Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 24-05-2016 15:32 | Bölmə: Gündəm

SOCAR-ın tabelyində olan "Azəriqaz” İstehsalat Birliyinin səlahiyyətlərinin bir qismi Fövqəladə Hallar Nazirliyi (FHN) və Energetika Nazirliyi (EN) arasında bölüşdürülüb.
"Azəriqaz” İB-dən daxil olan məlumata görə, Baş nazir Artir Rəsi-zadənin imzaladığı qərara əsasən, bu gündən etibarən Birliyin Qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsi öz fəaliyyətini dayandırıb. Qurumun işçiləri isə struktura daxil olan digər bölmələrdə müvafiq işlərlə təmin edilib.
Reyting.az modern.az-a istinadən bildirir ki, "Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev faktı təsdiqləyib. O bildirib ki, heç bir işçi ixtisar olunmayıb:
"Qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsinin əməkdaşları mütəmadi olaraq mənzillərə texniki baxış keçirib. Təkcə ötən ay ərzində əməkdaşlarımız tərəfindən 78 534 mənzilə texniki baxış keçirilib.
Nazirlər Kabinetinin "Qazdan istifadə Qaydaları”nda dəyişikliklər edilməsi barədə müvafiq qərarından sonra xidmətə nəzarət Fövqəladə Hallar Nazirliyi və Energetika Nazirliyinə verilib. Yəni, mənzillərə texniki baxışın keçirilməsi "Azəriqaz” tərəfindən deyil, qeyd edilən nazirliklər tərəfindən aparılacaq. Bura qaz avadanlıqları, tüstü bacaları və s. nəzarət daxildir”.
"Qazdan istifadə Qaydaları”nda dəyişikliyə əsasən, FHN-in və EN-in səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadəni, məişət qаz qurğulаrının təhlükəsiz və etibarlı istismаr edilməsini təmin еtmək məqsədi ilə həmin qurğulаra, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə аltı аydа bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməlidirlər.
Həmçinin, baş verən yanğının və ya qaz sızmasının qarşısının alınması və digər qəza işlərinin görülməsi halları istisna olmaqla, digər hallarda istehlakçı FHN-in və EN-in səlahiyyətli nümayəndələrini, onların təmsil etdiyi orqanın qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sahəsinə daxil olmaq icazəsi və səbəbi haqqında yazılı sənədin əslini və xidməti vəsiqələrini təqdim etdikləri təqdirdə, texniki baxışın keçirilməsi üçün ona məxsus qazlaşdırılmış obyektə daxil olmasını təmin etməlidir.
FHN-in və EN-in səlahiyyətli nümayəndələri texniki baxışın nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidirlər. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər