15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
İlham Əliyev və birinci xanım "Azərxalça”nın Qobustan filialının açılışında iştirak ediblər - Fotolar
Tarix: 07-05-2019 18:22 | Bölmə: Gündəm

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 7-də "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qobustan filialının açılışında iştirak ediblər.
Reyting.az Azərtac-a istinadən xəbər verir ki, müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalçaçılarla görüşüblər.
Xalçaçılar: Xoş gəlmisiniz, cənab Prezident. Həmişə Siz gələsiniz.
Müəssisənin açılışı münasibətilə xalçaçıları təbrik edən Prezident İlham Əliyev deyib:
- İlk növbədə, sizi peşə bayramınız münasibətilə təbrik edirəm. Çox şadam ki, bu peşə bayramı günlərində gözəl fabrikin açılışını qeyd edirik. "Azərxalça” Açıq Səhmdar Cəmiyyəti üç il bundan əvvəl mənim Sərəncamımla yaradılmışdır. Qarşıya vəzifə qoyulmuşdur ki, ölkəmizin bütün bölgələrində müasir xalça fabrikləri yaradılsın və bu istiqamətdə çox böyük işlər görülüb. Artıq 20 fabrik hazırdır. Ümumiyyətlə, 31 xalça fabrikinin yaradılması nəzərdə tutulur. Hesab edirəm ki, növbəti bir-iki il ərzində qalan fabriklər də istifadəyə veriləcək və beləliklə, Azərbaycan öz qədim sənətini yaşatmaq istiqamətində çox önəmli addım atmış olacaq.
Qobustan fabrikində 150 iş yeri yaradılıb. İşçilərin də mütləq əksəriyyəti qadınlardır. Bu, qadınlar üçün dövlət tərəfindən atılan çox böyük addımdır. Çünki qadınların iş yerləri ilə təmin olunması prosesi xüsusi əhəmiyyət daşıyır. Burada ən müasir avadanlıqlar quraşdırılıb, bütün vasitələr var. Əminəm ki, bu fabrik çox uğurla fəaliyyət göstərəcək. Burada işləyənlər də razı qalacaqlar.
Azərbaycan öz xalçalarını dünya miqyasında daha geniş şəkildə təqdim edəcək. Bildiyiniz kimi, bizim xalçalarımız dünyanın aparıcı muzeylərində nümayiş etdirilir. Xalçaçılıq bizim qədim sənətimizdir və əsrlər boyu biz bu sənəti yaşadırıq. Çox yaxşı haldır ki, bu sənət nəsildən-nəslə ötürülür. Burada təcrübəli xalçalılar, gənclər işləyirlər. Əminəm, gənclər də bu işə böyük maraqla, həvəslə qoşulacaqlar ki, biz bu sənəti bundan sonra da əsrlər boyu yaşadaq və Azərbaycan öz xalçaçılıq sənətini dünyaya təqdim etsin. Bu, iş yerləri, qeyri-neft sektorunun inkişafı və ixracyönümlıü məhsulun istehsalı deməkdir. Çünki bu gün ölkəmizin ümumi iqtisadi inkişafı qeyri-neft sektorunun inkişafı ilə sıx bağlıdır. İxracyönümlü məhsulların istehsalı bu gün prioritet məsələlərdən biridir.
Bilirsiniz ki, bir neçə il bundan əvvəl Bakıda yeni gözəl Xalça Muzeyi yaradılıb. Muzey xalça formasında çox gözəl memarlıq üslubunda yaradılıb. Bütün bölgələrdə 30-dan çox xalça fabrikinin yaradılması bu sahəyə böyük təkan verdi, canlanma gətirdi. Əminəm ki, sizin burada işləriniz uğurla gedəcək. Burada yaradılan şərait ən yüksək standartlara cavab verir.
Bu gün Qobustan Rayon Mərkəzi Xəstəxanasının açılışını qeyd etdik. Bu da çox əlamətdar hadisədir. Ən müasir standartlara cavab verən xəstəxanada vətəndaşlara gözəl xidmət göstəriləcək. Rayonda digər sosial layihələr icra edilir. Bu il Qobustan rayonunda 200-ə yaxın ödənişli ictimai iş yeri yaradılacaq ki, bu gün hələ iş tapa bilməyən insanlar o işlərə cəlb olunsunlar. İnfrastruktur layihələri ilə bağlı işlər gedir. Bu gün yeni yol layihəsi istifadəyə verilir. Bütövlükdə son illərdə rayonda üç yol layihəsi icra edilmişdir. Qazlaşdırma 90 faizə yaxındır. Bu da son illərin uğurlu nəticələridir. Elektrik enerjisi ilə bağlı problem yoxdur. Şəhərin içməli su problemini isə biz 2017-ci ildə həll etmişik. Yadımdadır, il yarım bundan əvvəl burada olarkən gözəl tədbir də keçirdik.
Bu səfər mənim Qobustan rayonuna sayca beşinci səfərimdir. Bu, özlüyündə onu göstərir ki, rayonun inkişafına böyük diqqət yetirilir. Sizi bu gözəl hadisə münasibətilə bir daha ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram.
Xalçaçılar: Çox sağ olun.
***
Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qobustan regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin fəaliyyəti ilə tanış oldular.
Məlumat verildi ki, ümumi sahəsi 1770 kvadratmetr olan məntəqə istehsalat və inzibati bölmədən ibarətdir. Dövlətimizin başçısının tapşırığı ilə "Azərxalça” ASC-nin filiallarının, ölkəmizdə fəaliyyət göstərən özəl xalçaçılıq müəssisələrinin yun ipliklə təmin olunması üçün mühüm tədbirlər görülür. Bu istiqamətdə həyata keçirilən layihələrdən biri Sumqayıt Kimya Sənaye Parkında "Azərxalça” ASC-nin yunəyirici-boyaq fabrikinin inşasıdır. Hazırda fabrikin tikintisi sürətlə davam etdirilir. Bu fabrikin xammalla təminatı məqsədilə Naxçıvan şəhərində, Bərdə, Qobustan, Şabran və Sabirabad rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılıb. Son illər bu sahənin inkişafına göstərilən diqqət, ölkəmizin müxtəlif bölgələrində emalatxanaların fəaliyyətə başlaması xalça toxunması üçün xammal bazasının yaradılması zərurətini meydana çıxarıb. Bu baxımdan yunəyirici-boyaq fabrikinin və regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrinin yaradılması idxaldan asılılığı tamamilə aradan qaldıracaq. Tədarük məntəqələri heyvandarlığın inkişafına da öz təsirini göstərəcək. Bu, qoyunçuluq təsərrüfatlarının, fermerlərin yun satışı probleminin həllinə imkan verəcək.
Bildirildi ki, regional tədarük məntəqələrində ildə 1500 ton yun qəbul olunacaq. Hər tədarük məntəqəsində 300 ton yun qəbulu nəzərdə tutulub. Qobustandakı tədarük məntəqəsi 14 rayonu əhatə edəcək. Bu məntəqənin imkanlarından Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Göyçay, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən, Ağdaş, Zərdab rayonlarının, Şəki şəhərinin və Bakının Qaradağ rayonunun sakinləri yararlanacaqlar. Bu işin yüksək səviyyədə təşkili məqsədilə maarifləndirici tədbirlər də keçirilib. Bu məntəqədə növbəti ildən boyaq bitkiləri də qəbul olunacaq.
Məlumat verildi ki, Qobustanın ərazisi boyaq bitkiləri ilə zəngindir. İnsanlar onları toplayıb tədarük məntəqəsinə təhvil verməklə həm də əlavə qazanc əldə edəcəklər. Həm yun, həm də boyaq bitkiləri il boyu qəbul ediləcək.
Diqqətə çatdırıldı ki, regional məntəqəyə gətirilən məhsul rənginə və ölçüsünə görə çeşidlənəcək. Yun çeşidləndikdən sonra kipləşdiriləcək, onların üzərinə xüsusi yarlıqlar vurulacaq. Həmin yarlıqda yunun rəngi, qəbul tarixi, hansı rayondan alındığı, çəkisi, növü, qaba və incəliyi, nəmliyi barədə məlumatlar əksini tapacaq. Məntəqədə kipləşdirilmiş yun Sumqayıtdakı yunəyirici-boyaq fabrikinə təhvil veriləcək.
Bildirildi ki, Qobustan regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsində 25 nəfər daimi işlə təmin olunub.
Dövlətimizin başçısı müəssisənin işçiləri ilə söhbət etdi.
Sonda xatirə şəkli çəkdirildi.

Bölməyə aid digər xəbərlər

13-02-2026, 08:24
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
12-02-2026, 16:09
Dövlət Xidmətinin əməkdaşları təltif olunub - Siyahı
12-02-2026, 15:54
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
11-02-2026, 19:33
Vens: İlham Əliyev nüfuzlu dünya lideridir
11-02-2026, 17:22
Prezidentin sədrliyi ilə müşavirə keçirilib - (Yenilənib) - Fotolar
11-02-2026, 12:47
İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib - Fotolar
11-02-2026, 11:07
Prezident İlham Əliyev Pezeşkiana məktub ünvanlayıb
11-02-2026, 10:02
Vens və həyat yoldaşı Şəhidlər xiyabanını ziyarət ediblər - Video
10-02-2026, 22:05
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
10-02-2026, 20:56
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
10-02-2026, 20:31
Vens: İlham Əliyevə böyük təşəkkür düşür
10-02-2026, 18:02
Milli Məclisdə daha 10 qanuna dəyişiklik müzakirə olunacaq
10-02-2026, 17:43
Vens Azərbaycana səfərə gəlib - (Yenilənib) - Foto
10-02-2026, 15:48
İlham Əliyev sazişi təsdiqləyib
10-02-2026, 11:13
Hikmət Hacıyev Türkiyə XİN rəsmisi ilə regional prosesləri müzakirə edib
9-02-2026, 16:55
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
9-02-2026, 15:47
Emoməli Rəhmon İlham Əliyevi təbrik edib
9-02-2026, 14:27
Naxçıvan şəhərinin icra başçısı vəzifədən azad edilib
9-02-2026, 13:30
Prezident daha bir nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 12:11
İlham Əliyev ABŞ-dan gələn nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 11:30
İcra başçısı Naxçıvana baş nazir təyin edilib
9-02-2026, 10:48
Əli Əsədov qərar imzalayıb
9-02-2026, 10:24
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
8-02-2026, 09:37
Leyla Əliyeva və Alena Əliyeva Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər - Fotolar
6-02-2026, 19:47
Saleh Məmmədov vəzifədən azad edilib - Yeni təyinat - Sərəncam
6-02-2026, 14:30
Baş nazir: Türkiyə NATO üçün həyati əhəmiyyətli müttəfiqdir
6-02-2026, 11:59
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib - Fotolar
5-02-2026, 17:26
İlham Əliyevin BƏƏ-yə səfəri başa çatıb
5-02-2026, 16:44
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib
4-02-2026, 18:07
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olunub - Video, Fotolar - Yenilənib
4-02-2026, 16:56
Azərbaycan ədaləti bərpa edir
4-02-2026, 12:02
İlham Əliyevin Nikol Paşinyanla geniş tərkibdə görüşü keçirilib - (Yenilənib) - Fotolar
3-02-2026, 16:48
Respublika hərbi prokuroruna müavin təyin edilib
3-02-2026, 11:30
Məmur olmaq istəyənlər imtahan verəcək - Bu tarixdə
3-02-2026, 11:23
Baş nazir xüsusi icra məmurları barədə qərar imzalayıb
3-02-2026, 10:17
İlham Əliyev Əbu-Dabidə baş katiblə görüşüb
2-02-2026, 20:02
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
2-02-2026, 15:04
Kamran Əliyev üç prokuror təyin edib
2-02-2026, 11:04
Milli Məclisin iclası başlayıb
2-02-2026, 10:16
Əli Əsədov qərar imzalayıb
2-02-2026, 09:18
Mehriban Əliyeva gənclərə dəstək nümayiş etdirib

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək