Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 07-12-2016 14:45 | Bölmə: Gündəm
Azərbaycan
prezidenti İlham Əliyev
noyabrın 30-da XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları
("Bakutel-2016”) sərgisi
ilə tanışlıq
zamanı "Euronews” telekanalına müsahibə verib.
"Euronews” telekanalı dövlət başçısının müsahibəsi və "Bakutel-2016” sərgisi ilə bağlı reportaj yayımlayıb.
Reportajda "Bakutel-2016” sərgisinin əhəmiyyəti vurğulanır, Azərbaycan rabitəsinin yaranma tarixinə toxunulur. Qeyd edilir ki, regionda ən böyük sərgi olan "Bakutel” artıq 20 ildən çoxdur hər il öz meydançasına telekommunikasiya bazarının aparıcı şəxslərini və iştirakçılarını, həmçinin IT istehsalçılarını toplayır. 135 il əvvəl Nobel qardaşları Bakıda ilk telefon xəttini çəkiblər. Azərbaycan rabitə sənayesinin yaranma tarixini o vaxtdan hesablayır.
Reportajda bildirilir ki, artıq 22-ci dəfə keçirilən "Bakutel” sərgisində bu il təxminən 20 ölkəni təmsil edən 200-dən çox şirkət, həmçinin 7 aparıcı korporasiya iştirak edir. Burada yalnız fikir deyil, eyni zamanda, ideya mübadiləsi aparılır.
Süjetdə prezident İlham Əliyevin sərgidə iştirakı xüsusi vurğulanır. Dövlətimizin başçısının sərginin iştirakçılarını, təşkilatçılarını və qonaqları salamladığı diqqətə çatdırılır.
Prezident İlham Əliyev "Euronews”a müsahibəsində deyib ki, yaxın illərdə iqtisadiyyat neft və qazın hesabına yüksəlməyəcək: "Ona görə yox ki, neft və qazın qiymətləri aşağı düşüb. Ona görə ki, iqtisadiyyatın digər sahələri – sənaye, turizm, xidmət, kənd təsərrüfatı və telekommunikasiya sənayesi, IT sahəsi ilə bağlı digər sektorlar inkişaf edir. Artıq ənənəvi olaraq keçirilən bu sərgi Azərbaycanın regionda telekommunikasiya və IT biznesi sahəsində liderlərdən biri olduğunu nümayiş etdirir”.
Reportajda bildirilir ki, "Bakutel” sərgisində videooyunlar və virtual reallıqla bağlı sahələr üstünlük təşkil edir. Sərgi çərçivəsində "WorldShop” realiti market fəaliyyət göstərir. Burada ən populyar stendlərdən biri Azərbaycan paytaxtının küçələrində keçirilən "Formula-1" yarışlarına həsr olunmuş oyunun stendidir. Burada, həmçinin telekommunikasiya şəbəkəsi, simsiz rabitə, peyk rabitəsi və onunla bağlı texnologiyalar, IT sahəsində ofis texnologiyaları, həmçinin 4G və 5G formatında mobil texnologiyaların ekspozisiyaları var.
Reportajın müəllifi sərginin beynəlxalq əhəmiyyətini xüsusi qeyd edərək deyir: "IT məhsullarının yeniliklərinin nümayişi üçün mühüm platforma olan "Bakutel” həm region, həm də bütün dünya üçün möhkəm işgüzar əlaqələrin qurulduğu əsas biznes meydançası statusunu qazanıb”.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər