Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 20-06-2016 13:18 | Bölmə: Gündəm

Bir neçə gün əvvəl Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin sektor müdiri Hüseyn İbrahimov və idarənin baş məsləhətçisi, hüquqşünas Samir Əliyev "Azəriqaz” İstehsalat Birliyini ittiham edib.
Hüseyn İbrahimov bildirib ki, "Azəriqaz”ın əməkdaşları bəzi hallarda qanunu düzgün qəbul etmədikləri və ya anlamadıqları üçün əhalinin və sahibkarların qapısını döyüb qanunsuz olaraq yoxlama aparırlar.
O əlavə edib ki, "Azəriqaz” əməkdaşlarının etdikləri yolverilməzdir: "Buna baxmayaraq, ”Azəriqaz” əməkdaşları bu tip hərəkətlərini davam etdirirlər. Bu isə bir çox hallarda işin məhkəməyə qədər uzanmasına səbəb olur. Əhalidən xahişimiz və tələbəmiz budur ki, qapılarını "Azəriqaz”ın işçilərinə açmasınlar. Inzibati Xətalar Məcəlləsinin 279, 280, 282 və 542-ci maddələrində bunlar təsbit olunub. Qaz paylayıcısı ilə qaz istehlakçısı arasında olan ən ümdə sənəd alqı-satqı müqaviləsidir. "Azəriqaz”ın bu müqavilədən kənara çıxmaq üçün heç bir səlahiyyəti yoxdur. Əgər əvvəl "Azəriqaz” əməkdaşlarının 6 aydan bir istehlakçını yoxlamaq səlahiyyəti var idisə, artıq onların bu səlahiyyəti ləğv edilib və bunu ehtiva edən bənd müqavilədən çıxarılıb. Buna baxmayaraq, "Azəriqaz” əməkdaşları yoxlamalar aparırlar. Bu sahədə nəzarəti yalnız Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti Idarəsi apara bilər”.
Samir Əliyev isə bildirib ki, indiyə qədər dəm qazından zəhərlənmə halları baş verən zaman qazın keyfiyyəti araşdırılmayıb: "Biz hesab edirik ki, dəm qazından zəhərlənmələrin əsas səbəblərindən biri qazın keyfiyyətsiz olmasıdır. Çünki, yanma prosesi düzgün getmir və bunun nəticəsində orada yanmamış qazlar əmələ gəlir. Dövlət Xidməti bu məsələ ilə ciddi məşğul olacaq və bu cür hal və ya hadisə baş verərsə, mütləq qazın tərkibi də araşdırma predmeti olacaq. ”Azəriqaz” qazın keyfiyyətini ayda 3 dəfə yoxlamalıdır. Lakin bunu edirlərmi? SOCAR qazı özü istehsal edir.
Bundan başqa, qazı satan, yəni istehlakçıya çatdıran, keyfiyyətini yoxlayan da özüdür. Dövlət standartlarına uyğun olaraq hər bir kubmetr üçün 7 600 kilokalori istilik ötürmə qabiliyyəti nəzərdə tutulur. Amma "Azəriqaz” əməkdaşları bunu dövlət müqavilələrində 8 000 kilokalori kimi qeyd edir. Onlar əmin edirlər ki, qazın keyfiyyəti yüksəkdir, lakin evimizdə çaydan 3 saata qaynayır. Əslində, bu, istehlakçı hüquqlarının pozulması deməkdir. Qazın tərkibində hava qarışığı olmalıdır. Amma bu hava qarışığı həddindən artıq çox olarsa, partlayışa səbəb olar. Belə hallar isə son zamanlar çox olub”.
"Azadlıq” qəzeti isə yazır ki, Energetika Nazirliyinin bu faktları ictimaləşdirməsi səbəbsiz deyil. Məlumata görə, bu məsələlər barədə dəfələrlə nazirlikdən "Azəriqaz”a xəbərdarlıq edilib. Hətta şəxsən qurumun rəhbəri Əkbər Hacıyevə də bildirilib ki, bu qanunsuzluqlara son qoyulsun. Lakin Əkbər Hacıyev Energetika Nazirliyinin xəbərdarlıqlarına əhəmiyyət verməyib. Beləliklə də iki qurum arasında gərginlik yaranıb. Nəticədə "Azəriqaz”ın qanunsuzluqlarının ictimailəşdirilməsi qərara alınıb.
Məlumatda bildirilir ki, energetika naziri Natiq Əliyev bu məsələdə sona qədər getməyə israrlıdır.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər