Zəngilan rayonuna növbəti köç karvanı gedib - (Yenilənib)
Tarix: 24-11-2025 14:56 | Bölmə: Gündəm
Zəngilan rayonuna növbəti köç karvanı gedib - (Yenilənib)

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Reyting.az
xəbər verir ki, bu mərhələdə Zəngilan rayonunun Məmmədbəyli kəndinə 30 ailə - 144 nəfər köçürülüb.

Doğma yurda köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Məmmədbəyli kəndinə qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

***

Zəngilan rayonunun Məmmədbəyli kəndinə yola salınan növbəti köç karvanı ünvana çatıb.

Reyting.az
xəbər verir ki, mənzillərin açarları sakinlərə təqdim olunub.




Bölməyə aid digər xəbərlər