Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 31-08-2016 12:03 | Bölmə: Gündəm

Bu gün Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə "Referendum prosesində referendumqabağı təşviqat mərhələsi, KİV-in bu prosesdə rol və vəzifələri" mövzusunda konfrans keçirilib.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, referendumla bağlı təqvim planı hazırlanıb və fəaliyyətini davam etdirir:
"Artıq üç təşviqat qrupu qeydiyyatdan keçib. Bu günlərdə təşviqata başlayacaqlar. Seçkilərdə əsas rol KİV-lərin üzərinə düşür. Tədbir lazımi səviyyədə beynəlxalq qurumlara çatdırmayanda biz uduzmuş olarıq. Biz əsas tərəf müqabilimiz KİV-lərdir".
Tədbirdə çıxış edən prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov isə qeyd edib ki, Azərbaycan seçki və referendum keçirilməsi ilə bağlı böyük təcrübə qazanıb:
"İlk dəfə 2002 və 2009-cu ildə referendum keçirilib. İndi də növbəti dəyişikliklər layihəsi təqdim olunub.
İstər aparıcı qərb dövlətlərinin, istərsə də qonşu dövlətlərin təcrübəsi göstərir ki, konstitusiya dəyişiklikləri zamanla baş verir.
Bu ili Azərbaycan prezidenti iqtisad islahatlar ili elan edib. Bu istiqamətdə xeyli iş görülüb.
Seçki və referendumların keçirilməsinə məsul olan MSK bu illər ərzində öz təsdiqini tapıb. Qarşıdakı referendum seçkisini də peşəkar səviyyədə keçirəcək. Media qurumları təklif edilən dəyişikliklər layihəsinin izahını ictimaiyyətə dolğun şəkildə çatdırmalıdır. KİV-in bununla bağlı hüquqları Seçki Məcəlləsində öz əksini tapıb. KİV nümayəndələri istənilən məntəqədə seçkini izləyə bilərlər.
Bu aksiyaya tənqidi münasibət bildirən siyasi partiyaların fikirləri də bərabər şəkildə işıqlandırılmalıdır. Təəssüflə qeyd etməliyəm ki, bəzi opponentlərimiz tərəfindən dövlətimizin imicinə zərər yetirən materialların yayılmasının şahidi oluruq”.
Daha sonra Ə.Həsənov qeyd edib ki, Azərbaycanda KİV-in inkişaf konsepsiyası qəbul olunub: "Bu illər ərzində mediaya 40 milyona yaxın vəsait ayrılıb. İstənilən şəxs bloq açıb fikrini yaya bilər. Bu sahədə heç bir problem yoxdur və olmayacaq da".
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər