Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 30-07-2016 14:11 | Bölmə: Gündəm
Gəncə şəhərində Tələbə Gənclər Təşkilatlarının ilk Regional Forumu keçirilib.
Reyting.az-ın məlumatına görə, Forumda Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev çıxış edərək, ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsində Tələbə Gənclər Təşkilatlarının fəal iştirak etdiyini bildirib.
Vüsal Quliyev dövlətin gənclərə göstərdiyi qayğıdan danışaraq qeyd edib ki, Azərbaycanda yüksək intellektə malik olan, geniş dünyagörüşlü və innovasiyalara maraq göstərən gənc nəsil formalaşır: "Dövlətimiz gənclərin geniş elmi-yaradıcı təfəkkürə malik olmaları üçün onların ən yüksək standartlara uyğun təhsil almasını əsas vəzifələrindən biri kimi müəyyən etmişdir”.
V.Quliyevin sözlərinə görə, Tələbə Gənclər Təşkilatları ali təhsil müəssisələrində gənclər siyasətini həyata keçirməklə yanaşı, tələbələrin sosial problemlərinin həll olunmasında, hüquqlarının qorunmasında, onların asudə vaxtlarının səmərəli təşkilində, müxtəlif sahələr üzrə innovativ layihələrinin reallaşdırılmasında, tələbələrin beynəlxalq layihələrdə təmsilçiliyində yaxından iştirak edirlər. Onlar nəinki paytaxt Bakı şəhərində, eyni zamanda regionlardakı ali təhsil ocaqlarında da fəallıq nümayiş etdirirlər: "Bu gün Azərbaycan tələbələri Avropa Tələbələr Birliyində çox fəal təmsil olunurlar. Həm Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, həm də Azərbaycan Tələbələr Birliyi sözügedən qurumun tamhüquqlu üzvüdürlər. Hər iki təşkilat sözügedən beynəlxalq qurumun işində fəal iştirak edir”.
V.Quliyev təhsil müəssisələri və tələbələrin üzərinə düşən vəzifələrdən də söz açıb. Qeyd edib ki, hər bir ali təhsil müəssisəsi milli-mənəvi dəyərlərə bağlı və Azərbaycanın inkişafı naminə çalışan savadlı gənclərin formalaşmasında əlindən gələni əsirgəməməli, ölkəmizin gələcək inkişafı naminə yüksək təhsilə, mədəniyyətə və intellektə malik insanlar yetişdirməlidir:
"Təbii ki, tələbələr də onlara yaradılan imkanlardan səmərəli istifadə etməli, mükəmməl təhsil almalıdırlar. Qloballaşan və sürətlə dəyişən dünyanın reallıqları ən yeni texnologiyaların sirlərini mənimsəməyi, onlardan çevik faydalanmağı olduqca aktuallaşdırır. İnformasiya cəmiyyətinin qurulması yolunda uğurla addımlayan ölkəmizdə gənclərimiz milli-mənəvi dəyərlərimizi, ana dilimizi, adət-ənənələrimizi qoruyub yaşatmalı, ümumbəşəri ideyaları mənimsəyərək dünyanın qabaqcıl gəncliyi ilə inteqrasiya proseslərinə töhfələr verməlidirlər. Bunun üçün kifayət qədər imkan vardır”.
O, Regional Forumun əhəmiyyətini vurğulayaraq, bu cür tədbirlərin Tələbə Gənclər Təşkilatlarının fəaliyyətinin daha effektiv qurulması, əməkdaşlıq imkanlarının yaranması, qarşılıqlı fikir və təcrübə mübadiləsi aparılması baxımından vacib olduğunu bildirib.


Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər