Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 03-06-2016 12:01 | Bölmə: Gündəm

"Almaniya Bundestaqında qondarma erməni soyqırımının tanınmasını nəzərdə tutan qətnamə layihəsini qəbul edilməsi Avropa dəyərlərinə, beynəlxalq hüquqa ziddir. Bu qərar Almaniya ilə türk dünyası arasında dərin uçurum yarada bilər".
Reyting.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqov Almaniya Bundestaqında qondarma erməni soyqırımının tanınmasını nəzərdə tutan qətnamə layihəsinin qəbul edilməsinə münasibət bildirərkən deyib.
R.Qonaqovun sözlərinə görə, Almaniya Bundestaqının 101 il əvvəl Osmanlı imperiyasında baş verənləri "erməni və digər xristian azlıqların soyqırımı" adlandırması tarixi və siyasi baxımdan da səhvdir: "Təəssüflər olsun ki, Almaniyada belə bir qərar qəbul edildi. Bundestaq tamamilə ədalətsiz, xristian təəssübkeşliyinə xidmət edən bir mövqe sərgilədi. Cem Özdəmir adlı milliyyətcə çərkəz olan deputat tərəfindən qərəzli qanun layihəsinin hazırlanmasının özü müxtəlif suallar doğurur. Həmin deputatın Ermənistanın xüsusi xidmət orqanlarıilə əməkdaşlığına dair kifayət qədər məlumat yayılıb. Ermənipərəst qüvvələrin təsiri altında qəbul edilən bu qərar Almaniya ilə Türkiyə arasında münasibətlərə olduqca pis təsir göstərəcək".
R.Qonaqov hesab edir ki, ATƏT-in Minsk qrupununüzvü olan Almaniyanın Ermənistanın maraqlarına uyğun qərar qəbul etməsi bu ölkənin obyektivliyini kölgə altında qoyur: "24 il öncə baş vermiş Xocalı soyqırımı ilə bağlı ortaya ədalətli mövqe qoymayan, işğalçı Ermənistana təzyiq etməyən Almaniya 100 il əvvəl baş verənlərlə bağlı tamamilə obyektivlikdən uzaq qərar qəbul edib. Əgər onlar ədalətin bərpasını istəyirdilərsə, ilk növbədə Xocalı soyqırımı ilə bağlı danışmaları daha uğurlu olardı. Amma təəssüflər olsun ki, bu gün Bundestaqda başqa qərarların şahidi olduq”.
R.Qonaqov deyib ki, hazırda ATƏT-ə sədrlik edən bir dövlət hansısa işğalçı, cinayətkar rejimin maraqlarının ifadəçisinə çevrilirsə, bu, heç də arzuolunan vəziyyət deyil və qərar Almaniyaya heç bir xeyir gətirməyəcək. Əksinə, almanlar nə vaxtsa qərara görə təəssüflənməli olacaqlar.
BMAM sədri bildirib ki, Azərbaycan bu məsələdə Türkiyənin yanında olacaq: "Yəqin ki, rəsmi qurumlar baş verənlərə münasibət bildirəcək, ortaya mövqe qoyacaqlar. Hesab edirəm ki, bütün hallarda Azərbaycan Türkiyəyə lazım olan dəstəyi verəcək".
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər