15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Əliyevlə Nazarbayev görüşdü: "Sizin Ermənistanla münasibətlərlə bağlı çətin məsələləriniz az olmayıb"
Tarix: 14-10-2019 23:52 | Bölmə: Gündəm

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Qazaxıstan Respublikasının birinci Prezidenti-elbası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayevlə görüşüb.
Reyting.az Azərtac-a istinadla xəbər verir ki, elbası Nursultan Nazarbayevi salamlayan Prezident İlham ƏLİYEV dedi:
-Hörmətli Nursultan Abişeviç,
Sizi yenidən görməyimə çox şadam. Azərbaycana xoş gəlmisiniz. Sizi - Qazaxıstanın birinci Prezidentini Sizə çox tanış və doğma olan Azərbaycan torpağında qəbul etmək böyük şərəfdir. Mən bu yaxınlarda Sizin ölkəmizə rəsmi səfərinizi və mənim Qazaxıstana səfərim çərçivəsində, beynəlxalq meydanlarda görüşlərimizi xatırlayırdım. Bizdə - Azərbaycanda Sizi ölkəmizin, Azərbaycan xalqının böyük dostu kimi tanıyırlar. Siz beynəlxalq əməkdaşlığın bir çox meydanlarında həmişə bizə dəstək göstərmisiniz. Münasibətlərimizin möhkəmləndirilməsi işinə verdiyiniz böyük töhfəni Azərbaycanda çox yüksək qiymətləndirirlər. Siz Heydər Əliyevlə birgə münasibətlərimizin qurulmasının təməlində dayanmısınız. Həmçinin mən Prezident vəzifəsini icra etməyə yenicə başlayandan Sizinlə ünsiyyət təcrübəsi mənim üçün çox dəyərli olub. Siz həmişə mənə dəstək göstərmisiniz və aramızda yaxın, deyərdim ki, doğma münasibətlər qurulub. Türkdilli ölkələrin həmrəyliyinin möhkəmləndirilməsi işinə töhfəniz də çox böyükdür. Türk Şurasının yubiley Sammitinin Bakıda keçirilməsindən çox məmnunuq. Siz türk dünyası birliyinin möhkəmləndirilməsi işinə yönəlmiş bir çox təşəbbüslərin və addımların təməlində dayanmısınız. Bir daha xoş gəlmisiniz. Dəvəti qəbul edib səfərə gəldiyinizə görə sağ olun.
Qazaxıstanın birinci Prezidenti-elbası Nursultan NAZARBAYEV dedi:
-İlham Heydər oğlu, sağ olun. Həqiqətən də mən müstəqillik illərində, deyəsən, doqquzuncu dəfədir Bakıya gəlirəm. Burada əvvəllər də olmuşam. Sovet dövründə də Heydər Əlirza oğlu ilə bizim ayrıca münasibətlərimiz olub və bu münasibətlər Sizinlə də davam edir. Bizim başladığımız münasibətləri Sizinlə davam etdirirəm. Hər dəfə Bakının necə gözəlləşdiyini görürəm. Mən bunun nə demək olduğunu yaxşı bilirəm. Mən paytaxtı sıfırdan inşa etdim. Siz qədim şəhəri yenidən qurdunuz, bu, daha çətindir. Bu gün Bakının siması, eləcə də havası şübhəsiz ki, gözəl və təmizdir. Müasir binalar inşa edilib, bu, ölkənin, dövlətin inkişafından xəbər verir. Sözün düzü, qüdrətli qardaş Azərbaycan məni çox sevindirir. Əgər Heydər Əlirza oğlu indi bunları görsəydi, əlbəttə, çox heyran qalardı.
Bizim münasibətlərimiz davam edir. Mən ilk dəfədir ki, buraya Prezident qismində deyil, bizdə deyildiyi kimi, millətin lideri, millətin atası kimi, Konstitusiyanın mənə verdiyi müəyyən səlahiyyətlər çərçivəsində gəlirəm. Mənim varis seçdiyim və təklif etdiyim, xalq tərəfindən seçilmiş Prezidenti dəstəkləyərək onunla birlikdə nə edəcəyimiz – müstəqilliyimizi möhkəmləndirmək, iqtisadiyyatı inkişaf etdirmək və bununla da xalqın rifahını yaxşılaşdırmaq istiqamətində işləyirik.
İlham Heydər oğlu, Sizin Qarabağla, Ermənistanla münasibətlərlə bağlı çətin məsələləriniz az olmayıb. Ümumiyyətlə, Azərbaycanın coğrafi mövqeyi hamı üçün maraqlıdır. Lakin qeyd etməliyəm ki, mən qiymət verməyə çalışmıram, amma mənim həyat, siyasi və yaş təcrübəmdən çıxış edərək deməliyəm ki, Azərbaycanda hər şey öz axarında gedir. Başlıcası budur ki, xalq Sizin kursunuzu dəstəkləyir. Prezident və xalq yekdil olduqda xalqın öhdəsindən gələ bilməyəcəyi güc yoxdur. Buna görə Sizi təbrik edirəm.
Münasibətlərimizə gəldikdə isə onları davam etdirmək lazımdır. İndi imkanlar daha böyükdür. Amma hər halda Xəzər dənizi ilə ticarətimiz yetərincə deyil. Hərçənd ötən ildə artım yaxşı olub, 58 faiz təşkil edib. Lakin həcm böyük deyil. Odur ki, hökumətlərimiz nə ilə ticarət etməyin və nəyin tədarük olunması üzərində bir daha çalışmalıdırlar. Logistika yaxşı vəziyyətdə olmayıb. İndi biz sizin vasitənizlə, Qafqazdan keçməklə Qars-Axalkalaki yolu ilə Türkiyəyə, Avropaya çıxa bilərik. Lakin bərə yolları da genişlənib. Biz də öz infrastrukturumuzu Çinə, Sakit okeanadək inkişaf etdirmişik. Beləliklə, heç bir siyasi və digər problemlər olmadan ticari və siyasi münasibətləri inkişaf etdirmək üçün bütün imkanlarımız var.
Sabah mənim 10 il əvvəl Naxçıvanda təklif etdiyim Türk Şurası toplanacaq. Sağ olun ki, mənə fəxri sədr olmağı təklif etdiniz. İlham Heydər oğlu, bunu məmnuniyyətlə qəbul edirəm, çünki bizim dövlətlərimizin münasibətlərinin möhkəmlənməsinə, türkdilli ölkələrin birgə inkişafına kömək etmək istəyirəm. Artıq türkdilli ölkələr sözlərinin nəsə başqa bir formasına, türk dövlətlərinə keçmək haqqında düşünmək lazımdır. Dəvətə görə təşəkkür edirəm. Qazaxıstanda Azərbaycanı diqqətlə izləyir, sevir, hörmət edir, qiymətləndirirlər. Biz bu dövlətin yaxşı inkişafını müşahidə edirik. İlham Heydər oğlu, Sizə uğurlar arzu edirəm.
Prezident İlham Əliyev: Ölkəmiz haqqında xoş sözlərə görə çox sağ olun, Nursultan Abişeviç. Öz növbəmdə, demək istərdim ki, biz şəhər quruculuğunda sizin gözəl Nur-sultan şəhərinin tikintisi üzrə təşəbbüslərdən nümunə götürmüşük. Bu şəhər haqlı olaraq Sizin adınızı daşıyır, çünki Siz onu sıfırdan tikmisiniz. Nur-sultan şəhərində tez-tez olaraq mən sürətli dəyişiklikləri görmüşəm. Bir-iki ildən sonra gələrkən, sanki yeni şəhərə gəlirsən. Xüsusilə keçən dəfə Ekspoda olarkən tikintinin miqyasından, memarlıq ustalığının səviyyəsindən və düşünülmüş quruculuqdan heyrətə gəldim.
Mən bilirəm ki, Nur-sultan şəhərində ucaldılan hər bir binanın, bəlkə də yetişdirilən hər bir ağacın arxasında şəxsən Siz dayanmısınız. Sizin tövsiyəniz, təlimatınız olmadan, əlbəttə ki, bu şəhərsalma ansamblı indi göründüyü kimi belə möhtəşəm görünməzdi və orada yaşayanlar üçün rahat olmazdı. Buna görə də düşünürəm ki, bir çox ölkələr üçün Nur-sultan şəhəri özündə modernizmi, ənənələri, həmçinin rahatlığı cəmləşdirən müasir şəhərsalma nümunəsidir.
Əlbəttə ki, bu gün beynəlxalq məsələlərdə mühüm rol oynayan, fəal inkişaf edən Qazaxıstanın uğurları Sizin adınızla bağlıdır. Qazax xalqının, bizim qardaşlarımızın bəxti gətirib ki, müstəqilliyin astanasında Siz dayanmışdınız. Bunun sayəsində Qazaxıstan bizim və SSRİ-nin digər respublikalarının payına düşən bir çox sarsıntılardan yan keçib. Həmin yerlərdə müstəqilliyin ilk illərində hakimiyyətə bacarıqsız qüvvələr gəlmişdi. Buna görə də biz Sizin Qazaxıstanın inkişafına töhfənizi, Sizin ölkəmizə münasibətinizi çox yüksək qiymətləndiririk.
Mən bilirəm ki, Azərbaycanın üzv olmadığı beynəlxalq təşkilatlar çərçivəsində Siz həmişə bizi müdafiə etmisiniz, dəstəkləmisiniz. Bunu Azərbaycanın hər bir vətəndaşı bilir, Sizə böyük hörmət və sevgi ilə yanaşır. Sizi görməyimə çox şadam. Şadam ki, Siz ölkənizin rifahı naminə öz aktiv fəaliyyətinizi davam etdirirsiniz.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 08:24
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
12-02-2026, 16:09
Dövlət Xidmətinin əməkdaşları təltif olunub - Siyahı
12-02-2026, 15:54
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
11-02-2026, 19:33
Vens: İlham Əliyev nüfuzlu dünya lideridir
11-02-2026, 17:22
Prezidentin sədrliyi ilə müşavirə keçirilib - (Yenilənib) - Fotolar
11-02-2026, 12:47
İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib - Fotolar
11-02-2026, 11:07
Prezident İlham Əliyev Pezeşkiana məktub ünvanlayıb
11-02-2026, 10:02
Vens və həyat yoldaşı Şəhidlər xiyabanını ziyarət ediblər - Video
10-02-2026, 22:05
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
10-02-2026, 20:56
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
10-02-2026, 20:31
Vens: İlham Əliyevə böyük təşəkkür düşür
10-02-2026, 18:02
Milli Məclisdə daha 10 qanuna dəyişiklik müzakirə olunacaq
10-02-2026, 17:43
Vens Azərbaycana səfərə gəlib - (Yenilənib) - Foto
10-02-2026, 15:48
İlham Əliyev sazişi təsdiqləyib
10-02-2026, 11:13
Hikmət Hacıyev Türkiyə XİN rəsmisi ilə regional prosesləri müzakirə edib
9-02-2026, 16:55
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
9-02-2026, 15:47
Emoməli Rəhmon İlham Əliyevi təbrik edib
9-02-2026, 14:27
Naxçıvan şəhərinin icra başçısı vəzifədən azad edilib
9-02-2026, 13:30
Prezident daha bir nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 12:11
İlham Əliyev ABŞ-dan gələn nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 11:30
İcra başçısı Naxçıvana baş nazir təyin edilib
9-02-2026, 10:48
Əli Əsədov qərar imzalayıb
9-02-2026, 10:24
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
8-02-2026, 09:37
Leyla Əliyeva və Alena Əliyeva Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər - Fotolar
6-02-2026, 19:47
Saleh Məmmədov vəzifədən azad edilib - Yeni təyinat - Sərəncam
6-02-2026, 14:30
Baş nazir: Türkiyə NATO üçün həyati əhəmiyyətli müttəfiqdir
6-02-2026, 11:59
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib - Fotolar
5-02-2026, 17:26
İlham Əliyevin BƏƏ-yə səfəri başa çatıb
5-02-2026, 16:44
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib
4-02-2026, 18:07
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olunub - Video, Fotolar - Yenilənib
4-02-2026, 16:56
Azərbaycan ədaləti bərpa edir
4-02-2026, 12:02
İlham Əliyevin Nikol Paşinyanla geniş tərkibdə görüşü keçirilib - (Yenilənib) - Fotolar
3-02-2026, 16:48
Respublika hərbi prokuroruna müavin təyin edilib
3-02-2026, 11:30
Məmur olmaq istəyənlər imtahan verəcək - Bu tarixdə
3-02-2026, 11:23
Baş nazir xüsusi icra məmurları barədə qərar imzalayıb
3-02-2026, 10:17
İlham Əliyev Əbu-Dabidə baş katiblə görüşüb
2-02-2026, 20:02
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
2-02-2026, 15:04
Kamran Əliyev üç prokuror təyin edib
2-02-2026, 11:04
Milli Məclisin iclası başlayıb
2-02-2026, 10:16
Əli Əsədov qərar imzalayıb
2-02-2026, 09:18
Mehriban Əliyeva gənclərə dəstək nümayiş etdirib

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək