15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
İlham Əliyev "Qaçqınkom"un sədrini qəbul etdi: "Siz bu məsələ ilə məşğul olmusunuz, yoxsa yox?"
Tarix: 18-10-2019 16:55 | Bölmə: Gündəm

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevi qəbul edib.
Reyting.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.
Qəbulda məcburi köçkünlərin problemlərinin həlli istiqamətində bu il də çox böyük işlərin nəzərdə tutulduğunu qeyd edən Prezident İlham Əliyev dedi:
- Məcburi köçkünlərin problemlərinin həlli istiqamətində bu il də çox böyük işlər nəzərdə tutulur. Bu işlərin bir hissəsi artıq görülüb. Bu yaxınlarda "Qobu Park-2” yaşayış kompleksinin açılışını qeyd etdik. Bu kompleksdə 1300 qaçqın ailəsi yerləşəcək. Kompleksin açılışında gördüm ki, ən yüksək standartlar tətbiq olunur. Çox gözəl, rahat evlər, gözəl ictimai zonalar, məktəb, uşaq bağçası, supermarket, tibb məntəqəsi, yəni, yaşayış üçün bütün şərait yaradılıbdır. Sevindirici hal ondan ibarətdir ki, "Qobu-1” və "Qobu-2” komplekslərinin tikintisi sırf özəl sektor tərəfindən təmin edildi. Hazırda tikilməkdə olan "Qobu-3” də özəl sektorun vəsaiti hesabına inşa edilir. Beləliklə, təqribən 4 minə yaxın köçkün ailəsi Qobu qəsəbəsində ən müasir standartlara cavab verən mənzillərlə təmin ediləcəkdir.
Mən açılış zamanı sahibkarlara da çağırış etdim, onlara bu işlərə qoşulmağı tövsiyə etdim. Mənim çağırışıma sahibkarlar cavab veriblər. Hesab edirəm ki, köçkünlərin problemlərinin həlli ümumxalq məsələsi olmalıdır. Düzdür, əsas yükü dövlət öz üzərinə götürübdür. Bu günə qədər yüzdən çox şəhərciyin tikintisi dövlət hesabına təmin edilmişdir. Ümumiyyətlə, köçkünlərin problemlərinin həlli, müavinətlərin verilməsi, evlərin tikilməsi üçün 7 milyard manatdan çox vəsait xərclənib. Bu il məcburi köçkünlərin müavinətləri 50 faiz artırıldı. Bu, bir daha onu göstərir ki, dövlət bu kateqoriyadan olan insanlara daim öz yardımını edir.
İlin sonuna qədər yeni şəhərciklərin açılışı nəzərdə tutulur. İlin əvvəlində nəzərdə tutduğumuz bütün işlər ilin sonuna qədər öz həllini tapmalıdır. Siz artıq indidən gələn ilin proqramı üzərində işləməlisiniz. Gələn il harada, nə qədər köçkün ailəsini biz yeni evlərlə, mənzillərlə təmin edə bilərik.
İndi isə görülən işlər haqqında məruzə edin və gələn il hansı işlərin görülməsi nəzərdə tutulmuşdur?
Rövşən Rzayev: Çox sağ olun, möhtərəm cənab Prezident. İlk növbədə, "Qobu Park-2”nin açılışında iştirak etdiyinizə görə təşəkkür edirəm. Bu park oktyabrın 8-də açıldı. Artıq məruzə edə bilərəm ki, Nəsimi rayonunda yerləşən yataqxanaların birində yaşayan 120 ailə yeni mənzillərdə məskunlaşıb. Proses davam etdirilir. Dünən ikinci püşkatma oldu. Nərimanov rayonunda və Sizə əvvəlcədən təqdim olunmuş ərazilərdəki yataqxanalarda məcburi köçkünlər siyahıya uyğun köçürüləcəklər. Bunun üçün Sizin tərəfinizdən bütün şərait yaradılıbdır. Komitənin bütün əməkdaşları bu istiqamətdə məşğuldurlar və işi davam etdirirlər.
Təbii ki, bu ilin sonuna qədər Sizin tapşırıqlarınıza əsasən bir neçə rayonda qəsəbələrin tikintisi başa çatdırılacaq. İcazə verin, bir-bir sadalayım - Şirvan rayonunda 685 mənzilli qəsəbəmiz artıq hazırdır, tamamlama işləri yekunlaşır. Beləliklə, Şirvan şəhərində məskunlaşan bütün məcburi köçkünlər mənzillərlə təmin olunacaqlar. Hətta ətraf rayonlardan bir neçə ailəni də həmin qəsəbəyə yerləşdirə biləcəyik. Göyçay rayonunda 80 mənzildən ibarət binada artıq tamamlama işləri bitir. Orada da qəzalı vəziyyətdə olan bir binada yaşayan 80 məcburi köçkün ailəsinin hamısı yeni mənzillərə köçürüləcək. Sizin tapşırığınıza əsasən Kürdəmirdə salınan, 565 mənzildən ibarət böyük bir qəsəbəmizdə də tamamlama işləri aparılır. Yəqin ki, oktyabr ayının axırları, yaxud noyabrın ortalarında onu da təhvil verə biləcəyik. Beləliklə, Kürdəmir rayonunda məskunlaşan bütün məcburi köçkünlərin hamısı bu qəsəbədə mənzillə təmin olunacaq. Oraya hətta ətraf rayonlardan bir neçə ailəni də gətirə biləcəyik.
Göygöl rayonunda ümumilikdə 130 mənzildən ibarət üç binanın inşası davam edir. Ağcabədi rayonunda əsasən laçınlıların məskunlaşdığı Taxtakörpü qəsəbəsində 645 fərdi ev tikilir. Biz 645 ailəni ilin sonuna qədər o evlərə köçürəcəyik. Ucar rayonunda 250 ailəlik bir qəsəbəmiz də ilin sonuna qədər tamamlanacaq. Beləliklə, Sizin tapşırıqlarınız əsasında Komitə tərəfindən inşa edilən mənzillərin sayı 3700-ə çatacaq.
Özəl sektorun töhfələri çox önəmlidir. Siz qeyd etdiyiniz kimi, özəl sektor tərəfindən tikilən 1300 ailəlik "Qobu Park-2” artıq açılıbdır. Özəl sektorun vəsaiti hesabına tikilən 540 mənzillik daha bir qəsəbəmiz var. İlin sonunadək biz o mənzilləri də məcburi köçkünlərə təqdim edəcəyik. Beləliklə, Siz dediyiniz rəqəmlər ilin sonuna qədər tamamilə həllini tapacaq.
Möhtərəm cənab Prezident, icazə verin, mən Sizin tapşırığınızla gələn il hansı rayonlarda hansı qəsəbələri tikəcəyimizlə bağlı Komitə tərəfindən hazırlanan sənədləri diqqətinizə təqdim edim.
Prezident İlham Əliyev: Ondan əvvəl mən soruşmaq istəyirəm. Sumqayıt şəhərində də mənim tapşırığımla yeni evlərin tikilməsi nəzərdə tutulur. Mənim göstərişimlə artıq Sumqayıtda şəhərcik salınıbdır. Bu istiqamətdə hansı işlər görülür?
Rövşən Rzayev: Möhtərəm cənab Prezident, ötən il Sumqayıt şəhərində Sizin iştirakınızla iki qəsəbənin açılışını etmişik. Sumqayıtdakı 1001 ailəlik qəsəbədə məskunlaşma tamamilə başa çatıb. Sumqayıtın 12-ci mikrorayonunun ərazisində 1005 ailəlik şəhərcik Sizin iştirakınızla istifadəyə verilib və orada da köçkünlər yaşayırlar. Sizin tapşırıqlarınıza uyğun olaraq, Abşeron rayonunun "Stansiya Sumqayıt” deyilən ərazisində 1250 ailəlik qəsəbənin tikintisi başlayıb, işlər davam etdirilir. Bu, Sizin investisiya xərclərindən ayırdığınız vəsait hesabına inşa edilir. Düşünürəm ki, biz o qəsəbəni də 10 ay ərzində təhvil verə biləcəyik.
Eyni zamanda, Sumqayıt şəhərində Dövlət Komitəsinə 20 hektara yaxın yeni ərazi də ayrılıbdır. O istiqamətdə də fəaliyyət göstərilir. Gələn illərdə orada da tikintiyə başlamaq nəzərdə tutulub.
Prezident İlham Əliyev: İndi Bakı şəhərində yataqxanalar boşaldılır. Bu yataqxanaların bir çoxu qəzalı vəziyyətdədir. Onların taleyi necə olacaq, söküləcəkmi, təmir olunacaqmı? Siz bu məsələ ilə məşğul olmusunuz, yoxsa yox?
Rövşən Rzayev: Bəli. Biz çalışırıq ki, bütün yataqxanalardan məcburi köçkünləri tamamilə köçürək. Biz yataqxanaları rayon icra hakimiyyətlərinə və Əmlak Komitəsinə təhvil veririk.
Prezident İlham Əliyev: Onların vəziyyətinə də baxmaq lazımdır. Qəzalı vəziyyətdə olan yataqxanalar sökülməlidir və onların yerində yeni binalar tikilə bilər.
Rövşən Rzayev: Möhtərəm cənab Prezident, deyə bilərəm ki, bütün yataqxanalar həqiqətən də qəzalı vəziyyətdədir, bu, onları bərpa etməyə imkan verməyəcək. Yəqin ki, sökülüb yerində yeni binalar tikiləcək.
Prezident İlham Əliyev: Gələn ilin proqramı haqqında məruzə edin.
Rövşən Rzayev: Gələn ilin proqramını biz üç variantda işləmişik. İcazənizlə, mən Sizə bu variantları bir-bir məruzə edim. Deməli, biz gələn il Abşeron rayonunda əlavə olaraq 1890 ailəlik, Goranboy rayonunda isə 552 ailəlik qəsəbələr sala bilərik. Bunlar üç variantdır, Sizin diqqətinizə çatdırırıq, tapşırıqlarınızı gözləyəcəyik. Gəncə şəhərində 1512 ailəlik qəsəbə sala bilərik. Bunların hamısının vəsaiti Sizin tərəfinizdən ayrılıbdır. Qaradağ rayonunun "Ümid” qəsəbəsində də 500 ailəlik şəhərcik sala bilərik. Şəmkir rayonunun ərazisində 375 məcburi köçkün ailəsi üçün yeni qəsəbə tikə bilərik. Bu, bizim təqdim edə biləcəyimiz ikinci variantdır. Üçüncü variantımız - məcburi köçkünlər üçün Binəqədi rayonunda ayrılmış torpaqlarda 800 ailəlik, Gəncə şəhərində 1512 ailəlik və Samux rayonunun ərazisində 200 ailəlik qəsəbələr sala bilərik.
Prezident İlham Əliyev: Əgər biz bunu həll etsək, ümumiyyətlə, nə qədər köçkün ailəsi yerləşdiriləcək?
Rövşən Rzayev: Bununla bağlı biz üç variantda sənəd hazırlamışıq, icazənizlə, diqqətinizə təqdim edim. Birinci variantda toplam 6989 ailənin, ikinci variantda 6934 ailənin, üçüncü variantda isə 7059 ailənin yerləşdirilməsi nəzərdə tutulub.
Prezident İlham Əliyev: Məncə biz üçüncü variant üzərində dayanmalıyıq. Gələn il biz köçkünləri mümkün qədər çox yerləşdirməliyik. Siz bu proqrama yenidən baxın, xüsusilə Bakı və Sumqayıt şəhərlərini nəzərə alın. Çünki ən çox köçkünlərin məskunlaşdığı şəhərlər Bakı və Sumqayıtdır. İndi biz bölgələrdə vəziyyəti böyük dərəcədə yaxşılaşdıra bilmişik. 2007-ci ildə bütün çadır şəhərcikləri ləğv edildi və Azərbaycanın rayonlarında 100-dən çox şəhərcik salınmışdır. Ona görə bu proqramı mən bütövlükdə təsdiqləyirəm. Ancaq buna əlavələr edilməlidir, daha böyük həcmdə evlər tikilməlidir. O ki qaldı, buna lazım olan vəsaitə, biz vəsait taparıq. Çünki bu, bizim üçün ən prioritet məsələdir.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 08:24
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
12-02-2026, 16:09
Dövlət Xidmətinin əməkdaşları təltif olunub - Siyahı
12-02-2026, 15:54
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
11-02-2026, 19:33
Vens: İlham Əliyev nüfuzlu dünya lideridir
11-02-2026, 17:22
Prezidentin sədrliyi ilə müşavirə keçirilib - (Yenilənib) - Fotolar
11-02-2026, 12:47
İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib - Fotolar
11-02-2026, 11:07
Prezident İlham Əliyev Pezeşkiana məktub ünvanlayıb
11-02-2026, 10:02
Vens və həyat yoldaşı Şəhidlər xiyabanını ziyarət ediblər - Video
10-02-2026, 22:05
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
10-02-2026, 20:56
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
10-02-2026, 20:31
Vens: İlham Əliyevə böyük təşəkkür düşür
10-02-2026, 18:02
Milli Məclisdə daha 10 qanuna dəyişiklik müzakirə olunacaq
10-02-2026, 17:43
Vens Azərbaycana səfərə gəlib - (Yenilənib) - Foto
10-02-2026, 15:48
İlham Əliyev sazişi təsdiqləyib
10-02-2026, 11:13
Hikmət Hacıyev Türkiyə XİN rəsmisi ilə regional prosesləri müzakirə edib
9-02-2026, 16:55
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
9-02-2026, 15:47
Emoməli Rəhmon İlham Əliyevi təbrik edib
9-02-2026, 14:27
Naxçıvan şəhərinin icra başçısı vəzifədən azad edilib
9-02-2026, 13:30
Prezident daha bir nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 12:11
İlham Əliyev ABŞ-dan gələn nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 11:30
İcra başçısı Naxçıvana baş nazir təyin edilib
9-02-2026, 10:48
Əli Əsədov qərar imzalayıb
9-02-2026, 10:24
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
8-02-2026, 09:37
Leyla Əliyeva və Alena Əliyeva Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər - Fotolar
6-02-2026, 19:47
Saleh Məmmədov vəzifədən azad edilib - Yeni təyinat - Sərəncam
6-02-2026, 14:30
Baş nazir: Türkiyə NATO üçün həyati əhəmiyyətli müttəfiqdir
6-02-2026, 11:59
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib - Fotolar
5-02-2026, 17:26
İlham Əliyevin BƏƏ-yə səfəri başa çatıb
5-02-2026, 16:44
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib
4-02-2026, 18:07
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olunub - Video, Fotolar - Yenilənib
4-02-2026, 16:56
Azərbaycan ədaləti bərpa edir
4-02-2026, 12:02
İlham Əliyevin Nikol Paşinyanla geniş tərkibdə görüşü keçirilib - (Yenilənib) - Fotolar
3-02-2026, 16:48
Respublika hərbi prokuroruna müavin təyin edilib
3-02-2026, 11:30
Məmur olmaq istəyənlər imtahan verəcək - Bu tarixdə
3-02-2026, 11:23
Baş nazir xüsusi icra məmurları barədə qərar imzalayıb
3-02-2026, 10:17
İlham Əliyev Əbu-Dabidə baş katiblə görüşüb
2-02-2026, 20:02
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
2-02-2026, 15:04
Kamran Əliyev üç prokuror təyin edib
2-02-2026, 11:04
Milli Məclisin iclası başlayıb
2-02-2026, 10:16
Əli Əsədov qərar imzalayıb
2-02-2026, 09:18
Mehriban Əliyeva gənclərə dəstək nümayiş etdirib

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək