaraq, ölkəmizin bu dövrdə xüsusi diqqət yetirdiyi mövzulardan birinin də müstəmləkəçilik, neo-müstəmləkəçilik və bununla mübarizə məsələsinin olduğunu bildirib. Bu xüsusda Fransanın həyata keçirdiyi neo-müstəmləkəçilik siyasətinin ikrah hissi doğurduğunu qeyd edən dövlətimizin başçısı Azərbaycanın bu siyasətə qarşı öz səsini ucaltdığını və qanlı müstəmləkəçilik tarixi olan Fransanın bu gün də əsarət altında saxladığı xalqlara müstəqillik, azadlıq tələb etdiyini vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanın qeyri-hökumət təşkilatlarının da bu istiqamətdə beynəlxalq qeyri-hökumət hərəkatı çərçivəsində fəal iş apardığını bildirib.
Fransanın ölkəmizə qarşı qərəzli mövqeyindən danışan prezident İlham Əliyev Azərbaycanın öz torpaqlarını işğaldan azad edəndən sonra Fransanın əsl simasını nümayiş etdirdiyini, BMT-də, Avropa İttifaqında ölkəmizə qarşı ədalətsiz şəkildə fəaliyyət həyata keçirdiyini qeyd edib.
Söhbət zamanı dövlətimizin başçısı Azərbaycanın Afrika İttifaqı yanındakı səfirinə Afrika ölkələri ilə daha sıx münasibətlərin qurulması, onlarla müxtəlif istiqamətlər üzrə ikitərəfli formatda konkret əməkdaşlıq məsələlərinin planlaşdırılması barədə də təlimat verildiyini qeyd edib.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir, ilk növbədə, ölkəsinin lideri Brahim Traorenin salamlarını, eyni zamanda, dövlətimizin başçısının yenidən Prezident seçilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və Qoşulmama Hərəkatına uğurlu sədrlik etməsi münasibətilə təbriklərini prezident İlham Əliyevə çatdırıb.
Dövlətimizin başçısı salamlara və təbriklərə görə minnətdarlığını bildirib, onun da salamlarını Burkina-Fasonun liderinə çatdırmağı xahiş edib.
Səfir Vinta Some Azərbaycan ilə ölkəsinin strateji səviyyədə hərtərəfli əməkdaşlığa hazır olduğunu, yaxın vaxtlarda geniştərkibli Azərbaycan nümayəndə heyətinin Burkina-Fasoya səfər edəcəyini vurğulayıb. O, ölkələrimiz arasında enerji, kənd təsərrüfatı, təlim, təhsil, terrorizmə qarşı mübarizə və digər sahələrdə əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu qeyd edib.
Vinta Some ölkəsinin Azərbaycanın müstəmləkəçiliyə qarşı mübarizədə verdiyi dəstəyi yüksək qiymətləndirdiyini qeyd edib. O, Afrikanın sahil regionunda baş verən proseslər haqqında məlumat verdi, artıq qitədə panafrikanizm hərəkatının güclənərək yeni vüsət aldığını vurğulayıb.
Səfir COP29-un təşkilində Azərbaycana uğurlar arzulayıb və Burkina Fasonun da bu tədbirdə müvafiq səviyyədə təmsil olunacağını diqqətə çatdırıb.

Bölməyə aid digər xəbərlər

13-02-2026, 08:24
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
12-02-2026, 16:09
Dövlət Xidmətinin əməkdaşları təltif olunub - Siyahı
12-02-2026, 15:54
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
11-02-2026, 19:33
Vens: İlham Əliyev nüfuzlu dünya lideridir
11-02-2026, 17:22
Prezidentin sədrliyi ilə müşavirə keçirilib - (Yenilənib) - Fotolar
11-02-2026, 12:47
İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib - Fotolar
11-02-2026, 11:07
Prezident İlham Əliyev Pezeşkiana məktub ünvanlayıb
11-02-2026, 10:02
Vens və həyat yoldaşı Şəhidlər xiyabanını ziyarət ediblər - Video
10-02-2026, 22:05
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
10-02-2026, 20:56
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
10-02-2026, 20:31
Vens: İlham Əliyevə böyük təşəkkür düşür
10-02-2026, 18:02
Milli Məclisdə daha 10 qanuna dəyişiklik müzakirə olunacaq
10-02-2026, 17:43
Vens Azərbaycana səfərə gəlib - (Yenilənib) - Foto
10-02-2026, 15:48
İlham Əliyev sazişi təsdiqləyib
10-02-2026, 11:13
Hikmət Hacıyev Türkiyə XİN rəsmisi ilə regional prosesləri müzakirə edib
9-02-2026, 16:55
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
9-02-2026, 15:47
Emoməli Rəhmon İlham Əliyevi təbrik edib
9-02-2026, 14:27
Naxçıvan şəhərinin icra başçısı vəzifədən azad edilib
9-02-2026, 13:30
Prezident daha bir nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 12:11
İlham Əliyev ABŞ-dan gələn nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 11:30
İcra başçısı Naxçıvana baş nazir təyin edilib
9-02-2026, 10:48
Əli Əsədov qərar imzalayıb
9-02-2026, 10:24
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
8-02-2026, 09:37
Leyla Əliyeva və Alena Əliyeva Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər - Fotolar
6-02-2026, 19:47
Saleh Məmmədov vəzifədən azad edilib - Yeni təyinat - Sərəncam
6-02-2026, 14:30
Baş nazir: Türkiyə NATO üçün həyati əhəmiyyətli müttəfiqdir
6-02-2026, 11:59
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib - Fotolar
5-02-2026, 17:26
İlham Əliyevin BƏƏ-yə səfəri başa çatıb
5-02-2026, 16:44
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib
4-02-2026, 18:07
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olunub - Video, Fotolar - Yenilənib
4-02-2026, 16:56
Azərbaycan ədaləti bərpa edir
4-02-2026, 12:02
İlham Əliyevin Nikol Paşinyanla geniş tərkibdə görüşü keçirilib - (Yenilənib) - Fotolar
3-02-2026, 16:48
Respublika hərbi prokuroruna müavin təyin edilib
3-02-2026, 11:30
Məmur olmaq istəyənlər imtahan verəcək - Bu tarixdə
3-02-2026, 11:23
Baş nazir xüsusi icra məmurları barədə qərar imzalayıb
3-02-2026, 10:17
İlham Əliyev Əbu-Dabidə baş katiblə görüşüb
2-02-2026, 20:02
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
2-02-2026, 15:04
Kamran Əliyev üç prokuror təyin edib
2-02-2026, 11:04
Milli Məclisin iclası başlayıb
2-02-2026, 10:16
Əli Əsədov qərar imzalayıb
2-02-2026, 09:18
Mehriban Əliyeva gənclərə dəstək nümayiş etdirib

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək