Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 10-06-2016 15:36 | Bölmə: Gündəm

Prezident İlham Əliyev "Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Dəyişikliklərə əsasən, fərmanda aşağıdakı məzmunda 2.3-2.6-cı bəndlər əlavə edilir:
2.3. Bu fərmanın 3-cü hissəsində nəzərdə tutulmuş qurumların göstərdiyi xidmətlərlə bağlı daxil olan müraciətlərin (təklif və şikayətlərin) aidiyyəti üzrə müraciətə baxan subyektlərə göndərilməsini və onlar tərəfindən cavablandırılmasını Elektron Reyestr vasitəsilə təşkil etsin;
2.4. "ASAN xidmət indeksi"ni təşkil edən aşağıdakı parametrləri rəhbər tutmaqla, Elektron Reyestrə daxil edilmiş xidmətlərin qiymətləndirilməsini həyata keçirsin:
2.4.1. xidmət barədə məlumatlandırma (xidmət üçün tələb olunan sənədlər və xidmət haqları barədə məlumatlandırma, sorğu xidmətinə edilən müraciətlərin cavablandırılma operativliyi və s.);
2.4.2. xidmətə müraciət imkanları (elektron, poçt, birbaşa);
2.4.3. xidmətin göstərilmə müddəti;
2.4.4. xidmətin təşkilində istifadə edilən informasiya ehtiyatlarının elektronlaşdırılması və digər dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiyası;
2.4.5. xidmətlərin təşkili ilə bağlı əməkdaşlara təlim keçilməsi;
2.4.6. şikayət və nəzarət mexanizmləri;
2.4.7. vətəndaş məmnunluğunun ölçülməsi mexanizmləri;
2.5. Elektron Reyestrə daxil edilmiş hər bir xidmət üzrə "ASAN xidmət indeksi"nin Elektron Reyestrdə yerləşdirilməsini təmin etsin;
2.6. Dövlət xidmətlərinin "ASAN xidmət indeksi" üzrə qiymətləndirilməsi qaydalarını müəyyən etsin.
Həmçinin aşağıdakı məzmunda 3-1-ci hissə əlavə edilir:
3-1. Dövlət xidmətləri barədə məlumatlandırmanın vahid mənbədən həyata keçirilməsini və dövlət xidmətləri barədə məlumatların mütəmadi yenilənməsini təşkil etmək məqsədilə bu fərmanın 3-cü hissəsində nəzərdə tutulmuş qurumlar öz rəsmi internet informasiya ehtiyatlarında dövlət xidmətləri bölməsinin yaradılmasını, burada müvafiq dövlət xidmətləri barədə Elektron Reyestrdəki məlumatlara keçidin yerləşdirilməsini və elektron xidmətlərin həmin bölmədən həyata keçirilməsini 2016-cı il oktyabrın 1-dək təmin etsinlər.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər