Növbəti köç karvanı Ağdama çatıb
Tarix: 28-11-2025 13:37 | Bölmə: Gündəm
Növbəti köç karvanı Ağdama çatıb

Noyabrın 28-də Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanı gedib.

Reyting.az
xəbər verir ki, bu mərhələdə Xıdırlı kəndinə 48 nəfər - 13 ailə köçürülüb.

Köçürülən ailələrə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Ağdamın Xıdırlı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.(APA)




Bölməyə aid digər xəbərlər