Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 08-12-2025 13:49 | Bölmə: Gündəm

"Azərbaycan və İran arasında birgə mənafelər çoxdur".
Bunu İran XİN rəhbəri Abbas Əraqçi Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Bakıya səfəri iki ölkə arasında əlaqələrin daha da inkişafı üçün vacibdir: "Bu gün danışıqlar, münasibətlər siyasi, iqtisadi, mədəni və digər sahələri əhatə edib. Bu gün Prezident İlham Əliyevlə də görüşüm oldu. Bu görüş çərçivəsində bütün önəmli mövzulara toxunuldu. Bizim birgə mənafelərimiz çoxdur. Düzdür, fikir ayrılıqları var, amma dialoq yolunu bütün münasibətlərdə öncəlik kimi tutmuşuq".
Nazir İran Prezidentinin Bakıya builki səfərlərini xatırladıb: "Biz də İlham Əliyevi İranda görməyi səbirsizliklə gözləyirik".
O, həmçinin qeyd edib ki, Azərbaycan və İran İran XİN-ləri arasında münasibətlər inkişaf etməyə davam edir.
***
"3+3" formatı regionda sülh və sabitlik üçün mühüm rol oynayır.
Bunu İranın xarici işlər naziri Abbas Əraqçi azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycanla İran arasında əməkdaşlıq gələcəkdə də davam edəcək:
"Bu gün azərbaycanlı həmkarımla Cənubi Qafqaz regionu, "3+3" formatı ilə bağlı müzakirələr apardıq. Bu format regionda sülhün və sabitliyin möhkləmləndirilməsi üçün mühüm rol oynayır".
Abbas Əraqçi həmçinin bildirib ki, İran Azərbaycanla əlaqələrinin ən yüksək səviyyədə olmasında maraqlıdır: "Biz bunu Azərbaycan tərəfində də görürük. Bu əlaqələrin daha da inkişaf edəcəyinə əminəm. Biz hansısa tərəfin bu münasibətlərə ziyan vurmasına heç bir zaman imkan verməməliyik".
***
Azərbaycan ilə İran arasında ikitərəfli siyasi dialoq fəal şəkildə davam edir.
Bunu xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Seyid Abbas Əraqçi ilə birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu il iki ölkə arasında iqtisadi komissiyaların işi təqdir edilib: "Ticarət dövriyyəsi 2024-cü ildə 650 milyon, bu ilin 10 ayında isə 520 milyon dollar olub. Bu gün bu həcmin artırılması istiqamətində addımları müzakirə etdik. Bir sıra layihələrin uğurla həyata keçirilməsi təqdir edildi".
Nazir əlavə edib ki, Ağbənd-Kəlalə avtomobil körpüsünün inşası davam edir, gələn il bu tikintinin başa çatması gözlənilir.
Nazir qeyd edib ki, Azərbaycan və İran münasibləri ali və yüksək səviyyəli səfərlər münasibətlərə ciddi töhfələr verir. Onun sözlərinə görə, ölkələr arsında dərin köklər mövcuddur: "Azərbaycan iki ölkənin dostluq münasibətlərinin inkişafında maraqlıdır. Bu il Azərbaycan və İran münasiblərinin inkişafı yönündə mühüm il olub"
O qeyd edib ki, bugünkü görüşlər çərçivəsində müxtəlif sahələr üzrə müzakirələr aparılıb.
***
Bu gün İranın xarici işlər naziri Seyid Abbas Əraqçiyə Azərbaycan-Ermənistan sülh gündəliyi ilə bağlı son proseslər barədə ətraflı məlumat verilib.
Bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda iranlı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ikitərəfli əməkdaşlığa əlavə olaraq həm siyasi, həm də iqtisadi layihələrin icrası baxımından üçtərəfli formatların bir sıra region ölkələri ilə genişləndirilməsi baxımından müzakirələr aparılıb.
Nazir bildirib ki, həmkarı ilə Yaxın Şərqdəki proses barədə məlumat mübadiləsi aparıb: "Bir daha qeyd edilib ki, Azərbaycan və İran bölgədə sülhün, sabitliyin tərəfdarıdırlar".
C.Bayramov əlavə edib ki, bu səfər iki ölkə arasındakı münasibətlərə daha yaxşı töhfə verəcək(Report).
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər