15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Növbədənkənar seçkilərlə bağlı müraciət yayıldı
Tarix: 05-12-2019 17:13 | Bölmə: Gündəm

Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov ölkədəki siyasi partiyalara müraciət edib.
Reyting.az-ın məlumatına görə, Əli Əhmədov özünün “Facebook” səhifəsində yazıb ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə əlaqədar Yeni Azərbaycan Partiyasının təşəbbüsünün cəmiyyətdə müsbət qarşılanması, radikalları çıxmaq şərti ilə demək olar ki, bütün siyasi qüvvələrdən, o cümlədən, Milli Məclisdə təmsil olunan partiyalardan gələn dəstək reaksiyaları qanunverici orqanın buraxılması təklifinin legitimliyini birbaşa sübuta yetirir:
“Belə bir təşəbbüsün irəli sürülməsi səbəbləri Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının qərarında və Milli Məclisin buraxılması haqqında deputatların Azərbaycan Respublikasının Prezidentinə müraciətində ətraflı şərh edilib”.
Ə. Əhmədov qeyd edib ki, geniş və hərtərəfli islahatlar strategiyası, cəmiyyətin yeniləşməsinin növbəti mərhələyə qədəm qoyması, mərkəzi və yerli icra hakimiyyətində, ümumiyyətlə, dövlət idarəçiliyində ciddi struktur və kadr dəyişiklikləri, məhkəmə hakimiyyətində həyata keçirilən islahatlar həyatımızın ayrılmaz reallığına çevrilib: “Mahiyyətcə islahatlar geriyədönməz xarakter kəsb edib və qarşıya qoyulan möhtəşəm vəzifələrə nail olunması onun ardıcıllığının təmin olunmasından, əhatə dairəsinin genişləndirilməsindən çox asılıdır. Bu mənada qanunverici orqanın yeniləşməsi tələbi obyektiv zərurətə, sosial sifarişə çevrilir. Bütün digər sahələrdə olduğu kimi, qanunverici hakimiyyət sahəsində gözlənilən islahatlardan, Milli Məclisin geniş mənada başa düşülən yeniləşməsindən cəmiyyətin mühüm gözləntilərinin olduğu aydın hiss olunmaqdadır. Ən başlıcası, qanunverici hakimiyyətin ölkədəki inkişaf və yeniləşmə dinamikasına uyğunlaşması, islahatların hüquqi bazasının yaradılması prosesinə daha əhəmiyyətli töhfə vermək imkanlarının genişlənməsi ictimai rəydə formalaşan gözlənti kimi qeyd oluna bilər”.
Baş Nazirin müavini bildirib ki, Azərbaycan cəmiyyəti geniş və əhatəli islahat və yeniləşmə ab-havasında yaşamaqdadır: “Qarşıdan gələn parlament seçkiləri bu ab-havanı formalaşdıran vacib səbəblərdən biridir. Dövrlə, onun tələbləri ilə ayaqlaşmağa çalışan bütün siyasi partiyalar hazırda seçkilərə hazırlaşır, baxışlarını və platformalarını cəmiyyətə təqdim etməyə çalışırlar. Parlamentin vaxtından əvvəl buraxılması təşəbbüsünün müəllifi olan Yeni Azərbaycan Partiyası bu sırada öz fəallığı ilə xüsusilə seçilir və bu, tamamilə təbiidir. Cəmiyyətin və partiyaların əksəriyyətinin seçki əhval-ruhiyyəsində olduğu bir zamanda tamam fərqli yanaşma və baxış sərgiləyən partiyalar da var. Anormal olan da məhz budur. Partiya adını daşıyan bəzi qruplar seçkiyə getmək və ya getməmək müzakirələri aparırlar. Söhbət radikallardan gedir”.
O qeyd edib ki, hər bir siyasi partiyanın mövcudluğunu şərtləndirən əsas amil onun seçkilərdə iştirakıdır: “Seçkilərdə iştirak etməmək, yaxud onu boykot etməyə çağırış, ən yumşaq şəkildə desək, partiyanın yerinə yetirməli olduğu başlıca vəzifəsinə biganə yanaşma nümunəsidir. Bunun birinci səbəbi boykota çağırış səsləndirən partiyaların ictimai dayağının, sosial bazasının zəifliyi, bəlkə də ümumiyyətlə olmamasıdır. Son dövrlərdə Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Prezidentin və ümumiyyətlə hakimiyyətin ictimai dəstəyini daha da artırıb. Bir neçə həftə əvvəl aparılmış sosioloji sorğunun nəticələri deyilənləri sübuta yetirir. Müxalifətin reytinqi isə aşağı düşməkdə davam etməkdədir. Deməli, radikalların az-çox uğurlu sayıla biləcək seçki kampaniyası aparmaq imkanları getdikcə məhdudlaşır. İndi onlara, necə deyərlər, sifətlərini saxlamaq naminə bəhanə axtarmaqdan daha uğurlu variant qalmır. Belə bir bəhanəni isə, onlar yenə də iqtidara böhtan atmaqda, guya ölkədə seçki mühitinin olmamasında görürlər və yerinə yetirilməsi bir çox səbəblərdən mümkün olmayan şərtlər irəli sürürlər. Məsələn, radikalların irəli sürdüyü bəzi şərtlərin Konstitusiyada və Seçki Məsəlləsində dəyişikliklər edilməsini nəzərdə tutduğunu göstərmək yetər ki, seçkilərin demək olar ki, artıq elan edildiyi bir vaxtda bu şərtlərin nə qədər qeyri-ciddi, əslində isə bəhanə olduğu dərk edilsin.
Vurğulanmalı digər motiv isə radikalların ümumiyyətlə siyasi mübarizə forması kimi seçkilərdə maraqlı olmaması göstərilməlidir. Radikalların siyasi fəlsəfəsi və mədəniyyəti gərginlik və qarşıdurma yaratmaq üzərində qərarlaşıb və hakimiyyət uğrunda mübarizədə sivil formalardan istifadə etmək istəyindən uzaqdır. 30 il ərzində onların siyasi mübarizəsinin forma və üsulları dəyişməyib və yenə də XX əsrin 90-cı illərinin əvvəllərində istifadə etdikləri taktikadan kənara çıxa bilmirlər. Lakin zaman dəyişib, dövlət və hakimiyyət güclənib, əhalinin demokratiya baxışları və siyasi mədəniyyəti əhəmiyyətli dərəcədə yüksəlib. Buna görə 30 il əvvəllki metodlar sadəcə olaraq işə yaramır. Radikalların, radikalizmin iflasının səbəbi köhnə, vaxtı çoxdan keçmiş təfəkkürün daşıyıcısı olmasındadır. Hər yerdə yeniliyin, yeniləşmənin müşahidə olunduğu Azərbaycanda köhnəliyə yer yoxdur. Boykot çağırışına gəldikdə isə, radikalların yetərincə sosial dayağı olsaydı, seçicilərin səsini qazanmaq haqqında düşünərdilər. Əsl həqiqət ondan ibarətdir ki, radikallar cəmiyyət tərəfindən boykot olunub və onların çağırışını kimsə nə eşidir, nə də eşitmək istəyir”.
Ə. Əhmədov qeyd edib ki, Yeni Azərbaycan Partiyası bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka, öz gücünü sınamağa, xalqla səmimi dialoq şansından faydalanmağa çağırır: "İstənilən halda seçkilərə qatılmaq partiya üçün faydalıdır. Mən bunu Yeni Azərbaycan Partiyasının çoxillik seçki təcrübəsinə istinadən deyirəm. Kimsə bu şansdan istifadə etmək istəmirsə, demək, niyyəti məkrlidir".
Bölməyə aid digər xəbərlər

13-02-2026, 08:24
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
12-02-2026, 16:09
Dövlət Xidmətinin əməkdaşları təltif olunub - Siyahı
12-02-2026, 15:54
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
11-02-2026, 19:33
Vens: İlham Əliyev nüfuzlu dünya lideridir
11-02-2026, 17:22
Prezidentin sədrliyi ilə müşavirə keçirilib - (Yenilənib) - Fotolar
11-02-2026, 12:47
İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib - Fotolar
11-02-2026, 11:07
Prezident İlham Əliyev Pezeşkiana məktub ünvanlayıb
11-02-2026, 10:02
Vens və həyat yoldaşı Şəhidlər xiyabanını ziyarət ediblər - Video
10-02-2026, 22:05
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
10-02-2026, 20:56
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
10-02-2026, 20:31
Vens: İlham Əliyevə böyük təşəkkür düşür
10-02-2026, 18:02
Milli Məclisdə daha 10 qanuna dəyişiklik müzakirə olunacaq
10-02-2026, 17:43
Vens Azərbaycana səfərə gəlib - (Yenilənib) - Foto
10-02-2026, 15:48
İlham Əliyev sazişi təsdiqləyib
10-02-2026, 11:13
Hikmət Hacıyev Türkiyə XİN rəsmisi ilə regional prosesləri müzakirə edib
9-02-2026, 16:55
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
9-02-2026, 15:47
Emoməli Rəhmon İlham Əliyevi təbrik edib
9-02-2026, 14:27
Naxçıvan şəhərinin icra başçısı vəzifədən azad edilib
9-02-2026, 13:30
Prezident daha bir nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 12:11
İlham Əliyev ABŞ-dan gələn nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 11:30
İcra başçısı Naxçıvana baş nazir təyin edilib
9-02-2026, 10:48
Əli Əsədov qərar imzalayıb
9-02-2026, 10:24
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
8-02-2026, 09:37
Leyla Əliyeva və Alena Əliyeva Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər - Fotolar
6-02-2026, 19:47
Saleh Məmmədov vəzifədən azad edilib - Yeni təyinat - Sərəncam
6-02-2026, 14:30
Baş nazir: Türkiyə NATO üçün həyati əhəmiyyətli müttəfiqdir
6-02-2026, 11:59
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib - Fotolar
5-02-2026, 17:26
İlham Əliyevin BƏƏ-yə səfəri başa çatıb
5-02-2026, 16:44
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib
4-02-2026, 18:07
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olunub - Video, Fotolar - Yenilənib
4-02-2026, 16:56
Azərbaycan ədaləti bərpa edir
4-02-2026, 12:02
İlham Əliyevin Nikol Paşinyanla geniş tərkibdə görüşü keçirilib - (Yenilənib) - Fotolar
3-02-2026, 16:48
Respublika hərbi prokuroruna müavin təyin edilib
3-02-2026, 11:30
Məmur olmaq istəyənlər imtahan verəcək - Bu tarixdə
3-02-2026, 11:23
Baş nazir xüsusi icra məmurları barədə qərar imzalayıb
3-02-2026, 10:17
İlham Əliyev Əbu-Dabidə baş katiblə görüşüb
2-02-2026, 20:02
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
2-02-2026, 15:04
Kamran Əliyev üç prokuror təyin edib
2-02-2026, 11:04
Milli Məclisin iclası başlayıb
2-02-2026, 10:16
Əli Əsədov qərar imzalayıb
2-02-2026, 09:18
Mehriban Əliyeva gənclərə dəstək nümayiş etdirib

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək