Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 03-06-2016 12:20 | Bölmə: Gündəm

Azərbaycan aprelin əvvəlində əks-hücum zamanı Ermənistanın işğal etdiyi 2000 hektar ərazini qaytarıb.
Bunu Azərbaycan prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının IV Qurultayında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, xaricdə hələ də çoxları Qarabağın Azərbaycan torpağı olduğunu bilmir:"Biz bu istiqamətdə iş aparırıq, həqiqətlərimizi çatdırırıq. Diaspor təşkilatlarımız da internet saytları açmalı, qəzetlər dərc etməlidirlər. İnformasiya əsrində yaşayırıq. Bunu erməni diasporu edir, Səfil Ermənistan dövləti bunu edə bilməz. çünki heç öz büdcəsi üçün pul tapa bilmir. Azərbaycan dövləti isə diaspor təşkilatlarına bu məsələdə kömək edə bilər.
Yeri gəlmişkən, Ermənistan aprel döyüşləri barədə yalan məlumatları dünyaya ötürməyə nə qədər çalışsa da, buna nail ola bilməyib. Yalnız erməni diasporuna satılmış xarici jurnalistlər aprel döyüşlərini ermənilərin qələbəsi kimi qələbə verməyə çalışdılar. Ancaq onlar da bacarmadılar. Hamı bilir ki, aprel döyüşlərində nə baş verib və nəticəsi nədir”.
Prezident İlham Əliyev bildirib ki, Ermənistan rəhbərliyi xalqını və dünya ictimaiyyətini aldatmağa çalışır: "Gah dedilər ki, heç bir torpaq itirməyiblər, guya qələbə qazanıblar, sonra da dedilər ki, torpaq itiriblər, ancaq əhəmiyyətsiz ərazilərdir. Sonra da dedilər ki, Azərbaycan alınmış torpaqları qaytarmalıdır. Gülünc vəziyyətə düşüblər. Gülünclüyün son ifadəsi isə Ermənistan prezidenti Serj Sərkisyanın Avrasiya İttifaqının sammitində çıxışı zamanı oldu. Serj Sərkisyan dedi ki, guya Azərbaycan Rusiyadan döyüşləri dayandırmaq barədə xahiş edib. Yalandır. Birincisi, aprel döyüşlərinin səbəbkarı Ermənistandır. "Status-kvo"nu saxlamaq istəyir, təxribatlara əl atır. Ermənistan Qarabağda, o cümlədən Qazax istiqamətində təxribatlar törədib. Ermənistan 1 il əvvəl də təxribata əl atmışdı, buna görə bir vertolyotlarını itirdilər. Apreldə də Azərbaycan ordusu layiqli cavab verdi, onları yerinə oturtdu.
İkincisi, təmas xəttində nəzarəti necə ələ alıblar ki, özləri 800 hektar ərazini itirdiklərini bildirirlər? Halbuki 800 hektar yox, 2000 hektardan çox ərazi azad edilib, bundan böyük ərazi Azərbaycan ordusunun nəzarəti altına keçib.
Üçüncü yalan odur ki, Dağlıq Qarabağ ordusu yoxdur. Qarabağda erməni silahlı birləşmələrində xidmət edənlərin 80 faizi Ermənistan vətəndaşıdır.
Dördüncü yalan odur ki, guya Azərbaycan Rusiyadan döyüşləri dayandırmağı xahiş edib. Bu, ağ yalandan başqa bir şey deyil. Azərbaycan Rusiyadan heç bir xahiş etməyib. Azərbaycan ordusu əks-həmlə ilə torpaqlarımızı azad edib, Ermənistan da itirilmiş torpaqları 2-3 gün ərzində qaytarmağa çalışıb. Sonra isə Ermənistan Rusiyaya xahişlə müraciət edib. Rusiya Baş Qərargahı bildirdi ki, Ermənistan döyüşlərin dayandırılmasını xahiş edir.
Mən bir cümlədə dörd yalan danışan prezident görməmişəm, Ermənistan prezidenti bu baxımdan mənfi mənada Ginnesin rekordlar kitabına düşəcək. Aprel döyüşləri Azərbaycan ordusunun qüdrətini bir daha göstərdi”.
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər