15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
İlham Əliyev: "Virus bütün ölkələrə təsir edib, aydındır ki, o, yoxa çıxmayacaq"
Tarix: 22-05-2020 22:35 | Bölmə: Gündəm

Mayın 22-də “Signify” (əvvəlki adı “Philips Lighting”) şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu şirkətin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və “Signify” rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib.
Reyting.az xəbər verir ki, videokonfransda Azərbaycan tərəfdən Prezidentin köməkçisi Natiq Əmirov iştirak edib.
Xatırladaq ki, 1891-ci ildə yaranan bu şirkət dünyanın 74 ölkəsində fəaliyyət göstərir, 140 ölkədə xidmət və məhsul satışı həyata keçirir. “Signify” işıqlandırma avadanlıqları, sistemləri və xidmətləri sahəsində dünyada birinci yerdə olmaqla yanaşı, 10 “yaşıl” şirkətdən biridir.

Prezident İlham Əliyev: Sabahınız xeyir.
Baş icraçı direktor Erik Rondolat: Sabahınız xeyir.
Prezident İlham Əliyev: Sizi görməyə çox şadam.
Erik Rondolat: Vaxt ayırdığınıza görə minnətdaram. Mən də Sizi görməyimə çox şadam.
Prezident İlham Əliyev: Təşəkkür edirəm. Davosdakı görüşümüzü xatırlayıram. Mənə verilən məlumata görə, o vaxtdan bəri bizim yaxşı irəliləyişimiz olub. Baxmayaraq ki, koronavirusla bağlı vəziyyət bizim planlarımıza bir az müdaxilə etdi, lakin mənə məlumat verildiyi kimi, bizim müzakirə etdiklərimiz və razılaşdırdıqlarımızın hamısı indi icra mərhələsindədir.
Erik Rondolat: Bəli, tamamilə doğrudur. Çox məmnunuq ki, Bakı şəhərində 33 min LED işıq quraşdırılacaq və onların sayəsində çox böyük həcmdə enerjiyə qənaət ediləcək. Qənaət göstəricisi minimum 50 faiz təşkil edir. Həmin layihə davam edir. Eyni zamanda, çox şadıq ki, Siz bizə tam dəstək verirsiniz. Bu işə bağlantının yaradılması ilə başladıq. Bu, ona görə edilir ki, sonrakı mərhələdə quraşdırılan işıqlar arasında bağlantı mümkün olsun.
Prezident İlham Əliyev: Çox yaxşı. Şadam ki, bayaq da qeyd etdiyim kimi, hər şey cədvələ uyğun olaraq gedir. Mənə məlumat verildi ki, Davosdakı görüşdən sonra sizin komandanız bizi mart ayında ziyarət etmişdir. Sizin də qeyd etdiyiniz kimi, sentyabrın sonunadək bizdə Bakı üçün minlərlə yeni küçə işığını özündə ehtiva edəcək birinci mərhələ artıq icra edilmiş olacaq. Bu da birinci növbədə küçələrin işıqlandırılması baxımından vəziyyəti yaxşı olmayan əraziləri əhatə edəcək. Eyni zamanda sizin də qeyd etdiyiniz kimi, biz böyük miqdarda enerjiyə qənaət etmiş olacağıq. İnsanlar da bunun faydasını görəcəklər. Bizim müzakirə etdiyimiz kimi, bu birinci layihədən sonra birgə fəaliyyətimizin genişləndirilməsinə, Bakı və digər şəhərlərin əhatə edilməsinə dair böyük planlarımız var. Birinci mərhələdə ola bilsin ki, böyük şəhərlər əhatə olunacaq. Biz Sumqayıt şəhərinin küçə işıqları barədə danışdıq. Mənim bildiyimə görə qiymətləndirmə prosesi gedir. Beləliklə, ümid edirəm ki, bizim bu sahədə uzunmüddətli əməkdaşlığımız olacaq.
Erik Rondolat: Bəli, biz də dəqiqliklə həmin işləri görmək istərdik. COVID-19 səbəbindən bizdə işin icrası ilə bağlı müəyyən yubanma ola bilər. Lakin hesab edirəm ki, hamımız işin başa çatdırılmasına köklənmişik.
Erik Rondolat işıqlandırma sistemlərinin quraşdırılmasının şəhərin yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində rolunu qeyd etdi. Pandemiya bitəndən sonra təmsil etdiyi şirkətin Azərbaycanla əməkdaşlığının uğurla davam edəcəyinə ümidvar olduğunu dedi.
Erik Rondolat: Biz çox fərəhlənirik ki, işıqlandırmanın ən son yeniliklərini Bakıda tətbiq edə biləcəyik.
Prezident İlham Əliyev: Bəli, təşəkkür edirəm. Bilirəm ki, şirkətiniz artıq Azərbaycanda dövlət və özəl sektorla bir neçə layihə həyata keçirib. Lakin Davosda müzakirə etdiyimiz və indi birgə icra etdiyimiz bu layihə, əlbəttə ki, ən böyük miqyaslı layihədir. Əvvəllər də müzakirə etdiyimiz kimi, onun gələcək üçün böyük potensialı var. Çünki bu, birinci təcrübədir. Mən əminəm ki, bu, çox uğurlu bir təcrübə olacaqdır və sonra da bələdiyyə, şəhər idarəetmə orqanları bunun faydasını görəcəklər. Bildirildi ki, biz çoxlu enerjiyə, yerin təkindən hasil edilən yanacağa digər məqsədlər üçün, ixrac üçün qənaət edəcəyik və şəhərin həyatını daha da yaxşı edəcəyik.
Erik Rondolat: Əvvəlcə qeyd etdiyim kimi, biz sonrakı mərhələdə bağlantını da təmin edəcəyik və onun sayəsində əlavə imkanlar ortaya çıxacaq. Beləliklə, Bakı şəhərinin işıqları “Ağıllı şəhər”in komponentinə çevriləcək. Bir daha verdiyiniz dəstəyə görə minnətdaram.
Prezidentin köməkçisi Natiq Əmirov “Signify” şirkəti ilə əməkdaşlıqdan və perspektiv layihələrdən danışdı.
Natiq Əmirov: Cənab Prezident. Əvvəla sıx iş qrafikinizə rəğmən bu görüşü təşkil etdiyinizə və bizə “Signify” şirkəti ilə birlikdə bu layihə ilə bağlı bütün məsələləri müzakirə etmək imkanı yaratdığınıza görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Əslində “Bakı ağıllı şəhər” işıqlandırılması layihəsi üzrə işlərin gedişi hazırda çox yaxşıdır və bir çox işlər görülmüşdür. Onlar bizim müqaviləni tamamlayıblar. İyul ayından başlayaraq bütün lampaların ölkəmizə idxalı prosesi başlayacaq və idxal prosesi sentyabrın sonu, oktyabrın əvvəlində başa çatacaq.
Erik Rondolat: Cənab Prezident, bir məsələni də qeyd edim. Bütün dünyada hazırda böhrandır. Bilirik ki, Siz pandemiyanı dayandırmaq üçün Azərbaycan Respublikasında çox ciddi tədbirlər görürsünüz.
“Signify” şirkətinin baş icraçı direktoru COVID-19 virusu ilə mübarizə sahəsində müasir texnologiyalar üzərində iş aparıldığını dedi və bu sahədə ölkəmizlə əməkdaşlığa hazır olduğunu vurğuladı.
Prezident İlham Əliyev: Virus bütün ölkələrə təsir edib. Aydındır ki, o, yoxa çıxmayacaq, biz bu virusla yaşamalı olacağıq. Ona görə də düşünürəm ki, bu ehtiyat tədbirləri, əlbəttə, artıq bizim həyatımıza çox uzun müddətə daxil olub. Bu səbəbdən də bizim müasir, ən mürəkkəb texnoloji tələblərə cavab verən qabaqlayıcı vasitələrə ehtiyacımız var. Biz insanlarımızı qorumaq üçün əlimizdən gələni edirik. Lap əvvəldən biz çox mühüm qabaqlayıcı tədbirlər gördük, bu da bizə insanlarımızı qorumağa və minimum itki ilə bu vəziyyətdən çıxmaq üçün yol tapmağa imkan verdi. Bizim səylərimiz Azərbaycanı koronavirusa qarşı mübarizədə nümunə adlandıran Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də qiymətləndirilib. Əlbəttə ki, mən sizin bəşəriyyətin özünü qorumasına yardım etmək üçün texnologiyalar təşəbbüsünüzü tam dəstəkləyirəm.
Şirkətin MDB üzrə baş meneceri Erik Benedetti Bakının müxtəlif hissələrinin, o cümlədən şəhərin mərkəzi tarixi hissəsinin müvafiq şəkildə işıqlandırılması ilə bağlı aparılan işlərdən danışdı.
Şirkətin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə satış Meneceri Andrey Zaxarkiv Bakıda həyata keçiriləcək “Ağıllı şəhər” layihəsindən danışdı və pilot layihənin icrası üçün işlərin hazır olduğunu dedi.
Erik Rondolat kənd təsərrüfatında, o cümlədən heyvandarlıq, quşçuluq və əkinçilik sahələrində məhsuldarlığın əhəmiyyətli dərəcədə artırılması, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, su istehlakının azaldılması sahələrində əməkdaşlıq məsələlərinə toxundu, ölkəmizlə bu istiqamətlərdə təcrübəni bölüşməyə hazır olduğunu dedi. Söhbət zamanı kənd təsərrüfatı sahəsində müasir texnologiyaların tətbiqi və bu işdə gənc kadrların hazırlanması məsələləri də müzakirə olundu.
Prezident İlham Əliyev: Bu sahədə aparılan islahatlar sayəsində biz daha çox gəncin kənd təsərrüfatı üzrə mütəxəssis olmaq istədiyini və Aqrar Universitetdə bu peşəni seçmək istəyən gənclərin sayının artdığını görürük. Biz yeni elektron kənd təsərrüfatı sistemini həyata keçiririk. Bu, artıq bizə həyatımızın və iqtisadiyyatımızın mühüm sahəsinin səmərəliliyini artırmağa çox kömək edir. Çünki ölkə əhalisinin demək olar ki, 50 faizi kənd yerlərində yaşayır. Beləliklə, əminəm ki, bu, bizim birgə həyata keçirə biləcəyimiz çox mühüm yeni layihə ola bilər. Ümumilikdə, Azərbaycan yeni texnologiyalara, innovasiyalara hazırdır. Biz artıq bunun üçün əhəmiyyətli insan kapitalı yaratmışıq və bizim dövlət xidmətləri, sosial xidmətlərlə bağlı texnologiyalarımız bu gün bəzi başqa ölkələr tərəfindən istifadə olunur. Ona görə də biz yeni texnologiyalara tam açığıq, çünki onlar yeni miqyasa, dinamizmə, tərəqqiyə, iş yerlərinə və rifaha gətirib çıxarır.
Erik Rondolat: Təşəkkür edirəm cənab Prezident. Bilirəm ki, siz çox məşğulsunuz. Bizə bu səhər vaxt ayırdığınıza və Davosdakı son görüşümüzdən sonra işlərin olduqca sürətli həyata keçirilməsinə görə çox təşəkkür edirəm. Siz bizim şirkətə və şəxsən mənə arxalana bilərsiniz. Biz planlaşdırdığımız bütün birgə layihələri dəstəkləməyə hazırıq. Mən çox şadam ki, Siz ölkənizdə texnologiyaların inkişafına önəm verirsiniz. Çünki bir çox hallarda bəzi ölkələr texnologiyanın ölkənin inkişafı üçün bir vasitə olduğunu bilmir və ya buna əhəmiyyət vermir. Azərbaycanda isə Siz bu texnologiyaların çox mütərəqqi olduğunu nümayiş etdirirsiniz. Sizin vaxtınızı çox almaq istəmirik. Sizinlə danışmaq imkanına görə çox şadam və Azərbaycan Respublikasına tərəqqi arzulayıram. Bilirəm ki, bu ayın 28-i Respublika Günü qeyd edilir. Mən Ramazan ayının qeyd edildiyi bir ölkədə doğulmuşam və bilirəm ki, bu gün Ramazan ayının son günləridir. Bu münasibətlə də Sizi təbrik edirəm və bir daha dərin minnətdarlığımızı bildirirəm.
Prezident İlham Əliyev: Çox sağ olun. Çox təşəkkür edirəm. Mən bizim şəxsi münasibətlərimizi yüksək qiymətləndirirəm, onlar nəticəyə hədəflənmiş münasibətlərdir. Düşünürəm ki, bu, insanların həyatını yaxşılaşdırmaq, iqtisadiyyatı gücləndirmək, resurslara qənaət etmək və kənd təsərrüfatında daha çox nəticə əldə etmək üçün sizin müasir texnologiyalarla bizim ölkənin bu texnologiyaların tətbiqində liderlərdən biri olmaq istəyinin çox yaxşı vəhdətidir. Mən bilirəm ki, sizin şirkətiniz bu sahədə dünyada aparıcı şirkətlərdən biridir. Ona görə də nə qədər çox yeni texnologiya ixtira etsəniz, birgə əməkdaşlığımız üçün bir o qədər çox imkan yaranacaq. Buna görə sizə təşəkkür edirəm. Tezliklə sizinlə şəxsən görüşməyə ümid edirəm.
Erik Rondolat: Mən də Cənab Prezident.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 08:24
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
12-02-2026, 16:09
Dövlət Xidmətinin əməkdaşları təltif olunub - Siyahı
12-02-2026, 15:54
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
11-02-2026, 19:33
Vens: İlham Əliyev nüfuzlu dünya lideridir
11-02-2026, 17:22
Prezidentin sədrliyi ilə müşavirə keçirilib - (Yenilənib) - Fotolar
11-02-2026, 12:47
İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib - Fotolar
11-02-2026, 11:07
Prezident İlham Əliyev Pezeşkiana məktub ünvanlayıb
11-02-2026, 10:02
Vens və həyat yoldaşı Şəhidlər xiyabanını ziyarət ediblər - Video
10-02-2026, 22:05
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
10-02-2026, 20:56
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
10-02-2026, 20:31
Vens: İlham Əliyevə böyük təşəkkür düşür
10-02-2026, 18:02
Milli Məclisdə daha 10 qanuna dəyişiklik müzakirə olunacaq
10-02-2026, 17:43
Vens Azərbaycana səfərə gəlib - (Yenilənib) - Foto
10-02-2026, 15:48
İlham Əliyev sazişi təsdiqləyib
10-02-2026, 11:13
Hikmət Hacıyev Türkiyə XİN rəsmisi ilə regional prosesləri müzakirə edib
9-02-2026, 16:55
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
9-02-2026, 15:47
Emoməli Rəhmon İlham Əliyevi təbrik edib
9-02-2026, 14:27
Naxçıvan şəhərinin icra başçısı vəzifədən azad edilib
9-02-2026, 13:30
Prezident daha bir nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 12:11
İlham Əliyev ABŞ-dan gələn nümayəndə heyətini qəbul edib - Fotolar
9-02-2026, 11:30
İcra başçısı Naxçıvana baş nazir təyin edilib
9-02-2026, 10:48
Əli Əsədov qərar imzalayıb
9-02-2026, 10:24
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
8-02-2026, 09:37
Leyla Əliyeva və Alena Əliyeva Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər - Fotolar
6-02-2026, 19:47
Saleh Məmmədov vəzifədən azad edilib - Yeni təyinat - Sərəncam
6-02-2026, 14:30
Baş nazir: Türkiyə NATO üçün həyati əhəmiyyətli müttəfiqdir
6-02-2026, 11:59
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib - Fotolar
5-02-2026, 17:26
İlham Əliyevin BƏƏ-yə səfəri başa çatıb
5-02-2026, 16:44
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib
4-02-2026, 18:07
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olunub - Video, Fotolar - Yenilənib
4-02-2026, 16:56
Azərbaycan ədaləti bərpa edir
4-02-2026, 12:02
İlham Əliyevin Nikol Paşinyanla geniş tərkibdə görüşü keçirilib - (Yenilənib) - Fotolar
3-02-2026, 16:48
Respublika hərbi prokuroruna müavin təyin edilib
3-02-2026, 11:30
Məmur olmaq istəyənlər imtahan verəcək - Bu tarixdə
3-02-2026, 11:23
Baş nazir xüsusi icra məmurları barədə qərar imzalayıb
3-02-2026, 10:17
İlham Əliyev Əbu-Dabidə baş katiblə görüşüb
2-02-2026, 20:02
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
2-02-2026, 15:04
Kamran Əliyev üç prokuror təyin edib
2-02-2026, 11:04
Milli Məclisin iclası başlayıb
2-02-2026, 10:16
Əli Əsədov qərar imzalayıb
2-02-2026, 09:18
Mehriban Əliyeva gənclərə dəstək nümayiş etdirib

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək