Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 08-06-2016 17:01 | Bölmə: Gündəm

Azərbaycan prezidenti İlham Əliyev iyunun 7-də Almaniyaya rəsmi səfəri zamanı Berlində bir sıra görüşlər keçirib. Görüşlərdə əsasən iqtisadi əməkdaşlıq və Qarabağ məsələsi müzakirə olundu.
Berlində Azərbaycan-Almaniya İqtisadi Forumunun açılışının olması, "Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı müzakirələr, Ermənistanın Dağlıq Qarabağ münaqişəsilə bağlı status-kvonu saxlaması, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edilməməsilə bağlı Berlində ciddi mesajlar verildi.
Almaniya kansleri Angella Merkellə keçirilən görüş və görüşdən sonrakı brifinqdə də əsas müzakirələr, açıqlamalar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı oldu.
Prezident İlham Əliyevin Almaniya səfəri Qərb mətbuatı tərəfindən də maraqla izlənilib. Qeyd olunur ki, Almaniya Bundestaqının qondarma erməni soyqırımı ilə bağlı qətnamə qəbul etməsindən sonra bu cür səfərin gerçəkləşməsi olduqca ciddi siyasi əhəmiyyat daşıyır.
Ölkə başçısının Almaniya səfərini qiymətləndirən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov bildirib ki, indiki məqamda Azərbaycan prezidenti İlham Əliyevin Almaniyaya səfəri olduqca əhəmiyyətli idi: "Səfərin həm siyasi, həm də iqtisadi əhəmiyyəti oldu. Prezident Berlində Almaniya ictimaiyyətinə, Avropaya, ümumiyyətlə, dünya ictimaiyyətinə ciddi mesajlar verdi. Yüksək tribunlaradan, xüsusilə də, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq siyasətilə bağlı rəsmi çıxışların edilməsi olduqca vacibdir və böyük əhəmiyyətə malikdir”.
R.Qonaqov deyib ki, ATƏT-in Minsk qrupunun üzvü kimi Almaniya Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinə görə məsuliyyət daşıyır: "Almaniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, torpaqlarımızın işğal olunduğunu bəyan edib. Cənab prezident Almaniyada bir sıra məsələlərlə bağlı mövqeyini ortaya qoydu. Bütün bunlar onu göstərir ki, Azərbaycan xarici siyasətində müstəqildir".
R.Qonaqov hesab edir ki, İlham Əliyevin Merkellə görüşü bəzi anlaşılmazlıqlara aydınlıq gətirdi:
"Ümumilikdə, bu görüş Azərbaycan - Almaniya münasibətlərinin yaxşılaşmasına xidmət edən səfərlərdən biri kimi tarixə düşdü. Bir müddət öncə işğalçı Ermənistanın başçısı Serj Sarkisyan Berlində Merkellə görüşmüşdü, orada bir sıra yalanlar danışmışdı. Prezident İlham Əliyevin Almaniya səfərində Sarkisyanın yalanlarını ifşa edildi. Hazırda Almaniya ATƏT-ə sədrlik edir. Bu ölkə Minsk qrupunun fəaliyyətini aktivləşdirmək üçün konkret addımlar ata bilər.
Brifinqdə Angela Merkel Dağlıq Qarabağ münaqişəsinin açarının Rusiyanın əlində olduğunu dedi. Amma bu, o demək deyil ki, Avropa ölkələri proseslərə seyrici yanaşmalıdırlar. Ukrayna və Gürcüstana göstərilən diqqət Azərbaycan üçün də sərgilənməlidir".
Politoloq bildirib ki, Almaniya Minsk qrupunun fəaliyyətini dəstəkləməklə kifayətlənməməli, eyni zamanda proseslərdə aktiv iştirak etməlidir:
"Səfər zamanı diqqətimi çəkən məqamlardan biri də iki ölkə arasında iqtisadi əməkdaşlığın yüksələn xətt üzrə artması üçün potensialın olmasıdır. Merkel brifinqdə bildirdi ki, alman fondlarının yenidən Azərbaycanda işləyəcəyinə ümid edir. Düşünürəm ki, alman investorları üçün Azərbaycanda cəlbedici mühit var. Biz yaxın gələcəkdə prezidentin Almaniya səfərinin əhəmiyyətli nəticələrinin şahidi olacağıq”.
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər