Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 20-05-2016 10:34 | Bölmə: Gündəm

"Qlobal xarakter almış terrorçuluğun və ekstremizmin doğurduğu problemlər və fəsadlar beynəlxalq təhlükəsizliyi ciddi təhdid edir”.
Bunu Minsk şəhərində MDB iştirakçı dövlətlərin Təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının (SORB) iclasında iştirak edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev deyib.
DTX rəisi bildirib ki, Azərbaycanın tərəqqisi və inkişafı üzrə strateji xəttin həyata keçirilməsi sahəsində dövlətimiz təhlükəsizliyin təmin olunması məsələsində beynəlxalq əməkdaşlıq münasibətlərinə böyük əhəmiyyət verir. Bu baxımdan, yeni yaradılmış DTX təhlükəsizlik məsələləri ilə bağlı iki və çoxtərəfli səviyyədə müxtəlif formatlarda, o cümlədən SORB çərçivəsində tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsində maraqlıdır.
M.Quliyev diqqətə çatdırıb ki, qlobal xarakter almış terrorçuluğun və ekstremizmin doğurduğu problemlər və fəsadlar beynəlxalq təhlükəsizliyi ciddi təhdid edir. Bu təhlükəli təzahürlərin coğrafiyası yeni ölkələrin və qitələrin hesabına daha da genişlənir:"Terrorçuluqdan getdikcə çətin fərqləndirilən dini ekstremizm artıq müasir dünya üçün böyük təhlükəyə çevrilmişdir. Hazırda törədilən terrorçuluq əməllərində dini ekstremizmin əsasları özünü daha çox büruzə verir. Bunun başlıca səbəbi kimi "Əl-Qaidə", "İŞİD" və digər terrorçu təşkilatların öz dağıdıcı fəaliyyətlərində ənənəvi dinin ehkamlarını dəyişib əsl mahiyyətini təhrif edərək, ondan sui-istifadə ilə təlqin etdikləri dini-ideoloji təlimatları göstərmək olar”.
DTX rəisi regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında təhlükə və təhdidlər barədə əldə edilmiş qabaqlayıcı məlumatların vaxtında tərəfdaşlara ötürülməsinin mühüm əhəmiyyət daşıdığını qeyd edib. ("Qafqazinfo”)
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər