15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
İlham Əliyev AMEA-nın sabiq rəhbərini qəbul etdi, orden verdi: "Bəzi institutlarını da zəbt edirdilər, özəlləşdirirdilər" - - Yenilənib
Tarix: 24-10-2019 12:28 | Bölmə: Gündəm

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də akademik Akif Əlizadəni qəbul edib və ona 1-ci dərəcəli "Əmək” ordenini təqdim edib.
Reyting.az xəbər verir ki, Akif Əlizadəni salamlayan Prezident İlham Əliyev dedi:
-Hörmətli Akif müəllim, dünən siz öz ərizənizlə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsindən getmisiniz. Mən bu gün sizi dəvət etdim ki, apardığınız işlərə görə sizə təşəkkürümü bildirəm.
Akif Əlizadə: Xoş gördük, cənab Prezident. Sağ olun.
Prezident İlham Əliyev: Siz uzun illərdir ki, Azərbaycan elminin inkişafında çox önəmli rol oynayırsınız, həm sovet dönəmində, həm müstəqillik dövründə. Siz böyük alimsiniz, böyük təşkilatçısınız. Azərbaycanda elmi kadrların hazırlanmasında da çox böyük işlər görmüsünüz. Sizin gördüyünüz işlər Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilir. Siz həm sovet dönəmində, həm də müstəqillik dövründə müxtəlif təltiflərə layiq görülmüsünüz.
Akif Əlizadə: Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Bu gün də Siz Azərbaycan elminin inkişafı üçün öz dəyərli töhfənizi verirsiniz. Biz Azərbaycan elminin inkişafı ilə bağlı sizinlə bir çox söhbətlər etmişik və mənim Azərbaycan elminin inkişafına münasibətimi bilirsiniz. Elmin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində son illər çox böyük işlər görülüb - institutların təmiri, müasir avadanlığın alınması. Hesab edirəm ki, bizim elmimizə ən gözəl hədiyyə müasir elmi kitabxanadır. Onun təməlini də mən qoymuşam, açılışında da iştirak etmişəm. Azərbaycan Milli Ensiklopediyasının hazırlanması işi də, bilirsiniz ki, mənim təşəbbüsümlə baş verir və ensiklopediya üçün çox gözəl müasir binanı da biz təqdim etdik.
Siz mənim tərəfimdən böyük dövlət mükafatları ilə, ordenlərlə təltif edilmisiniz və buna layiqsiniz. "Şöhrət”, "Şərəf” və "İstiqlal” ordenləri ilə təltif olunmusunuz. Bu gün isə mən gördüyünüz işlərə görə sizi Azərbaycanın yüksək ordeni olan 1-ci dərəcəli "Əmək” ordeni ilə təltif edirəm.
Akif Əlizadə: Cənab Prezident, Sizə təşəkkür edirəm.
Prezident İlham Əliyev 1-ci dərəcəli "Əmək” ordenini Akif Əlizadəyə təqdim etdi.
Prezident İlham Əliyev: Təbrik edirəm.
Akif Əlizadə: Sağ olun. Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Sağ olun.
Akif Əlizadə: Cənab Prezident, əlbəttə, hər şeydən əvvəl mən Sizə böyük etimada görə təşəkkür edirəm. Bilirsiniz, 60 ildən artıqdır ki, mən akademiyada çalışıram. Ulu Öndər ötən əsrin yetmişinci illərində məni yanına dəvət etdi, söhbət etdik. Orada xeyli söhbətimiz oldu.
Siz Azərbaycan üçün çox böyük işlər görmüsünüz, cənab Prezident. Mən çalışdım var qüvvəmlə, varlığımla dövlətimizə, elmimizə, Sizə xidmət edim, edirəm də, edəcəyəm də son nəfəsimə qədər.
Akademiyada, əlbəttə, Sizin dəstəyinizlə dirçəliş var. Siz böyük dəstək verdiniz, cənab Prezident. 2005-2006-cı illərdən sonra böyük, dinamik hərəkət başlandı, onun zirvəsi də o yeni kitabxana oldu. Ondan MDB-də yoxdur. O binalar Akademiyaya böyük hədiyyə idi.
Prezident İlham Əliyev: O vaxt Akademiyanın bəzi binaları başqa qurumlar tərəfindən zəbt edilmişdi. Mən onlardan alıb sizə qaytardım.
Akif Əlizadə: Bəli, qaytardınız. Onlar Akademiyanın bəzi institutlarını da zəbt edirdilər, özəlləşdirirdilər.
Prezident İlham Əliyev: Zəbt edirdilər, özəlləşdirirdilər, onları sökmək istəyirdilər. Çünki yerlər şəhərin mərkəzində idi. Orada binalar tikmək istəyirdilər.
Akif Əlizadə: Bəli, tamamilə düzdür. Mən Sizə müraciət etdim, Siz onların hamısını dərhal Akademiyaya qaytardınız. Sizə o böyük texnopark məsələsinə görə də təşəkkür edirəm. O, Akademiyanın gələcəyidir. İndi bizim orada hərbi təyinatlı işlərimiz var. Müdafiə Nazirliyi ilə bizim müqaviləmiz var. Sonra Sərhəd Qoşunları, Kənd Təsərrüfatı Nazirliyi ilə bizim çox gözəl işlərimiz var.
Prezident İlham Əliyev: Əlbəttə, bizim elmimiz gərək ümumi inkişafımıza təkan versin. Fundamental elmin inkişafı, əlbəttə, prioritetdir. Humanitar elmlərin inkişafı çox böyük əhəmiyyət kəsb edir, xüsusilə tarix elmləri. Çünki bizim bədnam qonşularımız tarixi saxtalaşdırmaqla məşğuldurlar.
Akif Əlizadə: Elədir.
Prezident İlham Əliyev: Əlbəttə, tətbiqi elmlərin inkişafına da böyük təkan verilməlidir. Kənd təsərrüfatında yeni texnologiyalar məhsuldarlığı bir neçə dəfə artırır. Biz gərək onları təhlil edək. Eyni zamanda, baxmalıyıq ki, bu texnologiyaların zərərli tərəfləri ola bilər. Yəni, biz özümüzü qorumalıyıq. Ona görə Qida Təhlükəsizliyi Agentliyi yaradılıb ki, Azərbaycan vətəndaşlarına təqdim edilən ərzaq məhsulları bütün yüksək keyfiyyətlərə malik olsun. Eyni zamanda, Sizin də uzun illər məşğul olduğunuz geologiya elmində nə qədər böyük irəliləyiş var. Baxın, biz indi hansı dərinlikdə quyular qazırıq? Biz nefti və qazı hansı dərinlikdən çıxarırıq? Siz yaxşı bilirsiniz ki, sovet vaxtında suyun təqribən 150 metr dərinliyindən aşağı gedə bilmirdik.
Akif Əlizadə: Bəli, 200 metrdən.
Prezident İlham Əliyev: Bu, əslində bizə imkan verdi ki, bu yataqları müstəqillik dövrü üçün saxlayaq. Əgər o vaxt o texnologiya olsaydı, "Azəri-Çıraq”dan, "Günəşli”dən bütün neft çıxarılacaqdı, "Şahdəniz”dən qaz çıxarılacaqdı. İndi orada dərinlik 400 metrdir. İndi başqa yeni kəşfiyyat layihələrində 700 metrə çatır. Biz Heydər Əliyev qazma qurğusunu tikdik, o, suyun dərinliyi min metr olan sahələrdə quyular qaza bilir. Ondan sonra layların dərinliyi 7 min metrə qədər gedir. Sovet vaxtında bu, yox idi. Mən həmişə deyirəm ki, o vaxt bu cür texnologiyanın olmaması bizi xilas etdi. Olsaydı, bütün ehtiyatları çıxaracaqdılar. Necə ki, quruda neftimizin hamısını çıxarıb apardılar. Azərbaycandan bir milyard tondan çox neft çıxarıldı. Sovet İttifaqı dağılanda biz nə gördük, dağılmış infrastruktur, neftlə çirklənmiş gölməçələr, Bibiheybət, Balaxanı, ekoloji fəlakət qoyub getdilər. İndi biz bunları təmizləyirik, nə qədər əziyyət çəkilir, nə qədər vəsait ayırırıq.
Akif Əlizadə: Çox böyük.
Prezident İlham Əliyev: Xoşbəxtlikdən o vaxt bu texnologiyalar yox idi. Bu gün var. Onu da deməliyəm ki, bu gün bizim geoloqlarımız qədər Azərbaycanın təbii sərvətlərini, yerin təkində mövcud olan ehtiyatları, dəniz altındakı yataqları bilən yoxdur.
Akif Əlizadə: Bəli, yoxdur.
Prezident İlham Əliyev: Mən sizə öz təcrübəmdən deyim, bilirsiniz ki, imzalanmış kontraktların bir hissəsinə xitam verildi. Çünki orada ehtiyatlar tapılmadı. Elə yataqlar var idi ki, xarici şirkət oraya gəlib quyu qazıb, boşa çıxdığına görə tərk edib gedirdi. Bizim geoloqlarımız deyirdilər ki, səhv yerdə qazırsınız, burada qazın. Ondan sonra digər şirkət gəlib bizim geoloqlarımızın dediyi yerdə quyu qazıb və yataq aşkar edib. "Abşeron” yatağı bunun əyani sübutudur. Biz "Abşeron” yatağı üzrə kontraktı imzalayanda tam əmin idik ki, orada böyük qaz yataqları var. Xarici bir şirkət gəldi, səhv yerdə qazdı, çıxdı getdi. Sonra başqa bir şirkət bu layihəni götürdü və iki ildən sonra biz "Abşeron”dan qaz, kondensat çıxaracağıq.
Akif Əlizadə: İnşallah.
Prezident İlham Əliyev: Ona görə elmin inkişafı istiqamətində görülmüş işlər nəticə verir. Kənd təsərrüfatının inkişafının, ekoloji tarazlığın qorunmasının çox böyük əhəmiyyəti var. Eyni zamanda, hesab edirəm ki, alimlərin məişət şəraitini yaxşılaşdırmaq üçün biz sizinlə böyük işlər görmüşük.
Akif Əlizadə: Biz orada işlərə başladıq. Masazırda artıq bir blok qalxıbdır, cənab Prezident.
Prezident İlham Əliyev: Bəli, alimlər səbirsizliklə bunu gözləyirlər.
Akif Əlizadə: Bəli, gözləyirlər. Sizə təşəkkür edirəm.
Prezident İlham Əliyev: Bunları bundan sonra da edəcəyik. Alimlərin maaşlarının artırılması üçün müvafiq göstərişlər verilibdir. Biz imkan daxilində bütün bu işləri görəcəyik.
Akif Əlizadə: Bütün alimlər adından Sizə təşəkkür edirəm. Hamısı razılıq bildirir, hamısı çalışır. Siz yaxşı bilirsiniz ki, indi əsas istiqamət, əlbəttə, innovativ elmdir, onun tətbiqidir. Tapşırıqlar verilibdir, əminəm ki, biz bu istiqamətdə bundan sonra da inkişaf edəcəyik. Bütün bunlara görə Sizə böyük təşəkkürümüz var.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 08:24
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
12-02-2026, 16:09
Dövlət Xidmətinin əməkdaşları təltif olunub - Siyahı
12-02-2026, 15:54
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
11-02-2026, 19:33
Vens: İlham Əliyev nüfuzlu dünya lideridir
11-02-2026, 17:22
Prezidentin sədrliyi ilə müşavirə keçirilib - (Yenilənib) - Fotolar
11-02-2026, 12:47
İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib - Fotolar
11-02-2026, 11:07
Prezident İlham Əliyev Pezeşkiana məktub ünvanlayıb
11-02-2026, 10:02
Vens və həyat yoldaşı Şəhidlər xiyabanını ziyarət ediblər - Video
10-02-2026, 22:05
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
10-02-2026, 20:56
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
10-02-2026, 20:31
Vens: İlham Əliyevə böyük təşəkkür düşür
10-02-2026, 18:02
Milli Məclisdə daha 10 qanuna dəyişiklik müzakirə olunacaq
10-02-2026, 17:43
Vens Azərbaycana səfərə gəlib - (Yenilənib) - Foto
10-02-2026, 15:48
İlham Əliyev sazişi təsdiqləyib
10-02-2026, 11:13
Hikmət Hacıyev Türkiyə XİN rəsmisi ilə regional prosesləri müzakirə edib
9-02-2026, 16:55
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
9-02-2026, 15:47
Emoməli Rəhmon İlham Əliyevi təbrik edib
9-02-2026, 14:27
Naxçıvan şəhərinin icra başçısı vəzifədən azad edilib
9-02-2026, 13:30
Prezident daha bir nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 12:11
İlham Əliyev ABŞ-dan gələn nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 11:30
İcra başçısı Naxçıvana baş nazir təyin edilib
9-02-2026, 10:48
Əli Əsədov qərar imzalayıb
9-02-2026, 10:24
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
8-02-2026, 09:37
Leyla Əliyeva və Alena Əliyeva Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər - Fotolar
6-02-2026, 19:47
Saleh Məmmədov vəzifədən azad edilib - Yeni təyinat - Sərəncam
6-02-2026, 14:30
Baş nazir: Türkiyə NATO üçün həyati əhəmiyyətli müttəfiqdir
6-02-2026, 11:59
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib - Fotolar
5-02-2026, 17:26
İlham Əliyevin BƏƏ-yə səfəri başa çatıb
5-02-2026, 16:44
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib
4-02-2026, 18:07
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olunub - Video, Fotolar - Yenilənib
4-02-2026, 16:56
Azərbaycan ədaləti bərpa edir
4-02-2026, 12:02
İlham Əliyevin Nikol Paşinyanla geniş tərkibdə görüşü keçirilib - (Yenilənib) - Fotolar
3-02-2026, 16:48
Respublika hərbi prokuroruna müavin təyin edilib
3-02-2026, 11:30
Məmur olmaq istəyənlər imtahan verəcək - Bu tarixdə
3-02-2026, 11:23
Baş nazir xüsusi icra məmurları barədə qərar imzalayıb
3-02-2026, 10:17
İlham Əliyev Əbu-Dabidə baş katiblə görüşüb
2-02-2026, 20:02
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
2-02-2026, 15:04
Kamran Əliyev üç prokuror təyin edib
2-02-2026, 11:04
Milli Məclisin iclası başlayıb
2-02-2026, 10:16
Əli Əsədov qərar imzalayıb
2-02-2026, 09:18
Mehriban Əliyeva gənclərə dəstək nümayiş etdirib

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək